Türkiyənin dostluq körpüləri-01/2019

TİKA getdiyi hər yerdə başda təlim və səhiyyə olmaqla doğumdan ölümə qədər insan həyatını əlaqədar edən hər sahədə keyfiyyətli layihələr həyata keçirməkdə davam edir.

Türkiyənin dostluq körpüləri-01/2019

Türkiyənin dostluq körpüləri-01/2019

Türkiyənin dostluq körpüləri silsiləsində Yunus Emre İnstitutu, Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsi, Qızıl Aypara Cəmiyyəti və TİKA (Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi) kimi dünya miqyasında müxtəlif ölkə və bölgədə dəyişik sosial-mədəniyyət layihələrini həyata keçirən təşkilatlarımızdan bəhs edəcəyik. Həmin çərçivədə ilk olaraq TİKA-nın tarixinə dair məlulmat verib, daha sonra bu agentiliyin fəaliyyətlərinə qısaca nəzər salacağıq.

TİKA 1991-ci ildə Soyuq müharibə dövrünün başa çatması və Sovet İttifaqının dağılması ilə Türk Cümhuriyyətləri başda olmaqla ölkəmizin tarixi və mədəniyyət bağları ilə güclü əlaqəlirinin olduğu coğrafiyalar ilə güclü əməkdaşlıq etmək məqsədilə 1992-ci ildə qurulub.

1992-2002-ci illər arasında ölkə xaricində 12 ofis ilə cəmi 2500 layihə həyata keçirən TİKA Türkiyənin tətbiq etdiyi fəal və prinsipli siyasətilə fəaliyyət göstərdiyi ölkələrin sayını günü-gündən artırır. TİKA hazırda 59 ölkədə 61  Proqram Koordinasiya Ofisi ilə 170 ölkədə fəaliyyət göstərən qlobal bir təşkilatdır. Türkiyənin TİKA vasitəsilə dost ölkələrə yönəldilmiş fəaliyyətləri əsasında bir sülh qurşağı yaratma cəhdi var.

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi TİKA prezident Rəcəb Tayyib Ərdoğanın “Dünyanın hər tərəfinə əlimizi uzadıb, harada dərdi olan varsa, Türkiyə oraya gedib az ya çox köməklik göstərəcəktir”sözlərilə müəyyən etdiyi istiqamətdə hər il daha çox bölgəyə və insana yardım edir.

TİKA getdiyi hər yerdə başda təlim və səhiyyə olmaqla doğumdan ölümə qədər insan həyatını əlaqədar edən hər sahədə keyfiyyətli layihələr həyata keçirməkdə davam edir.



Әlaqәli Xәbәrlәr