“Terrorla mübarizədə qətiyyətlilik"

“Türkiyənin Gündəminə dair Təhlil” proqramının növbəti bölümündə Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun əməkdaşı Can Acunun “Terrorla mübarizədə qətiyyətlilik əməliyyatı” mövzulu analitik yazısı.

991758
“Terrorla mübarizədə qətiyyətlilik"

15 iyun çevriliş cəhdindən sonra elan edilən yeni terrorla mübarizə doktrinası çərçivəsində Türkiyə artıq terrorla mübarizəni öz sərhədləri daxilində məhdud etməyəcək və terror bəlasını öz mənbəyində məhv edəcək. Həmin çərçivədə Türkiyə “Fərat qalxanı” əməliyyatı ilə Afrin bölgəsini terror ünsürlərindən təmizləndiktən sonra “Zeytun budağı” əməliyyatı ilə Afrin bölgəsini terror ünsürlərindən təmizləməyi bacardı. Türkiyənin PKK/YPG terror təşkilatına qarşı mübarizəsi Afrindən sonra Qəndil, Sincar və Münbiçdə davam etdirilir. Qəndilə istiqamətli hərbi əməliyyatlar aylar əvvəl başladı, Münbiç üçün ABŞ ilə diplomatik proses nəticəsində  yol xəritəsi müəyyən edildi, Sincar üçün isə həm diplomatik həm də hərbi variantlar hazırlandı.

Türkiyənin terror ilə mübarizəsinə toxunan Dövlət başçısı Ərdoğan “Sahədəki  hərbi dəstələrimiz terrorçuların yuvaralı istiqamətində addım-addım irəliləyir. Necə ki Afrini, Cerablusu, Əl-Babı, Azəzi terrorçulardan azad etdik Qəndildəki terror bataqlığını da təmizləyəcəyik. Terror təşkilatının davamı olan təşkilatlara dəstək olanlar narahat olsalar da terroru bu ölkənin gündəmindən tamamilə çıxaracağıq.” deyib.  

Dövlət başçısı Ərdoğanın 11 iyunda “Qəndil və Sincara da əməliyyatları başlatdıq. 20 qırıcımızla 14 əhəmiyyətli hədəfi məhv etdik. Vurdular, qayıtdılar, hələ bitmədi davam edəcək.” deyə söyləməsi ilə rəsmi olaraq elan edilən Qəndil əməliyyatı üçün hazırlıqlar və əməliyyatlar aylar əvvəlindən başlanmışdı. Türkiyənin xüsusi təlimli təhlükəsizlik qüvvələri və komando dəstələri tərəfindən səssiz şəkildə davam etdirilən əməliyyat ilə Qəndilə 24 km qədər yaxınlaşılmış və 11 müşahidə qülləsi qurulmuşdur.

Türkiyə İraq daxilindəki əməliyyat ilə sadəcə Qəndilin deyil, həmin zamanda terror təşkilatı tərəfindən Suriya və İraq arasında keçid marşrutu  olaraq istifadə edilən Sincar bölgəsinin də PKK və YBŞ kimi PKK-nın pərdəarxası təşkilatlardan təmizlənməsini hədəf götürüb.  İraq mərkəzi hökuməti və ABŞ-ın Sincar bölgəsinə gəlib yerləşməsindən sonra PKK/YBŞ müəyyən səviyyədə bölgədən çəkilmişdir. Lakin PKK/YBŞ-nin bölgədəki mövcudluğu hələ də davam edir. Türkiyə terror ilə mübarizəsini sadəcə hərbi əməliyyatlarla məhdud etmir. Həmin zamanda fəal diplomatiya danışıqları da aparılır. İraq mərkəzi hökuməti və Şimali İraq Regional İdarənin İraqda davam edən əməliyyatlara qarşı ciddi reaksiya göstərməməsi Türkiyənin diplomatiyasının uğurudur. Həmin şəkildə Suriya daxilində PKK/YPG ilə ortaq hərəkət edən ABŞ ilə də Münbiç bölgəsilə əlaqəli fəal diplomatiya prosesi yaşandı.

ABŞ ilə Türkiyə arasında keçirilən danışıqlar nəticəsində iki ölkə Münbiç üçün yol xəritəsi müəyyənləşdirdi. Buna görə PKK/YPG silahlıları Münbiç bölgəsindən Fəratın şərqinə çəkiləcək, Türkiyə, ABŞ və Fransa birgə kəşfiyyat fəaliyyətləri aparacaq və bölgədə birgə hərəkət edəcəklər. Son mərhələdə isə Münbiç bölgəsində yeni yerli məclis və yeni müdafiə dəstələri təşkil ediləcək.

Türkiyənin Münbiç mövzusunda ABŞ ilə apardığı diplomatiya danışıqları ilə yol xəritəsi müəyyənləşdirməsi sadəcə Münbiç ilə məhdud deyil. Həmin zamanda Fəratın şərqindəki terror mövcudluğu üçün də bir model halına gələ bilər.  Münbiç yol xəritəsinin uğurlu şəkildə tətbiq edilməsi; Rakka, Deyr əz-Zor və Tel-Abyad kimi yərlərdə də həmin yol xəritəsinin tətbiq edilməsinə gətirib çıxara bilər. Nəticədə bu bölgələrdəki yerli əhali YPG zülmündən narahatdır. Ümumi mənada yeni terrorla  mübarizə doktrinası  çərçivəsində bir çox nailiyyət əldə edən Türkiyə qarşıdakı prosesdə daha çox həmlələr ilə terroru axırına gətirib çıxarmaq yaxud ən aşağı səviyyəyə düşürmək üçün əhəmiyyətli addımlar atır. PKK/YPG terror təşkilatının son illərdə İraq və Suriyadakı xaosdan istifadə edib sahəsini gənişlətməsindən sonra Türkiyənin sərhəddən kənardakı əməliyyatları terror təşkilatının mövcudluğunu məhdud etdi və Türkiyə daxilindəki terror aktlarının sayı azaldı. Türkiyə qarşıdan gələn prosesdə terrorun tamamilə axırına çıxması üçün qətiyyətli addımlarla irəliləməkdə davam edəcəkdir.



Әlaqәli Xәbәrlәr