Tarixdə bu gün: 2 yanvar

Tarixin bu günü harada nələr baş verib? Qısaca nəzər salaq.

Tarixdə bu gün: 2 yanvar

***

  İlk fotoşəkilin dəqiq hansı tarixə aid olduğu bilinməsə də, Ay peyki ilk dəfə 1839-cu ildə fransız fotoqraf Lui Daqer (Louis Daguerre) tərəfindən çəkilib.  

***

  1905-ci ilin 2 yanvarı Rusiya-Yaponiya müharibəsində Çinin Rusiyadakı hərbi bazası olan “Port Arthur” admiral Heihaçiro Toqonun əmri ilə Yaponiya donanmasına təslim edildi. Məğlubiyyətlər seriyası Rusiya imperiyasının dağılması və 1905-ci il inqilabının qapısını açmağa səbəb oldu.

***

  1920-ci il yanvarın 2-də Rusiyanın Xarici İşlər naziri Georgi Çiçerin Azərbaycan və Gürcüstan hökumətlərinə nota ilə müraciət edərək Denikin ordusuna qarşı birgə mübarizə aparmaq üçün hərbi saziş bağlamağı təklif etdi. Lakin bu təklif səmimi niyyətlərdən irəli gəlməyib, Azərbaycan və Gürcüstan hökumətlərini zəiflətmək məqsədi daşıyırdı.

***

  Adamların müəyyən edilməsi üçün adlardan sonra dini, ictimai, ailəvi ünvanların istifadə edildiyi Türkiyədə 21 iyun 1934-cü ildə qanuni dəyişikliyə gedilərək Soyad Qanunu çıxarıldı. Qanun 1936-cı ilin 2 yanvarında qüvvəyə mindi.

***

  1959-cu ilin bu günü Ay peykinin hüdudlarına çataraq Günəşin orbitinə daxil olan “Luna 1” SSRİ tərəfindən fəzaya buraxıldı. “Luna 1” Günəş ətrafında orbitə daxil olan ilk peyk idi.

***

  1975-ci ilin 2 yanvarından Türkiyə radioları TRT 1, TRT 2 və TRT 3 adıyla üç kanaldan yayımlanmağa başladı.

***

  1979-cu ilin 2 yanvar tarixində Türkiyə və Amerika arxeoloqlarının beş illik birgə araşdırması nəticəsində dünyanın ilk müsəlman gəmisinin qalıqları Egey dənizində tapıldı.

***

  1980-ci ilin 2-5 yanvar tarixləri arasında İranda ilk prezident seçkiləri keçirilib.

***

  1993-cü ilin 2 yanvarında Türkiyə Silahlı Qüvvələri BMT-nin çağırışı ilə vətəndaş müharibəsi və aclıq fəlakətinin hökm sürdüyü Somaliyə getdi. Koreyadan 43 il sonra Türkiyə ikinci dəfə xarici torpaqlara ayaq basdı.  



Әlaqәli Xәbәrlәr