Hitit İmperiyası

‘‘Türkiyәdә Turizm” verilişindә bu hәftә sizә minilliklər әvvәl dünyanın iki güçlü dövlәtlәrindәn biri olmuş Hitit İmperiyasının paytaxtı Hattuşaşı hazırkı adı ilә Boğazköyü daha yaxından tanıdacağıq.

Hitit İmperiyası

Hitit İmperiyası

‘‘Türkiyәdә Turizm” verilişindә bu hәftә sizә minilliklər әvvәl dünyanın iki güçlü dövlәtlәrindәn biri olmuş Hitit İmperiyasının paytaxtı Hattuşaşı hazırkı adı ilә Boğazköyü daha yaxından tanıdacağıq.

Günümüzdәn 3500 il әvvәl dünyada iki güçlü dövlәt var idi. Bunlardan biri Misir, digәri isә Hitit  İmperiyası idi. Bu iki dövlәt o dövrlәrdә dünyanın önәmli bir hissәsini idarә edirdi. O dövrdә təbii ki, nәqliyyat, әhali vә texnologiya imkanları çox mәhdud idi. Yol təhlükəsizliyi, asayişin təmin olunması ticarət üçün çox әhәmiyәtli hesab olunurdu. Geniş məkanların bir imperiya rejimi daxilində nəzarəti və idarə edilməsi də asan məsələ deyildi.

Tez-tez baş verən üsyanlar və quldurların vurduğu zərərlər böyük dövlətləri məşğul edirdi. Hitit  imperiyası dövrümüzdə Çorumun yaxınlığında yerləşən Hattuşaşı yәni Boğazköyü paytaxt elan edərək suverenliklərini inkişaf etdirdilər.

Hattuşaş-Boğazköy E.Ә. 17-ci vә 13-cü yüzillәr arasında Hitit İmperiyasının paytaxtı olub.

1890-cı illәrdә arxeoloqların buranı kəşf etməsi ilә Hititin bir zamanlar bu bölgәdә yerlәşdiyi sübut edildi. Hattuşaşta hәyata keçirilәn arxeoloji qazıntılar nәticәsindә dövlət arxivinin və mismarla yazılan əlifbalarının aşkar edilmәsi onlarla bağlı mәlumatları artırıb.

Hititlәr qәbul etdiklәri qanunlarla hüquqi bir dövlәt qurmağa nail olmuşdular. Hәr şәhәrin rәhbәri İmperator adından hәm bölgәni idarә edir, hәm dә әdalәti tәmin edirdi.

Tarixi paytaxtın girişlәri vәzifәsini yerinә yetirәn Aslanlı, Sfenkslı vә Kral qapıları bugün də öz mövcudluğunu davam etdirir.

E.Ә. 13-cü yüzildә Xetlәr İmperiyası vә Misir Suriyanı nәzarәtlәrinә keçirmәk üçün mübarizә aparırlar. Xetlәrin silah-sursatları vә hәrbi nәqliyyat vasitәlәri daha üstündü. 37 min nәfәrlik ordunu 3500 ədəd 3 nәfәrlik hәrbi vasitә müşayiәt edirdi.

Misir ordusu 20 min әsgәr vә 2000 min hәrbi vasitәyә sahib idi. E.Ә 1295-ci ildә Kadeş düzәnliyindә qarşılaşan iki dövlәt orduları zәfәr әldә edә bilmirlər. Döyüş gününә tәsadüf edәn günәş tutulması sәbәbindәn tanrıların döyüş istәmәdiyi kimi şәrh olunub.

Bundan sonra әvsanәvi Misir Firavanı 2-ci Ramzeslə Xetlәrin İmperatoru 3-cü Hattuşuli arasında ‘‘Qardaş Sülhü’’ müqavilәsi imzalanır. Suriya torpaqlarının bölünmәsi nәticәsindә savaş sona çatır vә tarixdә ilk sülh müqavilәsi imzalanır.

Miqavilәnin nümunәlәri hәr iki ölkәnin paytaxtında hәrkәsin görә bilәcәyi yerlәrә asılır. 1906-cı ildә Hattuşaşda aparılan arxeoloji tәdqiqatlar nәticәsindә tapılan müqavilә nümunәlәri bu gün İstanbulun Arxeologiya Muzeyindә sәrgilәnir.

‘‘Qardaş Sülhü’’ müqavilәsindәn sonra Xetlәr vә Misir bir-birinә sәfirlәr göndәrirlәr. İki ölkə arasındaki qarşılıqlı təsirlər həyatın hər sahəsində, hətta dəbdə belә hiss edilib.

Xetlәrin paytaxtının cәnubunda yerlәşәn qala divarları piramida şәklindә inşa edilib. Bu divarlar günümüzdә dә ziyarәtçilәrin diqqәtini cәlb edir. Boğazköy vә Çorum muzeylәri Xetlәr dövrünә işıq salan әn önәmli mәdәniyyәt әsәrlәri ilә bugün də ziyarətçilərinin yolunu gözləyir.

3500 illik tarixə sahib, dünyanın güçlü dövlәtlәrindәn biri olan Xetlәrin paytaxtına yolunuz düşsә burda mövcud olan mәdәni әsәrlәrә dә baş çәkmәnizi tövsiyә edirik.



Әlaqәli Xәbәrlәr