Fransada etiraz aksiyaları: səbəb və nəticələr

Türkiyə Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondu – SETA-nın araşdırmaçı-yazarı Can Acunun mövzuyla əlaqəli yazısını təqdim edirik. (Gündəm analizi_50 (14.12.2018)

1106200
Fransada etiraz aksiyaları: səbəb və nəticələr

Keçən günlərdə Fransa başda olmaqla Hollandiya və Belçikada küçələrdə hadisələr baş verdi və etiraz aksiyaları keçirildi. Hollandiya və Belçikadakı “sarı jiletlilər”in aksiyaları bir qədər sönük keçsə də, Fransadakı nümayişlər xeyli fəal oldu. Fransada təhlükəsizlik qüvvələrinin 1700 nümayişçini nəzarət altına alması və qeyri-bərabər gücdən istifadə etməsi Fransanın gündəmində öz yerini tutdu. Ayrıca Fransadakı nümayişçilərin arasında PKK ilə əlaqəli qrupların və digər qrupların vandalizmə müraciət etməsi diqqət çəkdi. Fransa prezidenti Emmanuel Makronun xalqa müraciətilə Fransadakı gərginliyin səngidilməsi məqsəd götürüldü.  

Fransadakı “sarı jiletlilər”in nümayişləri qarşısında fransız polisi qeyri-bərabər gücdən istifadə etdi. Bibər qazı və gözyaşardıcı qazdan istifadə edən təlükəsizlik qüvvələri Fransa küçələrinin hərb meydanına oxşar mənzərə ortaya qoymasına gətirib çıxardı. Fransız polisinin nümayişçilərə qarşı tətbiq etdiyi zorakılıq nümayişçilər arasında bir çox insanın yaralanmasına səbəb oldu. Nümayişçilərin polislər tərəfindən saxlanılmaları zamanı sivil geyimli polis qüvvələrinin zorakılıq tətbiq edərək nəzarətə götürülənləri döydüyü müşahidə olundu. Fransız polisinin nümayişçilərdən bəzilərini birbaşa hədəf götürərək plastik güllə ilə vurması və nümayişçilərə qarşı fransız ordusunun zirəhli texnikadan istifadə edilməsi, qeyri-bərabər gücün ən əhəmiyyətli göstəricilərindən oldu.

Fransadakı nümayişlərdə fransız təhlükəsizlik qüvvələrinin qeyri-bərabər gücdən istifadəsi, insan haqlarına və demokratiyaya zidd mövqe ortaya qoyması qarşısında Qərb və xüsusilə Avropa mətbuatı Fransadakı hadisələrdə ortaya qoyulan qeyri-bərabər gücdən istifadəni gündəmə gətirmədi və manşətlərə çıxarmadı. Dünyanın başqa yerlərindəki nümayişçilərə qarşı tətbiq olunan polisin zorakılığını qınamaq və manşətlərə çıxarması ilə tanınmış müxtəlif bir sıra etibarlı media quruluşunun ikili standardını ortaya qoyan mövqeyilə Fransanı gözdən yayındırdığı diqqət çəkdi.

Digər tərəfdən isə “sarı jiletlilər”in keçirdiyi nümayişlərin tamamilə sülhməramlı keçirdiklərini də ifadə etmək qeyri-mümkündür. Nümayişçilər arasında vandalizmə əl atan şəxslər və müəyyən qruplar da oldu. Küçələrdəki maşınların və zibil qablarının yandırılması, polisə qarşı zorakılıqdan istifadə edilməsi, maqazinlərin talan edilməsi və səki daşlarının sökülməsi kimi müxtəlif Vandalizm hadisələri baş verdi.

Fransadakı nümayişlərdə zorakılıq hadisələri zamanı divarlara yazılan yazılar və bəzi sosial şəbəkələrdəki paylaşmalar vasitəsilə PKK ilə birgə hərəkət edən bəzi təşkilatların da nümayişçilər arasında yer aldığı müşahidə olundu. Xüsusilə PKK ilə birlikdə Suriyada mübarizə aparan bəzi ifrat sol təşkilatların da olması səbəbilə Fransa hökumətininhansı addımı atacağı maraqlıdır.  Bu çərçivədə fransız televiziyasında “sarı jiletlilər” adından çıxış edən bir şəxsin nümayişlərdəki zorakılıqdan “radikal kürdlərlə əlaqəli qrupları” günahlandırması əhəmiyyət kəsb edir.

Digər bir mövzu isə Fransa hökumətinin ölkədəki nümayişlərlə əlaqəli xarici gücləri günahlandırır. Nümayişləri qızışdırmaqda Rusiya ilə ABŞ-ın da ittiham olunması diqqət çəkdi.

Fransadakı nümayişlərdə yaşanan Vandalizm zorakılığı və polisin qeyri-bərabər gücdən istifadəsindən sonra Fransa prezidenti Makron xalqa müraciət etdi və vədlər verərək ölkədəki gərginliyi səngitməyə cəhd göstərdi.  Xalq sorğusuna görə Makrona dəstək nisbəti 26 faizə düşüb. Makron xalqa müraciətində ölkədə dərin və haqlı bir qəzəb olduğunu, minimum əmək haqqının 100 avro,  ayrıca ayda 2000 avrodan az maaş alanların əmək haqlarının artırılacağını dedi. Bununla da ölkədə nümayiş keçirilənlərə cavab verdi.



Әlaqәli Xәbәrlәr