Yәmәnli Mәrvә

Ankara Yıldırım Bəyazit Universiteti Politologiya fakültəsinin dekanı, professor Qudrət Bülbülün analiz-yazısını təqdim edirik. (02/2019_09.01.2019)

Yәmәnli Mәrvә

Həftənin Analizi-02/2019

Bәzәn yaşadığımız kiçik problemlәri gözümüzdә çox böyüdürük. Bu problemlәr sәbәbindәn özümüzün vә әtrafımızdakıların hәyatını çәtinlәşdiririk. Belә hallarda problemlәrdәn  uzaqlaşıb yaşadığımız ölkәyә bir xarici gözü ilә baxmaq yaşadığımız problemlәri daha yaxşı qiymәtlәndirmәmizә töhfә verәr.

Bu çərçivədə aşağıdakı gerçək hekayəni  Türkiyənin ifadə etdiyi mənanı  anlamaq  baxımından sizinlә bölüşmәk istəyirik.

Türkiyə yaşanan  fövqəladə vəziyyət rejimlәrinә  baxmayaraq  təhsil bazasına çevrilir. Keçmiş illәrdә Türkiyәdә xarici tәlәbәlәrә  kifayyәt qәdәr imkan tәqdim olunmurdu. Hazırda Türkiyәdә tәxminәn 150 min xarici tәlәbә tәhsil alır vә gәlәcәklәrinә ümidlә baxırlar. Hәr bir tәlәbәnin hәyatı  ayrı bir kәdәr, hicran, sәy vә  ümiddir. Türkiyәnin  bu gәnclәr üçün heyәcan vә yeni ümidin ifadәsi olduğunu deyә bilәrik. Bu günkü bölümdә sizinlә yәmәnli tәlәbәlərdən Mәrvәnin  hekayәsini təqdim edəcəyik.

Yəmən Qırmızı dənizə, Ədən körfəzinə, Oman dənizinə sahili olan, strateji mövqeyinə görə deyilə bilər tarixin hər dövründə iztirablar çəkmiş bir ölkədir. Bizim üçün isə Məkkə və Mədinənin müdafiəsi oradan başladığına görə uğruna ən çox şəhid verdiyimiz coğrafiyalardan biridir. Çanaqqala ilə birlikdə bəlkə də bağrı yanıq millətimizin adına ən çox ağı dediyi, ürəyini ən çox əsdirdiyi yerdir. Hələ 15 yaşında gənc qızlarımızın yolunda göz yaşı axıtdığı bir ölkədir. Dastanlarımızın, ağılarımızın, kədərlərimizin gələcə nəsillərin ürəklərinə yol tapması hər halda verdiyimiz şəhid sayı ilə əlaqəlidir ki, Çanaqqala və Yəmən ürəyimizi başqa yandırır.

Mərvə Yəmənin paytaxtı Sanadandır. Hər gənc kimi gələcəyinə istiqamət qazandırmağın  yollarını axtararkən 2014-cü ildə vətəndaş müharibəsilə ölkəsinin gələcəyi bir daha qaraldı. Çevriliş dövrlərində səsini ucaldanlar sadəcə silahlar olur, insanlıq unudulur. Nə gənclər xatırlanır, nə də onaların gələcəyi.

Ölkəsi bu vəziyyətlə qarşı-qarşıya olduğu dövrdə Mərvəyə Türkiyədə təhsil almaq üçün imkan yaranır. ABŞ-ın “Fulbirght” almanların “Daad”, ingilislərin “Chevening” təqaüdləri Yəməndəki vətəndaş müharibəsinə görə dayandırıldığı üçün Türkiyə təqaüdləri Mərvə ilə birlikdə 150 yəmənli tələbə üçün ümidə, gələcəyə açılan yeganə çıxış yolu olur. Türkiyə xəyalı ilə gəlib, sonra qayıdıb xarabaya çevrilmiş ölkələrini bərpa etmək üçün böyük həyəcan duyurlar.

Bir tərəfdə ümidləri vardır, amma digər tərəfdə həyatın acı həqiqətləri. Ölkələrindəki vətəndaş müharibəsi səbəbindən Sanadakı səfirliklər bağlanmış, ümumilikdə Ciddəyə köçürülmüşdür. Təhlükəsizlik səbəbindən təyyarə səfərləri də yoxdur. Türkiyəyə gələ bilmək üçün viza almaq məcburiyyətindədirlər. Bunun üçün tək yol Ciddəyə köçürülən Türkiyənin səfirliyinə şose yoldan getməkdir. Lakin toqquşan müxtəlif qrupların nəzarətində olan bu yollardan bombalar, vuruşmalar, hücumlar, nəzarət nöqtələri arasından Ciddəyə çatmaq qeyri-mümkündür. Sərhədə çatılsa da Səudiyyə Ərəbistanına daxil olmağın da heç bir qarantiyası yoxdur.

