Türkiyә mәtbәxi

‘‘Türkiyә mәtbәxi’’ proqramının növbәti  hissәsi ilә qarşınızdayıq. Bu proqramda sizә dünyanın әn mәşhur mәtbәxlәrindәn biri olan Türkiyә mәtbәxi haqqında maraqlı mәlumatlar verәcәyik.

Türkiyә mәtbәxi

 

Salam hörmәtli oxucularımız. ‘‘Türkiyә mәtbәxi’’ proqramının növbәti  hissәsi ilә qarşınızdayıq. Bu proqramda sizә dünyanın әn mәşhur mәtbәxlәrindәn biri olan Türkiyә mәtbәxi haqqında maraqlı mәlumatlar verәcәyik.

Bu gün menyumuzda Türkiyә süfrәsinin әn sevilәn yemәklәrindәn biri olan yarpaq dolması var. Türkiyә dolmasının özünәmәxsus lәzzәti vә görünüşü var. İçindәki bol göyәrti dolmaya gözәl dad vә әtir qatır.

Yarpaq dolması Azәrbaycan, İran, Livan vә bir sıra başqa ölkәlәrin mәtbәxlәrindә dә mövcuddur. Bu ölkәlәrdә dolma adәtәn kiçik vә ya uzunsov şәkildә bükülür, bәzәn incә, bәzәn dә qalın olur. Türkiyә dolması isә uzunsov vә incә olur.

Yarpaq dolmasını hәm tәzә tәnәk yarpaqlarından, hәm dә duza qoyulmuş yarpaqlardan hazırlamaq olar. Eyni zamanda buzluqda saxlanılmış tәzә yarpaqlardan da istifadә etmәk olar.

Qeyd edәk ki, dolmanı müxtәlif tәrәvәzlәrdәn dә hazırlaya bilәrsiniz.

Әtli yarpaq dolmasının resepti belәdir:

250 qram tәnәk  yarpağı

250 qram çəkilmiş qoyun və ya mal əti, və yaxud ikisinin qarışığı

1 ədəd çəkilmiş soğan

1 su stəkanı  düyü

2 xörәk qaşığı doğranmış cәfәri

1 çay qaşığı duz, zövqә görә istiot

Sousu üçün

3 xörək qaşığı zeytun  yağı

1 xörәk qaşığı tomat pastası

1.5 su stәkanı su

1 çay qaşığı duz

Hazırlanma qaydası:

Dolmanın içini hazırlamaq üçün əti, soğanı, düyünü, cәfәrini,  duzu və istiotu bir qabda əlinizlə yaşxıca qarışana qədər yoğurun.

Yarpağı hazırlayın. Əgər təzə yarpaqdan istifadə edirsinizsə, qazanda su qaynadın və yarpaqları hissə-hissə  qaynayan suda təxminən 1 dəqiqə və yaxud da yarpağın sərtliyinə görə daha da az tutun. Bu proses yarpaqların yumuşalması üçün lazımdır. Yarpaqları sudan çıxardın və yaxşıxa süzün. Sapları varsa, kəsin. Əgər duza qoyulmuş yarpaqdan istifadə edirsinizsə, yarpaqları suya çəkin ki, duzu yuyulsun. Sonra isə yarpaqların saplarını kəsin. Hərdən elə olur ki, duza qoyulmuş yarpaqlar sərt olur. Belə olduğunda, yarpaqların yumuşalması üçün onları qaynayan suda salın ki, yumşalsınlar.

Əgər yarpaqlar böyükdürsə, onları ikiyə bölün. Kiçikləri bütov qalsın.

Yarpaqları parlaq hissəsi altda olmaq şərtilə əlinizə alın. Hər yarpağın ortasına təxminən 1 çay qaşığı içlik qoyun. Bir əlinizdə dolmanı tutun, o biri əlinizlə isə yarpağı uzunsov bükün.

Bükülmüş dolmaları qazana bir birinə yaxın və lay lay düzün.

Dolmaların üstünə әvvәlcәdәn hazırladığınız sousu  və yarısına qədər suyu tökün.

Ən üstə kiçik qapaq və ya qab qoyun ki, dolmalar bişdikləri vaxt açılmasınlar.

Qazanın qapağını qoyun. Dolmanı əvvəlcə qaynadın. Qaynayan kimi, qazı azaldın və dolmanı vam odda təxminən 40  dəqiqə ərzində bişirin.

Bişmiş dolmanın içi və yarpağı yumuşaq olmalıdır, qazanın suyu isə çəkilməlidir.

Dolmanı süfrəyə adi qatıqla verin. Nuş olsun!


Etiketlәr: yarpaq dolması

Әlaqәli Xәbәrlәr