Hökumətlərarası Birgə İqtisadi Komissiyanın növbəti yığıncağı Daşkənddə keçirildi

Türkiyə-Özbəkistan Hökumətlərarası Birgə İqtisadi Komissiyanın növbəti yığıncağı Özbəkistanın paytaxtı Daşkənddə keçirilib.

739564
Hökumətlərarası Birgə İqtisadi Komissiyanın növbəti yığıncağı Daşkənddə keçirildi

Türkiyə-Özbəkistan Hökumətlərarası Birgə İqtisadi Komissiyanın növbəti yığıncağı Özbəkistanın paytaxtı Daşkənddə keçirilib.

Türkiyə baş nazirinin müavini Toğrul Türkeş yığıncaqda iki ölkə arasındakı ticarət həcminin artırılmasının  vacibliyini ifadə edib.

İndiyə qədər keçirilən görüşlərdə əhəmiyyətli irəliləyiş olduğuna diqqət çəkən Türkeş deyib ki, istəkli və bu sahə ilə maraqlanan iş adamları var. Bizim vəzifəmiz isə onlara imkan yaratmaq, ticarət və iqtisadi əlaqələri inkişaf etdirəcək addımlar atmaqdır.

Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçi də iqtisadi və ticarət əlaqələrinin güclü olması halında siyasi əlaqələrin də yaxşı olacağına diqqət çəkərək güzəştli ticarət rejimi ilə əlaqəli işlərin dərhal başladılacağını söyləyib.

Türkiyənin mədəniyyət və turizm naziri Nabi Avcı isə Türkiyə ilə Özbəkistan arasındakı turizm sazişinin 1998-ci ildə imzalandığını və aktual hala gətirilməsinin vacibliyini vurğulayıb.

Özbəkistan adından çıxış edən baş nazir müavini Rüstəm Aziimov da Türkiyənin tanınmış firma və şirkətlərinin Özbəkistanda sərmayə qoymalarını məmnunluqla qarşılayacaqlarını söyləyib.

Birgə İqtisadi Komissiyanın yığıncağından sonra sənaye, ticarət və turizm sahələrində protokollar imzalanıb.

Daşkənd səfəri çərçivəsində baş nazirin müavini Toğrul Türkeş və İqtisadiyyat naziri Nihat Zeybəkçi Beynəlxalq Əmir Teymur Vəqfinin açılış mərasimində iştirak ediblər.

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin  (TİKA) Daşkənd nümayəndəliyi tərəfindən bərpa işlərinin aparıldığı beynəlxalq vəqfin açılışında TİKA-nın sədr müavini Mehmet Süreyya Er və Türkiyənin Daşkənd səfiri Əhməd Başar  Şenin ilə akademiklər və elm adamları da iştirak ediblər.



Әlaqәli Xәbәrlәr