Çarəsiz qalan gənclər həll yolları axtararkən sıxlıqla Sanada bir araya gəlirlər. Ciddədəki Türkiyə səfirliyilə əlaqə saxlamaq imkanı əldə edirlər. Viza üçün pasportlarını Ciddəyə aparmaqdan başqa çarələri yoxdur. Nəticədə tələbələrdən bir oğlan bütün pasportları Ciddəyə aparmağı könüllü qəbul edir. Gənclər böyük bir ümidlə Yəməndəki tələbələrin pasportlarını bir araya gətirməyə cəhd edirlər. Lakin ümidləri elə çox çəkmir. Könüllü olan tələbə güclü bombardman altındakı Yəmən şəhərlərindən keçərkən pasportları Ciddəyə aparmağa cəsarət edə bilmir və vaz keçir. Sonra Mərvə bu işi yerinə yətirmək istədəyini söyləyir və yola düşür. Ailəsi bundan çox narahat olur, sadəcə öz pasportunu aparmasını istəyir. Lakin Mərvə təqaüd qazanan tələbələrin gələcəklərinin tamamilə ondan asılı olduğunu bildiyi üçün qərarından yayınmır. 90 pasportla Mərvə yolu düşür. Bəziləri Mərvənin bunu bacara bilməyəcəyini düşünərək pasportunu vermir. Türkiyənin səfiri Fazlı Corman Mərvənin bu qərarından böyük məmnunluq duyur. Lakin bunun ciddi riskləri olduğunu dəfələrlə söyləyir. Bu qədər pasportun üzərində olmasının təhlükəli ola biləcəyini və bir yazı verə biləcəyini bildirir. Mərvə ailəsinin, digər tələbələrin və ailələrinin duaları ilə yola düşür. İki gün boyunca Səudiyyə Ərəbistanı sərhədinə qədər Yəmən ərazilərində yol gedir. Hər hansı toqquşma təhlükəsilə qarşılaşmır. Nəzarət nöqtələrində isə Yəməndəki mədəniyyətə uyğun şəkildə qız olduğu üçün elə çox axtarış olmur. Səhər saat 10 radələrində Yəmən sərhəd-keçid məntəqəsinə çatır, amma növbədə gözləyən çox adam vardır. Bunu gözləsə o gün növbənin ona çatması qeyri-mümkündür. Yəmənli vəzifəlilərlə danışıb buradan keçməyi bacarır və 90 pasportla Səudiyyə Ərəbistanı gömrüyünə piyada gedir. Ancaq gömrükdə işlər o qədər asan olmur. Vəzifəlilər Mərvəyə inanmırlar, qəzəblənib o gün heç nə edə bilməyəcəklərini, ertəsi gün gəlməsini söyləyirlər. Səhranın ortasında qalan bir gənc qız nə edəcəkdir? Mərvə yenidən səfirlə əlaqə saxlayır. Səfir mövzunu işıqlandıran bir faks göndərir. Səudiyyəli məmurlar ona yayında atası, qardaşı yaxud yoldaşı olmadan ona icazə verə bilməyəcəklərini söyləyir. Mərvə həcc üçün gəlmədiyini, üç gündən artıq ölkədə qalmayacağını dəfələrlə şərh edir, nəticədə qane olurlar və Mərvəyə icazə verilir. Üç gün müddətində viza işlərini həll edir və geri qayıtmaq üçün yola düşür. Bu dəfə təhlükələrlə üzləşir, bir körpüdə bombalanmaqdan sadəcə bir neçə dəqiqə ilə xilas olur. Çətin bir səyahətdən sonra Sanaya çatır. Mərvə indi Yıldırım Bəyazid Universitetində mənim tələbəmdir. Digər tələbələr də ölkələrinə töhfə vərmək üçün Türkiyədə uğurlu şəkildə təhsillərini davam etdirirlər. Bu hekayəni artıq bu ölkədə yaşanmaz deyənlərə, ki onlar heç bir tənqidi qəbul etmək istəmirlər və bu tənqidlərinə baxmayaraq ölkədə yaşamaqda davam edirlər, onlara həsr edirəm.



Әlaqәli Xәbәrlәr