O müdhiş gecə Azərbaycanda da kimsə yatmadı

Qardaş Azərbaycan Fətullahçı Terror Təşkilatı – FETÖ-nün 15 iyulda çevriliş cəhdinin susdurulmasının birinci ildönümündə də Türkiyəni tək buraxmadı.

771229
O müdhiş gecə Azərbaycanda da kimsə yatmadı

  Türkiyənin Azərbaycandakı səfirliyində təşkil edilən tədbirdə 15 İyul şəhidləri yada salındı, Quran oxundu, 15 İyul şahidləri o gecədən danışdı.  TRT və Anadolu Ajansının hazırladığı görüntülərlə 15 İyul gecəsində yaşananlar göstərildi. 

  Azərbaycan prezidenti İlham Əliyevin məktubu oxundu. Məktubda deyilirdi: "Türkiyə xalqının mətinliyi və insanların öz canını qurban verməsi Azərbaycanda əsl qəhrəmanlıq nümunəsi kimi böyük hörmətlə qarşılanır."

  Tədbirdə AR Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun da məktubu oxundu: “15 İyul gecəsi prezident İlham Əliyev və Azərbaycan xalqı Türkiyəyə dəstək çıxdı. O müdhiş gecə Azərbaycanda da kimsə yatmadı. Mən də şahidəm ki, prezident o gecənin sarsıntısını yaşadı".

  Paytaxt Bakıdan başqa Azərbaycanın Gəncə, Naxçıvan və başqa şəhərlərində də 15 İyul tədbirləri keçirilib.



Әlaqәli Xәbәrlәr