Dəyərlər iflasamı uğrayır? (I hissə)

Ankara Yıldırım Bəyazit Universitetinin Siyasi Elmlər Fakültəsinin dekanı, professor Kudrət Bülbülün “Dəyərlər iflasamı uğrayır” mövzusundakı yazısını təqdim edirik. (04_23.01.2019)

Dəyərlər iflasamı uğrayır? (I hissə)

Həftənin analizi_04_2019

Qloballaşma prosesindən kifayət səviyyədə qazanc əldə edə bilməyən Qərb bunu tərkmi edir? Millət-dövlət çağına gerimi qayıdılır? Müasirlik ilə ailənin bölünməsi və dəyərlərin zəifləməsilə tək başına yaşayan insan bir qədər dahamı parçalanır? Süni intellekt fəaliyyətləri insanlığı iflasamı uğradacaq? Gələcək prosesdə, toqquşmalar yer kürədən kosmosamı daşınacaq? Qloballaşmadan sonra nə baş verəcək? Yer kürəmiz hansı istiqamətdə deyişir və yaşadığımız dövr nəcə adlandırıla bilər?

Ankara Yıldırım Bəyazit Universitetinin Siyasi Elmlər Fakültəsinin dekanı, professor Kudrət Bülbülün “Dəyərlər iflasamı uğrayır” mövzusundakı yazısını təqdim edirik.

Sosial elmlərdə zaman-zaman baş verənlər nəticəsində  necə bir dünyaya üz tutduğumuza dair nəzəriyyələr təqdim edilir.  Bu nəzəriyyələr üzərindən gələcəyi daha yaxşı başa düşmək üçün analizlər edilir. Həmin nəzəriyyələr hər zaman məsum və özündən ortaya çıxarılan nəzəriyyələr olmaya bilər. Həmçinin əlaqədar nəzəriyyələr hər sahədə bir izah gücünə də sahib olmaya bilər. Müxtəlif tənqidlərə məruz qalsa da yenə də bu nəziriyyələr müəyyən bir ehtiyaca görə ortaya çıxırlar və həmin səbəbdən müəyyən bir izah gücünə sahib olurlar. Belə olsa da insanlığın əldə etdiyi sürət bu nəzəriyyələrdən istifadə etmə müddətini xeyli qısaldır. Rabitə və informasiya texnologiyalarındakı inkişaflar insan psixologiyasını və zamanı dərk etməyi kökündən dəyişib. Deməli istədiyimizi daha yaxşı başa düşmək üçün son yarım əsrdə ortaya qoyulduğu zaman çox qaneedici kimi görünən və böyük həyəcan oyadan nəzəriyyələrdən necə sürətli şəkildə istifadə edib iflasa uğratdığımızı xatırlamaq kifayət edə bilər.

1950-ci illərdə Daniel Bell tərəfindən “İdeologiyanın iflası”  elan edildiyi zaman tezis geniş əks-səda doğurmamışdı. Daha sonra Paul Virillo coğrafiyanın iflasını elan etdi. 1992-ci ildə Francis Fukuyama “Tarixin iflasını” elan etdiyi zaman Daniel Belldən daha çox maraqla qarşılandı. Huntinqton bu iflasa uğramada mədəniyyətlər arasındakı toqquşmalardan hərəkətlə Qərb mədəniyətinin tənhalığına işarə etdi və 1993-cü ildə “Mədəniyyətlər toqquşması” tezisi hazırda daha az mübahisə olunur. Ən son təqdim edilən tezis isə elə bil ən sürətli unudulan tezis kimidir: Bu gün Kenichi Ohmaenin 1996-cı ildə yazdığı “Millət Dövlətin iflası” tezisindən heç kəs danışmır.

Keçmişin mega hekayələrinin, böyük ideologiyaların heç biri artıq bu gün kütlələri özünə cəlb edə bilmir. Uğruna qurban edilən vətən müdafiələri yaxud işğal təşəbbüsləri yavaş-yavaş xüsusi təhlükəsizlik şirkətlərinə təhvil verilir. Yuxarıda ifadə edilən tezislər də artıq maraq doğurmur.

Hazırda da yaşadığımız dövrün necə adlandırılacağına dair fəaliyyətlər davam etdirilir. Mətnin əvvəlində də səsləndirilən suallar yeni dövrə məxsus insanlığın başa düşməyə/ təsvir etməyə cəhd göstərdiyi mübahisə mövzularının ümumi çərçivəsini ortaya qoyur.

