Qurbanqulu Berdiməhəmmədov vəzifəsinin icrasına başladı

Qurbanqulu Berdıməhəmmədov Aşqabaddakı Ruhiyət sarayında təşkil edilən təntənəli inaqurasiya mərasimində and içib.

Qurbanqulu Berdiməhəmmədov vəzifəsinin icrasına başladı

Türkmənistanda bazar günü keçirilən seçkidə qələbə qazanan dövlət başçısı Qurbanqulu Berdiməhəmmədov and içərək vəzifəsinin icrasına başlayıb.

Qurbanqulu Berdıməhəmmədov Aşqabaddakı Ruhiyət sarayında təşkil edilən təntənəli inaqurasiya mərasimində and içib.

Berdiməhəmmədov andiçmə mərasimindən sonra etdiyi çıxışda qlobal sülh və təhlükəsizliyin gücləndirilməsi, yaxşı qonşuluq, dostluq və qardaşlıq əlaqələrinin inkişaf etdirilməsi və davam etdirilə biləcək inkişafın təmin edilməsinin bundan sonra da müstəqil Türkmənistanın xarici siyasətində ilk yeri tutacağını söyləyib.

O bütün ölkələr və xalqlarla ticarət-iqtisadiyyat, mədəniyyət-insani əlaqələrini, təhsil və elm sahəsində əməkdaşlığı gücləndirməkdə davam edəcəklərini vurğulayıb.

Berdiməhəmmədov mərasimdən sonra ölkənin konstitusiyasına görə Nazirlər Şurasının buraxılmasına dair fərmanı imzalayıb və yeni hökumət formalaşanadək Nazirlər Şurasının üzvlərinin vəzifələrini davam etdirəcəklərini bildirib.

Mərasimdən sonra Berdiməhəmmədov üçün hərbi parad keçirilib.

Xatırladaq ki, bazar günü keçirilən seçkidə 8 rəqibi qarşısında 97,69 faiz səs toplayan Berdiməhəmmədov yenidən ölkəsinin prezidenti seçildi.



Әlaqәli Xәbәrlәr