Bunları bilirsinizmi?

Türkiyənin  dövrünün ən böyük və ən əhəmiyyətli beynəlxalq təşkilatı olan Millәtlәr Liqasına dәvәt edilәrәk üzv olduğunu bilirsinizmi?

Bunları bilirsinizmi?

Bunları bilirsinizmi? (01/2019)

Türkiyənin  dövrünün ən böyük və ən əhəmiyyətli beynəlxalq təşkilatı olan Millәtlәr Liqasına dәvәt edilәrәk üzv olduğunu bilirsinizmi?

Mustafa Kamal Atatürk 1932-ci ildə  digər ölkələrin üzv olmaq üçün sәylәr göstәrdiyi Millәtlәr Liqasına Türkiyәnin dәvәt edilәcәyi tәqdirdә üzv olacağını söylәyib.

O dövrün  Xarici İşlәr naziri Tofiq Rüştü Aras 1932-ci ilin 12 aprel tarixindә Cenevrәdә keçirilәn Tәrkisilah Konfransında çıxış  edәrәk  Türkiyәnin Mustafa Kamal Atatürk rәhbәrliyindәki xarici siyasәti ilә bağlı mәlumat verib.

Ertәsi gün İsveçrәnin ‘‘Journal Geneve’’ qәzeti Arasın konfransdakı çıxışından sitat gәtirәrәk yazıb: ‘ Әgәr Millәtlәr Liqası Türkiyәni dәvәt edәrsә Türkiyә hökumәti bunu iftixarla qәbul edәcәk’’.

Türkiyә Cumhuriyyәti dövrünün ən böyük və ən əhəmiyyətli beynəlxalq təşkilatı olan Millәtlәr Liqasının üzvlәri tәrәfindәn  dәvәt edilәrәk 18 iyun 1932-ci ildә bu liqanın üzvü olub.



Әlaqәli Xәbәrlәr