Sümela monastrı

Әziz oxuçularımız ‘‘Türkiyәdә turizm’’ proqramının bu bölümündә sizә Türkiyәnin әn önәmli turizm mәkanlarından biri olan Sümela monastrı haqqında maraqlı mәlumatlar verәcәyik.

Sümela monastrı
Sümela monastrı
Sümela monastrı

Sümela monastrı

 

Әziz oxuçularımız ‘‘Türkiyәdә turizm’’ proqramının bu bölümündә sizә Türkiyәnin әn önәmli turizm mәkanlarından  biri olan Sümela monastrı haqqında maraqlı mәlumatlar verәcәyik.

Türkiyәnin Şәrqi Qaradәniz bölgәsindә yerlәşәn vә 1700 illik keçmişә malik olan Sümela monastrı dünyanın әn qәdim vә önәmli tarixi mәkanlarından biridir.

Xalq arasında Mәryәm Ana adı ilә tanınan Sümela monastrı Trabzonun әn çox turisti cәlb edәn mәkanlarının önündә gәlir.

Monastr Trabzonun Maçka rayonunun  Ziqana dağının yamacında yerlәşir. Monastrın әtrafı yamyaşıl ağaçlarla əhatə olunub. Monastr yüksәk qayalığın ortasında bütün cazibəsi ilә ziyarәtçilәri heyran edir.

Rәvayәtә görә, yunanıstanlı iki keşiş bir gecә yuxularında Mәryәm ana vә İsa peyğәmbәrin şәkilini görür vә bu rәsmin Trabzonda olduğu fikri ilә bura gәlirlәr. Bir-birindәn xәbәrsiz bu iki keşiş Sümelada qarşılaşırlar vә gördüklәri yuxunu bir biri ilә bölüşürlәr. Hәmin keşişlәr burda ilk kilsәni inşa edirlәr.

Osmanlı padişahı Fatih Sultan Mehmedin Trabzonu fәth etmәsindәn sonra Trabzonun Aya Sofyası olaraq adlandırılan monastrın kilsә kimi istifadә olunmasına icazә verilir vә Sümelaya müxtәlif hәdiyyәlәr bağışlanır.

Mağara içәrisindә yerlәşәn kilsәdә tәlәbәlәrin vә din xadimlәrinin tәhsil aldıqları vә yaşadıqları bölmәlәr mövcuddur. Monastra aid kilsәlәrin divarları freskalarla İncildә olan müxtәlif mövzülarla bәzәdilib.

Zәrәr görәn freskalar müxtәlif sәylәrlә bәrpa edilmәyә çalışılır. Monastrdan aşağıya doğru baxdıqda sizi möhtәşәm mәnzәrә qarşılayır. Sümela 1923-cü ildә mübadilә müqavilәsinәdәk monastr olaraq istifadә edilib. Daha sonra monastr muzeyә çevrilir.

Xristianlar üçün müqәddәs mәkanlardan biri kimi qәbul edilәn monastrı hәr ilә hәm ölkә daxilindәn, hәm dә xaricindәn minlәrlә turist ziyarәt edir.

Bu möhtәşәm tarixi abinәni yaxından görüb ziyarət etmək istəyirsinizsə o zaman sizi Trabzona dәvәt edirik.


Etiketlәr: Sümela monastrı

Әlaqәli Xәbәrlәr