Türkiyә mәtbәxi

‘‘Türkiyә mәtbәxi’’ proqramının növbәti  hissәsi ilә qarşınızdayıq. Bu proqramda sizә dünyanın әn mәşhur mәtbәxlәrindәn biri olan Türkiyә mәtbәxi haqqında maraqlı mәlumatlar verәcәyik.

Türkiyә mәtbәxi

Türkiyә mәtbәxi 06_2019

 

Salam hörmәtli oxucularımız. ‘‘Türkiyә mәtbәxi’’ proqramının növbәti  hissәsi ilә qarşınızdayıq. Bu proqramda sizә dünyanın әn mәşhur mәtbәxlәrindәn biri olan Türkiyә mәtbәxi haqqında maraqlı mәlumatlar verәcәyik.

Qış fəslinin gəlməsi və havaların soyuması mətbəxlərdə daha çox şorbaların bişirilməsinə təkan verir. Çünki şorbaların tərkibi adətən vitamin və minerallarla bol olur ki, bu da xəstəliklərdən qorunmağa və immunitetin güclənməsinə kömək edir. Bu hәftә sizә mәrci şorbası reseptini verәcәyik.

Әziz oxuçularımız bu gün menyumuzda mәrci sorbası var.  Mərci çox dəyərli qida məhsuludur. Mərcinin tərkibində asan mənimsənilən zülallar, karbohidratlar, qidalı liflər, əvəzolunmaz aminturşular, Omeqa-3 və Omeqa-6 yağ turşuları, beta-karotin, E, B qrupu vitaminləri, dəmir, sink, maqnezium, fosfor və s. kimi vacib minerallar var.

Təbii liflərlə zəngin olan mərci bağırsaqlar üçün çox faydalıdır. Mərci bağırsaqları əsaslı şəkildə təmizləyir, orada yığılan ziyanlı maddələrin xaric olunmasını sürətləndirir.

Mәrci şorbasının resepti belәdir:

1 su stәkanı qırmızı mәrci

1 xörәk qaşığı kәrә yağı

1 xörәk qaşığı tomat pastası

1 әdәd doğan

½ çay qaşığı qırmızı toz bibәr

1 çay qaşığı duz

6 su stәkanı  su vә ya әt suyu

Hazırlanma qaydası:

Öncə mərciməyi yuyun.Soğanı xırda-xırda doğrayın.  Üzərinə duz və kərə yağı əlavə edib, qızılı rəng alana qədər qovurun. Üzərinə tomat pastası  əlavə edib, 3 dəqiqə də qızardın. Suyu süzülmüş mərciməyi  soğanın üstünə töküb 2-3 dəqiqə qovurun. Qovurduqdan sonra  suyunu  əlavə edib, zövqə görə duz və istiot səpib, bişirin. Hazır şorbanı istəyə görə blenderlə əzə bilərsiniz. Mərcimək şorbasının üzərinə nanə qurusu, limon suyu və s. səpib, süfrəyə vermək olar. Nuş olsun!



Әlaqәli Xәbәrlәr