Efes

Bu hәftә sizә Türkiyәnin qürur abidәsi vә turizm məkanlarından biri olan Efes haqqında danışacağıq.

Efes

Türkiyәdә turizm-03

Salam hörmәtli oxucularımız. “Türkiyәdә turizm’’ proqramının növbәti bölümü ilә qarşınızdayıq. Bu hәftә sizә Türkiyәnin qürur abidәsi vә turizm məkanlarından biri olan Efes haqqında danışacağıq.

Efes Egey bölgәsindә İzmirin cәnubundakı Menderes çayının dәnizlә birlәşdiyi noqtәdә yerlәşәn antik liman şәhәridir. Efes qoruduğu yüzlərlə tarixi əsərlə dünya turizmi üçün böyük әhәmiyyәt kәsb edir.

Antik şәhәr 1994-cü ildә YUNESKO-nun mәdәni irs siyahısına daxil edilib. Dünyanın 7 möcüzәsindәn biri olan Artemida mәbәdi dә məhz Efesdә yerlәşir. Celcius kitabxanası, Efesdә yaşayan varlıların villaları, aqora, antik teatr, Mәryәm Ananın son günlәrindә yaşadığı deyilən ev vә Əshabi Kəhf mağarası da Efesdә mövcud olan möhtәşәm abidәlәrdir.

Antik şәhәr E.Ә. 6000-ci ildә  qurulub. Bölgәdә son illәrdә aparılan arxeoloji tәdqiqatlar zamanı Xetlәrә aid yaşayış mәntәqәlәri aşkar edilib.

Efes şәhәri Anadolunun qәrb sahillәrini әhatә edәn İonyanın әn әmiyyәtli liman şәhәrlәrindәn biri olub. Antik şәhәr 1330-cu ildә Türklәrin nәzarәtinә keçib vә Türk xanlıqlarının mәrkәzinә çevrilib.

Şәhәr bir müddәt sonra  öz әhәmiyyәtini itirib vә kiçilmәyә başlayıb. Bölgәni hәr il minlәrlә turist ziyarәt edir.

Efesin zәnginliklәri bu gün də arxeoloji qazıntılar nәticәsindә aşkara çıxarılmaqda davam edir. Burda aşkar edilәn evlәr dövrümüzdә inşa edilәnlәrdәn çox da fәrqlәnmir. Evlәrin divarları mәrmәr vә freskalarla bәzәnib, zirzəmilərsə mozaikalarla örtülüb. Bütün evlәrdә isinmә sistemi vә hamam mövcuddur.

Çox sayda tarixi abidәyә ev sahibliyi edәn Efes öz ziyarәtçilәrinin yolunu gözlәyir.


Etiketlәr: Efes , İzmir

Әlaqәli Xәbәrlәr