Həftənin analizi (02.01.2019)

Türkiyə-ABŞ əlaqələri hara gedir?

Həftənin analizi (02.01.2019)

Həftənin Analizi-01/2019

Son bir həftə ərzində baş verən hadisələr  2019-cu ilin Türkiyə ilə ABŞ arasındakı əlaqələr baxımından ciddi risklər və imkanlara sahib olduğunu göstərir. Bu nöqtədə həm "S400"-"F35" hava müdafiə sistemləri mövzusunda həm də Suriyada yaranmağa başlayan yeni dinamikada iki ölkə arasındakı ünsiyyət və koordinasiya əlaqələrin gələcəyini mühüm səviyyədə istiqamətləndirəcək.

Türkiyə-ABŞ əlaqələri son illərdə davamlı yaşadığı eniş-çıxışlarla gündəmdə öz yerini tutur. Son 4 ildə başda YPG olmaqla müxtəlif böhranlarla qarşı-qarşıya qalan münasibətlər iki həftədə yaranan əhvalatlarla yeni bir dönüş nöqtəsinə gəldi. Əvvəl "S400" raket sistemlərilə əlaqəli böhranın 2019-cu ilin Türkiyə-ABŞ əlaqələrinin əsas dinamikasını təşkil edəcəyindən danışılan bir zamanda  ABŞ rəhbərliyi bir müddətdir davam edən "Patriot" sistemlərilə əlaqəli satışın reallaşa biləcəyini açıqladı. Bu vəziyyət əlbətdə öz əsasında müxtəlif suallar doğurur.  Xarici İşlər Nazirliyi tərəfindən yayılan bu açıqlamadan sonra iki tərəf arasında başda texnik və maliyyə məsələlər olmaqla bir bazarlıq prosesinin başlanacağı məlumdur. Ancaq bu satış qərarının ABŞ-ın Türkiyənin "S400"  satışı ilə əlaqəli bir gözlənti nəticəsində olub olmadığı məlum deyildir. Hərgah ABŞ rəhbərliyi “Patriot” raketlərinin satışını yenidən “S400” hava müdafiə sistemlərinin alınmaması şərtindən asılı olaraq ortaya qoysa iki ölkə arasında bu mövzuda yeni gərginliyin yaranması ehtimalı xeyli güçlüdür. Bundan əlavə son vaxtlarda pulunu verərək aldığı “F35”-lərin Türkiyəyə təhvil verilməsinin “S400” sistemlərindən asılı olmasının vacibliyilə bağlı təzyiqlərdən nəticə əldə edilsə və ABŞ rəhbərliyi belə bir qərara gəlsə bu da gərginliyin başqa cəhəti kimi ortaya çıxacaqdır.

Yenə Türkiyənin “S400” hava müdafiə sistemləri alması mövzusunda ortaya çıxa biləcək başqa möhtəməl problem də ABŞ-da “CAATSA” kimi tanınmış və Rusiya ilə müdafiə sənayesi əməkdaşlığının da daxil olduğu sahələrdə əlaqə quran ölkələrə sanksiya tətbiq etmə qərarının həyata keçirilməsi nəticəsində ortaya çıxa biləcəkdir. Belə bir vəziyyətdə iki ölkə arasında xüsusilə müdafiə sənayesi sektorunda çətin bir dövrə daxil olunacaq. Türkiyənin “S400”  hava hücumundan müdafiə sistemləri mövzusunda indiyədək yaydığı açıqlamalara baxmayaraq ABŞ tərəfindən bu mövzu barəsində ortaya çıxa biləcək gözlənti rəsmi Vaşinqtonun rəsmi Ankaranın milli təhlükəsizlik mövzusundakı narahatlıqlarını dəqiq olaraq başa düşmədiyini ortaya qoyur.

“Patriot” raketlərilə bağlı qərardan sonra ABŞ rəhbərliyi ikinci əhəmiyyətli açıqlamanı verərək Suriyadan ABŞ əsgərlərinin çekiləcəyini ictimaiyyətə elan etdi.  Nə qədər də bu vəziyyət daha əvvəl günmədə gəlsə də qərarın qəbul edilmə tarixi və elan edilmə tərzi ABŞ-da ciddi sarsıntıya səbəb oldu. Əvvəl Müdafiə naziri Mattis sonra isə DEAŞ ilə mübarizədən məsul nümayəndə MaykQurk vəzifələrindən istefa etdi. Prezident Trampın verdiyi bu qərardan sonra iki ölkənin əlaqələrinin gələcəyi üçün əhəmiyyətli imkanlar ortaya çıxdı. DEAŞ-a qarşı mübarizədə güçlənəcək bir əməkdaşlıq ilə ABŞ-ın bölgədən çıxarkən Türkiyə ilə təmin edəcəyi koordinasiya orta müddətdə iki ölkə üçün önəmli bir əməkdaşlığın yaranmasına gətirib çıxara bilər. Trampın iki lider arasında baş tutan görüşdən sonra özünün “Twitter” hesabında vurğuladığı logistik dəstək və koordinasiya bu nöqtədə Suriyada sabitlik və daha sonrakı dövrdə siyasi həll prosesində ciddi əməkdaşlığa imkan yarada bilər. Ancaq bu qərarın tətbiq edilməsində Türkiyə ilə kifayət səviyyədə koordinasiya təmin edilməməsi və qarşılıqlı gözləntilər barədə ortaya çıxa biləcək ziddiyyətlərlə ciddi gərginliyə də səbəb ola bilər. Bölgədə fəal tərzdə hərbi mənada yer alan dövlətlərdən başqa regional sabitlik və təhlükəsizlik üçün ciddi təhdiddir. Terror təşkilatlarının eyni anda meydanda olmaları da eyni şəkildə ciddi təhlükələr əhatə edir. Xüsusilə YPG-nin iki ölkə arasındakı əməkdaşlıq zəminindən duyduğu narahatlıq və oynaya biləcəyi pozucu rol həssas nəticələrə səbəb ola bilər. Bu risklərin arasında iki ölkə arasında ediləcək açıq bir əməkdaşlıq, əməliyyatlarda ortaya qoyacaqları ahəng və iki paytaxt arasında düzgün və təsirli bir əlaqə qurma vasitəsi yaradılması xüsusi əhəmiyyət daşıyır.



Әlaqәli Xәbәrlәr