Yeni dövrü düşüncə yaxud prinsipial əsaslar üzərindən adlandırma cəhdləri təəssüf ki, çox nikbin fəaliyyətlər kimi görünür. Kaş yaşadığımız dövr və daha sonrakı zaman, həmfikir olmasak da, səhv qəbul etsək də daha dəyərlərə əsaslı nəzəriyyətlərlə izah edilə bilsə. Görünür ki, düşüncəyə, pirinsiplərə əsaslanan dövrün iflasa uğradığı yeni bir dövrə üz tutmuşuq. Yeni bir çağa deyə bilmirik. Çünki artıq heç bir dəyişiklik o qədər uzun müddət davam etmir.

Dəyərlərin zəiflədiyi, prinsipiallıq, ləyaqət, fəzilət, bölüşmək, ədalət kimi məfhumların  dəmək olar ki, unudulmağa üz tutduğu, bu məfhumların artıq dəbdən düşdüyü sanki yeni bir dövrə daxil oluruq. Bu dövrü də bir iflasa uğrama yanaşması kimi ifadə etmək lazım gəlsə “ dəyərlərin iflası” (the end of values) olaraq adlandırmaq daha uyğun görünür. Elə bil ölkələr, qurumlar özlərini ifadə etmək üçün qanuni görünməyə, haqlı bir zəmində hərəkət etməyə daha az ehtiyac duyurlar.

BMT

İkinci Dünya müharibəsindən sonra Millətlər Cəmiyyətinin yerində qurulan BMT demək olar ki, vəzifə müddətini başa çatdırıb. Suriya, Myanma, Krım, Ukrayna kimi toqquşma sahələri mövzusunda heç nə etməməsi, 5 daimi ölkənin öz mənfəətlərindən savayı hardasa heç bir mövzuda narahat olmaması BMT-nin insanlığın gözü qabağında qanuniliyini xeyli zəiflədən əsas amillərdəndir.

BMT-nin məlumatlarına əsasən dünyada təqribən 70 milyon qaçqın sığınacaq yer tapmağa, həyatda qalmağa cəhd göstərir. Bu rəqəm İkinci Dünya müharibəsindən sonrakı ən yüksək rəqəmdir. BMT-nin bu mövzu ilə əlaqədar əhəmiyyət kəsb edən bir addım atdığını eşitdinizmi?  Yaxud da BMT tərəfindən əziyyət çəkdirənlərin qarşısının alınmasında, məzlumlara yardım edilməsində ciddi bir çağırış, əməliyyat planı hazırlandığına şahid oldunuzmu? Bir insana, ölkəyə, quruma yönəldilmiş tənqidlər ola bilər, amma ən pisi onlara yönəldilmiş ümidin yox olmasıdır.

Avropa İttifaqı (Aİ) əsasən bir-birlərilə müharibə etmiş və buna da bütün dünyanı şərik edən ölkələrin, müəyyən dəyərlər ətrafında döyüşün qarşısını almağı, rifahı, əməkdaşlığı, bölüşməni, həmrəyliyi gücləndirməyi məqsəd götürən bir ittifaq idi.  Hazırda artıq heç kəs Aİ-nin bir dəyərlər ittifaqı olduğundan bəhs etmir. Dünyada demokratik ölkələr arasında irqçi partiyaların ən çox hakimiyyəti bölüşdüyü ölkələr hər halda Aİ ölkələridir. Mühacir, İslam və yəhudi əleyhinə siyasətlərin çox təhlükəli səviyyələrdə olduğu, xaricilərə qarşı düşmənçiliyin və təcavüzkarlığın gündəlik həyatda artıq adi hala gəldiyi, dünyada ibadətxanaların ən çox yandırıldığı bir Aİ ilə qarşı-qarşıyayıq. Aİ keçmişdə üzv ölkələrdə və bölgəsində sülhə, dincliyə, rifaha, insan haqlarına, demokratiyaya xeyli töhfə verdi. Lakin bu günkü vəziyyətilə Aİ İttifaqa müraciət etsə, özünün qoyduğu meyarlardan çox kənarda olduğundan üzv olaraq qəbul edilə bilməyəcək haldadır. Miqrantlara dair tətbiq etdiyi siyasətlərlə sahilə gəlib çıxan sadəcə körpə Aylanların meytləri deyil, həmin zamanda Aİ dəyərləridir.

Aİ ölkələri baxımından daha dəhşətli olanı isə budur ki, demokratiya və azadlıq sahələrində əhatə dairəsi kiçilməkdə davam edir və  plüralist və azadlıqçı dairələr səslərini daha az ucaldırlar. Avropa İkinci Dünya müharibəsi əvvəlindəki kimi bir vəziyyətlə qarşı-qarşıyadır. Bunun qarşısında Aİ-ni bu vəziyyətdən xilas edə biləcək, buna təslim olmamış, bir-iki istisna olmaqla bir siyasi liderlik də görünmür.

 

 

   



Әlaqәli Xәbәrlәr