Tarixdə bu gün: 4 yanvar

Tarixin bu günü harada nələr baş verib? Qısaca nəzər salaq.

Tarixdə bu gün: 4 yanvar

  Tarixin bu günü harada nələr baş verib? Qısaca nəzər salaq.

***

  1643-cü ilin 4 yanvarında İngiltərənin Vulstorp şəhərində fermer ailəsində dünyaya gələn İsaak Nyuton məşhur ingilis fiziki, riyaziyyatçısı və teoloqudur. Differensial hesablamalar və inteqral hesablamalar, klassik mexanikanın əsas qanunları, Ümumdünya Cazibə Qanunu, optika sahəsində fundamental kəşflər – bütün bunlar Nyuton dühasının bəhrələridir. (1643-1727)  

***

  Yanvarın 4-ü Azərbaycan ədəbiyyatının görkəmli maarifçilərindən biri, yazıçı-dramaturq və jurnalist Cəlil Məmmədquluzadənin xatirə günüdür. Naxçıvanda anadan olan (1866) Mirzə Cəlil 1932-ci ilin bu günü Bakıda dünyasını dəyişib. Onun hekayə və felyetonları, “Ölülər” komediyası Azərbaycan satirik ədəbiyyatı, təsisçisi və naşiri olduğu “Molla Nəsrəddin” jurnalı isə Azərbaycan jurnalistikası tarixində əvəzsiz yer tutur. Bu jurnal bütün Yaxın və Orta Şərqdə, xüsusilə, İran və Türkiyədə ədəbi-ictimai fikrin inkişafına mühüm təsir göstərib.

***

  İlk appendisit əməliyyatı 1885-ci il yanvarın 4-də ABŞ-ın Loua (Lowa) ştatının Davenport şəhərində doktor Uilyam Uest Qrant (William West Grant) tərəfindən həyata keçirilib.

***

  Bu gün Myanma xalqının müstəqillik günüdür. 1947-ci ildə Britaniya imperiyasının tərkibindən çıxan Myanma 1948-ci il 4 yanvarda müstəqilliyini elan edib.

***

  1967-ci ilin bu günü Cənubi-Şərqi Anadoluda istehsal olunan xam nefti İskenderun Körfezinə daşıyan 490 kilometrlik Batman-İskenderun neft boru xətti xidmətə açılıb.

***

  1969-cu ildə hər növ irqi ayrı-seçkiliklərin aradan qaldırılması üçün beynəlxalq müqavilə hazırlandı. Türkiyə bu müqaviləni 2001-ci ildə imzaladı.

***

  İçinə gizlədilmiş əsgərlərlə tanınan, Troya şəhərinin ələ keçirilməsini təmin edən, bir çox filmlərin mövzusu olan “Troya atı”nın 12 metrlik bənzəri heykələ çevrilərək 1976-cı ilin 4 yanvar günü Türkiyənin Çanaqqala rayonunun antik Truva şəhərində qoyuldu.

***

  1986-cı ildə bu günü Türkiyənin İstanbul şəhərində Avropa və Asiya qitələrini ikinci dəfə birləşdirən Fatih Sultan Mehmet Körpüsünün tikintisi başladı.

***

  2010-cu ilin 4 yanvarında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində dünyada ən yüksək göydələn kimi qəbul edilən “Bürc Xəlifə”nin tikintisi tamamlandı.  



Әlaqәli Xәbәrlәr