Kappadokiya

Bu hәftә sizә Anadolunun әn məşhur bölgәsi olan Kappadokiya haqqında danışacağıq.

Kappadokiya
Kappadokiya
Kappadokiya

Kappadokiya

Türkiyәdә Turizm 2/2019

               

Salam hörmәtli oxucularımız. “Türkiyәdә turizm’’ proqramının növbәti bölümü ilә qarşınızdayıq. Bu hәftә sizә Anadolunun әn məşhur bölgәsi olan Kappadokiya haqqında danışacağıq.

Kappadokiya malik olduğu möhtәşәm әrazi vә misilsiz tәbiәtilә, qayalardan yonulan xristian məbədləri və ibadətxanaları ilə buranın görməli yerlərindəndir. Elə bu xüsusiyyәtlәrinә  görə Kappadokiya 1985-ci ildә YUNESKO-nun mәdәni irs siyahısına daxil edilib.

Kappadokiya geniş coğrafiyaya malikdir. Roma dövründә Kappadokiya daha geniş әraziyә sahib idi. Kappadokiyaya 16-cı әsirdә  səfər edən avropalı səyyahlar oranı Pərilər ölkəsi adlandırmışdılar.

Miliyonlarla il әvvәl Kappadokiyanın sahəsi güclü vulkan püskürmələrindən sarsıntılara məruz qalmışdı. Qüclü külәk vә yağış nәticәsindә formalaşan qayalar uzaqdan baxanlara xәyallar ölkәsi tәsirini bağışlayır.

Kappadokiya tәbii gözәlliklәri ilә yanaşı eyni zamanda ziyarәt edә bilәcәyiniz möhtәşәm qaya kilsәlәrinә dә ev sahibliyi edir. Bölgә xristianlığın Roma dövründә tәzyıq altında olduğu günlәrdә böyük önәmә sahib idi.

Bölgә tarix boyu müxtәlif mәdәniyyәtlәrin savaşlarına sәhnә olub. Bu sәbәbdәn də bölgә әhalisi asanlıqla yonulan qayalardan yeraltı şәhәrlәr yaradıblar.

Bölgәdә  bütün bu sivilizasiyaların izlərini, həmçinin Səlcuqlu və Osmanlı dövlətlərinə aid əsərləri görmək mümkün.

Kappadokiyanın digər nәzәrә çarpan gözәliklәrindәn biri dә Balon turizmidir. Ürgüp vә Göremedə yüzlәrlә şarla havaya qalxan turistlәr Kappadokiyanın möhtәşәm mәnzәrәsini göy üzündәn seyr edә bilәr.

Bu gün Kappadokiyanı ziyarәt edәn türistlәrә o möhtәşәm mağaralarda türk mətbəxinin ləziz yemәklәri vә içkiləri tәqdim edilir.

 

 

 

 


Etiketlәr: Göreme , Ürgüp , Kappadokiya

Әlaqәli Xәbәrlәr