Türkiyә  mәtbәxi

Bu proqramda sizә dünyanın әn mәşhur mәtbәxlәrindәn biri olan Türkiyә mәtbәxi haqqında maraqlı mәlumatlar verәcәyik.

Türkiyә  mәtbәxi

Türkiyә mәtbәxi 1/2019

Salam hörmәtli oxucularımız. ‘‘Türkiyә mәtbәxi’’ proqramının ilk hissәsi ilә qarşınızdayıq. Bu proqramda sizә dünyanın әn mәşhur mәtbәxlәrindәn biri olan Türkiyә mәtbәxi haqqında maraqlı mәlumatlar verәcәyik.

Qatıq südün mayalanmasından әldә edilәn süd məhsuludur. Qatıq insan sağlamlığı üçün çox faydalı bir qidadır. Qatığın tәrkibindәki kalsium vә D vitamini bir çox  xәstәliyin qraşısını ala bilir.

Bәs qatığın Türklәr tәrәfindәn hazırlandığını vә ‘‘yuğurt’’ kәlimәsinin bir çox dilә Türk dilindәn  keçdiyini bilirsinizmi?  XIX әsrdәn etibarәn hazırlanan qatıq Türkiyә mәtbәxinin әn әhәmiyyәtli qidalarından biridir.

Bu gün sizә  ‘‘Yayla şorbası’’ reseptini  verәcәyik.

Әrzaqlar

6 su stәkanı әt suyu vә ya su

3 yemәk qaşığı düyü

2 yemәk qaşığı un

1 yumurta sarısı

2 su stәkanı qatıq

2 çay qaşığı duz vә nanә qurusu

2 yemәk qaşığı kәrә yağı

Hazırlanması: Yuyub süzdüyünüz düyünü suda bişirin. Düyü bişәrkәn siz dә ayrı bir  qabda yumurta sarısı, unu vә qatığı qarışdırın. Bişәn düyünü süzüb bu qarışıma qatın. Üzәrinә ilıq su (әt suyu)  vә duzunu  әlavә edib ocağın üstündә tәxminәn 10 dәqiqә qaynayıb normal qatılığa çatana qәdәr bişirin. Daha sonra kiçik bir tavada  әritdiyiniz kәrә yağının üzәrinә  quru nanәni tökün vә şorbaya әlavә edin. Nuş olsun !

 


Etiketlәr: şorba , süd , qatıq

Әlaqәli Xәbәrlәr