Diplomatik əlaqələrin 25 yaşı Daşkəndə qeyd edildi

Türkiyə ilə Özbəkistan arasındakı diplomatik əlaqələrin bərpasının 25-ci ildönümü paytaxt Daşkənddə təşkil edilən tədbirlə qeyd olundu.

Diplomatik əlaqələrin 25 yaşı Daşkəndə qeyd edildi

  Türkiyənin Özbəkistan üzrə səfiri Əhməd Başar Şen tərəfindən təşkil edilən tədbirdə Özbəkistan Baş naziri Abdulla Aripov və digər rəsmilər iştirak edib.

  Səslənən Türkiyə və Özbəkistan himnlərindən sonra səfir Əhməd Başar Şen çıxış edərək deyib: “Türkiyə Özbəkistanın müstəqilliyini tanıyan ilk ölkədir. Özbək xalqı müstəqillik qazandığı zaman biz türklər ata-baba yurdumuz kimi gördüyümüz bu torpaqlarda bir qardaş xalqın bayrağının yenidən yüksəlməsinə tarixin bir səhifəsinin bağlanması, yeni parlaq və işıqlı dövrün açılması olaraq baxdıq."

  Özbəkistan Baş naziri Abdulla Aripov da tədbirdə çıxış etdi, ölkə prezidenti Şavkat Mirziyoyevin adından təbrik söylədi, Türkiyənin Özbəkistanın müstəqilliyini 1991-ci ilin dekabrında tanıdığını, 1992-ci ilin mart ayında isə diplomatik əlaqələrin başlandığını, apreldə Türkiyənin Daşkənddə səfirliyinin açıldığını, ötən 25 il ərzində iki ölkə arasında 15 dəfə rəsmi görüşlərin keçirildiyini xatırlatdı.

  Çox sayda türkiyəli və özbəkistanlı rəsmi nümayəndələrin iştirak etdiyi tədbirdə çıxışlardan sonra qonaqlara Türkiyə mətbəxindən yeməklər təqdim edildi. 



Әlaqәli Xәbәrlәr