Bakıda plov festivalı keçirilib

Bu gün Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycanın paytaxtı Bakıda plov festivalı keçirilib.

Bakıda plov festivalı keçirilib

Bu gün Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycanın paytaxtı   Bakıda plov festivalı keçirilib.

Festivalda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dünyanın hər yerində mətbəx nümunələrinin insanların dünyagörüşünün, mənəvi aləminin, psixologiyasının və əxlaqının göstəricisi olduğunu söyləyib. Zəngin ənənəyə malik olan xalqımızın hər bölgəsinin özünəməxsus yemək mədəniyyətinin mövcudluğunu vurğulayan Ə.Qarayev Azərbaycan mətbəxinin şah yeməyi olan plovun 200-dən artıq növünün təsdiq edildiyini diqqətə çatdırıb.

Tədbirdə Azərbaycanın əsasən 9 regionuna məxsus plovlar təqdim olunub.

Festivalda Qarabağ, Şirvan, Qazax-Gəncə, Quba-Xaçmaz, Bakı və digər regionların “Şah plov”,“Səbziplov”, “Şüyüd plov”, “Fisincan plov”, “Boranı plov”, “Müntəncəm plov” və digərləri daxil olmaqla 20-ə yaxın növdə plov nümayiş edilib.

Müxtəlif regionların folklor musiqisi və rəqslərinin səsləndiyi tədbirdə aşpazı yeməkləri qonaqlara milli geyimdə təqdim edib.

 

 

 

Mәnbә:AZӘRTAC


Etiketlәr: plov , plov festivalı

Әlaqәli Xәbәrlәr