Tarixdə bu gün: 3 yanvar

Tarixin bu günü harada nələr baş verib? Qısaca nəzər salaq.

Tarixdə bu gün: 3 yanvar

  Tarixin bu günü harada nələr baş verib? Qısaca nəzər salaq.

***

  1681-ci ilin 3 yanvarı Osmanlı dövlətilə Rusiya arasında Baxçasaray Sülh Müqaviləsi imzalandı. 20 il müddətinə bağlanmış bu sülh müqaviləsinə əsasən Osmanlı dövləti, Kiyev də daxil olmaqla, yalnız Solsahil Ukraynasının Rusiya tərkibinə qatılmasına razı oldu.

***

  1804-cü ilin 3 yanvarı Rusiya qoşunları general Pavel Sisianovun komandanlığı ilə qanlı döyüşlərdən sonra Gəncəni işğal etdi. O zaman Cavad xan və oğlu öz torpaqlarını işğalçılardan müdafiə edərkən həlak oldular. Gəncəlilərin işğalçılara qarşı qəhrəmancasına mübarizəsi sübut edir ki, Azərbaycan Rusiyanın tərkibinə keçmək niyyətində olmayıb.

***

  Bir çox filmdə gördüyünüz və Nyu Yorka gedən turistlərin maraqla seyr etdiyi Brokleyn (Brooklyn) körpüsünün tikintisi 1870-ci ilin 3 yanvarında başlayıb.

***

  Birinci Dünya müharibəsi zamanı - 1917-ci ilin 3 yanvarında Osmanlıların zəif düşməsindən istifadə edən erməni silahlıları Ardahanın Ərəb məscidini içində olan 373 müsəlman türküylə birlikdə yandırdı.

***

  1952-ci ilin 3 yanvarı baş verən Ərzurum və Hasankale zəlzələləri zamanı 69 adam həyatını itirdi, 299 nəfər yaralandı.

***

  1961-ci ilin 3 yanvarında Türkiyədə rəsmi reklam və elan gəlirlərinin qəzet və jurnallara ədalətli paylanmasını təmin etmək məqsədilə Mətbuat Elan Qurumu yaradıldı.

***

  1976-cı ilin 3 yanvar tarixindən İqtisadi, Sosial və Mədəni Haqqlar haqqında Beynəlxalq Konvensiya qüvvəyə mindi. Türkiyə müqaviləni 2000-ci ilin 15 avqustunda imzaladı.

***

  1990-cı ilin 3 yanvarı türkiyəli rəssam İbrahim Balabanın "Köç" əsəri 45 milyon liraya satıldı. Bu, yaşayan rəssamın işinə o günə qədər ödənilən ən yüksək dəyər sayılır.

***

  2004-cü ilin 3 yanvarında Misirin xüsusi hava yolu şirkəti olan “Flash Air”ə aid “Boeing 737” tipli sərnişin təyyarəsi Qırmızı dənizə düşdü və 148 adam həyatını itirdi.

***

  Tarixin bu günü müxtəlif dövrlərdə yaşamış görkəmli şəxsiyyətlərə aid məlumatlardan da vermək istəyirik.

  Böyük Azərbaycan mütəfəkkiri Xətib Təbrizi 1109-cu ilin 3 yanvarında vəfat edib. Yaradıcılığa şeirlə başlayan Xətib Təbrizi ensiklopedik alim olub, bir çox elmi əsər, xüsusilə, ərəb dilli ədəbiyyatın poetikasına dair tədqiqatları ilə şöhrət qazanıb. (1030-1109)

***

   Ədəbiyyatın görkəmli nümayəndələrindən biri də Yusif Vəzir Çəmənzəminlidir ki, 3 yanvar onun da xatirə günüdür. Azərbaycanın dilbər guşəsi, Qarabağın mərkəzi Şuşada anadan olan (1887) Y.V.Çəmənzəminli Azərbaycan tarixi-fəlsəfi romanının ilk nümunəsi olan “Qızlar bulağı” əsərinin müəllifidir. Yazıçının “Qan içində” romanında isə XIX əsrin 2-ci yarısında Azərbaycanın ictimai-siyasi həyatı təsvir olunur.

***

  3 yanvar görkəmli özbək şairi və mütəfəkkiri Əlişir Nəvainin də xatirə günüdür. (1441-ci ildə Herat şəhərində dünyaya gəlib.) Nəvai Azərbaycanın böyük şairi Nizami Gəncəvinin “Xəmsə”sinə nəzirələrilə dünya şöhrəti qazanıb. (1441-1501)



Әlaqәli Xәbәrlәr