Göbәklitәpә

Bu gün sizә Türkiyәnin mәdәniyyәt incilәrindәn biri olan Göbәklitәpәdәn söhbәt açacağıq.

Göbәklitәpә

Türkiyәdә Turizm 1/2019

Salam hörmәtli oxucularımız. ‘‘Türkiyәdә turizm’’ proqramının ilk hissәsi  ilә qarşınızdayıq.

Bu gün sizә Türkiyәnin mәdәniyyәt incilәrindәn biri olan Göbәklitәpәdәn söhbәt açacağıq.

Göbәklitәpә 1994-cü  ildə aparılan arxeoloji tәdqiqatlar zamanı aşkar edilib.

Aparılan qazıntı işləri nəticəsində bütün dünya Göbəklitəpənin fərqində olmağa başladı. Araşdırmalar zamanı torpağın altında 20 ədəd məbəd aşkar edilib. Bu günədək həmin məbədlərdən sadəcə bir neçәsi  işıq üzü görə bilib.

Göbəklitəpədə yerləşən məbədlərin ortaq xüsusiyyəti var. Məbədlərin divarlarının qalınlığı 1.5, hündürlüyü isə 12 metrdır. T şəklində sütunlarla əhatə olunan məbədlərin ortasında da 2 ədəd T şəklində sütun var. Bu sütunların üzərində insan və heyvan şəklillərinin təsvir olunduğu fərz edilir. Sütunların ağırlığı 40- 60 ton arasında dəyişir. Neolit dövründə belə məbədlərin hansı yolla yaradıldığı böyük maraq doğurur.

Bəşəriyyət tarixinin qədim məskəni olan Göbəktəpə cənub-şərqi Anadoluda- Şanlıurfanın 18 km. şərqində yerləşir. Dəniz səviyyəsindən təxminən 800 m. yüksəklikdədir. Adını bölgədə mövcud olan müqəddəs bir qəbirdən alır.

Peyğəmbərlər şəhəri olaraq  adlandırılan Şanlıurfaya  getmişkən buradaki tarixi abidәlәri dә görmәyinizi tövsiyyә edirik.



Әlaqәli Xәbәrlәr