"Qazaxıstan latın əlifbasıyla bağlı Türkiyəni nümunə götürür", C.Tuymebayev

Cənubi Qazaxıstan əyalətinin valisi mətbuat konfransında Qazaxıstanın latın əlifbasına keçməsiylə bağlı suala cavab olaraq deyib: "Biz latın əlifbasına geçmirik, qayıdırıq."

"Qazaxıstan latın əlifbasıyla bağlı Türkiyəni nümunə götürür", C.Tuymebayev

  Cənubi Qazaxıstan əyalətinin valisi Canseyit Tuymebayev: “Qazaxıstan latın əlifbasına keçməklə bağlı Türkiyəni nümunə götürəcək”, - söyləyib.

  Vali Canseyit Tuymebayev Mərkəz Əlaqə Xidmətləri binasında Cənubi Qazaxıstan əyalətinin ictimai-iqtisadi vəziyyətilə bağlı təşkil edilən mətbuat konfransında Qazaxıstanın latın əlifbasına keçməsiylə bağlı suala cavab olaraq deyib: "Biz latın əlifbasına geçmirik, qayıdırıq."

  Bütün türk dövlətlərinin 1929-1940-cı illərdə latın əlifbası istifadə etdiklərini xatırladan C.Tuymebayev o zaman Türkiyə və Qazaxıstanın da eyni dövrdə latın əlifbasına keçdiklərini, ancaq Sovet lideri İosif Stalinin bir gün içərisində əlifbanı kiril əlifbasıyla dəyişdiyini söyləyib. O deyib: "Biz 1928-ci ildən bəri latın əlifbası istifadə edən Türkiyəni nümunə götürəcəyik. Bizim üçün də çətin olmayacaq."

  “Anadolu Ajans” mətbuat agentliyinin Türkiyə iş adamlarının Cənubi Qazaxıstandakı investisiyalarıya bağlı sualına isə Tuymebayev belə cavab verib: “Türkiyə sürətlə inkişaf edən bir ölkədir. Bu gün Türkiyədə 100 minlərlə böyük firma fəaliyyət göstərir. Mən bundan əvvəl Qazaxıstanın Türkiyədəki səfiri vəzifəsini icra etmişəm. Türkiyə firmalarını yaxşı tanıyır və hər zaman ölkəmizə dəvət edirəm. Qazaxıstanda birgə iş forumlarına davam edək. İlk forumda 100 türkiyəli iş adamı iştirak edirdi. İndi 15-20 nəfərlik qruplarla tez-tez əyalətimizə gələrək investisiya imkanlarını araşdırırlar. Qazaxıstanda investisiya üçün bütün qanuni təməllər atılıb və Türkiyə iş adamları bölgədə aktiv şəkildə fəaliyyət göstərir, inşaat işləri, tikinti materialları istehsalı və s. bu kimi sahələrdə əhəmiyyətli işlər görürlər. Bölgədə 10-dan çox Türkiyə firması çalışır”.



Әlaqәli Xәbәrlәr