G 20 platforması nə üçün əhəmiyyətlidir?

Mövzu ilə bağlı Ankara Yıldırım Beyazıt Universiteti Siyasi İnformasiya fakültəsi İqtisadiyyat kafedrasının professoru Erdal Tanas Karagölün məqaləsini yazısını təqdim edirik. (Türkiyə iqtisadiyyatının perspektivləri_49, 06.12.2018)

G 20 platforması nə üçün əhəmiyyətlidir?

  G 20 Sammiti 30 noyabr - 1 dekabr tarixlərində Argentinanın paytaxtı Buenos-Ayresdə təşkil olundu. Bütövlükdə 20 üzvü olan bu platformada inkişaf etmiş ölkələr və inkişaf etməkdə olan ölkələr yer alır. “The Group of 20” adlandırılan bu platforma iqtisadi əməkdaşlığı artıraraq həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan iqtisadiyyatları bir araya gətirməsi və qlobal iqtisadi qərarların verilməsi baxımından əhəmiyyətlidir.

  G 20 ölkələri ABŞ, Kanada, Fransa, İngiltərə, Almaniya, Cənubi Koreya, İtaliya, Yaponiya, Avstraliya, Avropa Komissiyası, Türkiyə, İndoneziya, Hindistan, Argentina, Braziliya, Meksika, Səudiyyə Ərəbistanı, Çin, Rusiya və Cənubi Afrikadır. Bu ölkələrlə yanaşı, bir sıra mühüm təşkilat - Dünya Ticarət Təşkilatı, Beynəlxalq Valyuta Fondu, Beynəlxalq Əmək Təşkilatı və Dünya Bankı kimi beynəlxalq qurumlar da bu platformada və sammitlərində iştirak edir.  

   G 20 platforması nə üçün əhəmiyyətlidir? – G 20 ölkələri dünyada istehsal olunan mal və xidmətlərin maliyyə dəyərinin 85, qlobal ticarətin isə 75 faizinə malikdir. Həmçinin dünya əhalisinin üçdə ikisi bu ölkələrdə yaşayır. Bu baxımdan G 20-nin verdiyi qərarlar iqtisadiyyatdan siyasi və sosial həyata, təhsildən texnologiyaya qədər hər sahədəki həyatımıza təsir göstərir.

  1999-cu ildə yaradılan bu platformanın hekayəsi Asiya ölkələrində baş verən iqtisadi böhranla başlayıb. 2008-ci ilə qədər yalnız mərkəzi bankların sədrləri və maliyyə nazirlərinin görüş platforması olan G 20 2008-ci ildən artıq liderlər səviyyəsinə qalxdı.

  G 20 platformasında təkcə dünyanın ən böyük iqtisadiyyatları deyil, inkişaf etməkdə olan ölkələrin də söz sahibi olmaları sammitin əhəmiyyətini artırır. Beləliklə, G 20 sammitləri Türkiyə kimi inkişaf etməkdə olan ölkələrin beynəlxalq platformada öz səslərini eşitdirə bilməsi baxımından da olduqca mühümdür.

  Hər il olduğu kimi, bu il də zirvə toplantısından sonra yekun bəyannaməsi yayınlandı. Bəyannamədə qarşıya çıxan mühüm başlıq Dünya Ticarət Təşkilatının artıq öz funksiyasını yerinə yetirmədiyi oldu. Çünki Dünya Ticarət Təşkilatı qlobal ticarətin dinamikası ilə ayaqlaşmaq məcburiyyətindədir və dağıdıcılığa, xaosa səbəb olmadan prosesləri ağılla yürütməlidir.

  Dünya Ticarət Təşkilatı haqqında bu islahat qərarının verilməsi əslində son zamanlar tez-tez müzakirə edilən ticarət müharibələrinin nəticəsi idi. Sammitdə danışılmasa da, məlum olduğu kimi, sözügedən problemləri ABŞ başlayıb. Amerikanın öz qlobal ticarətini azaltmaq istəməsinin iqtisadi inkişafa mənfi təsir göstərməyə başladığı ortadadır.  

  Bəyannamədə gələcək əməkdaşlıqlar, inkişaf üçün infrastruktur, daimi ərzaq strategiyası və gender bərabərliyi kimi mövzuların da əhatəli şəkildə müzakirə olunduğu qeyd edilib. Həmçinin insan stimulu önə çəkilərək gücləndikcə irəliyə doğru ədalət və davamlı inkişafla yürümə razılığı əldə olunub. Sosial dialoqun ön plana çıxarılaraq hər cür məşğulluq şəraitində iş mühitinin yaxşılaşdırılması, insana layiq iş, peşə təhsili və bacarıqlarını təkmilləşdirmə məqamları vurğulanıb. Bunlarla yanaşı, dəyişən texnologiya ilə uyğunlaşma proqramları həyata keçirilməsi məsələsi də mühüm sayılıb, xüsusən də qız uşaqları və qadınların rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi, STEM (Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat) və yüksək texnologiyalar sahələrində iştiraklarını artırmaq.

  Digər mühüm məsələ isə Paris İqlim Müqaviləsində, ABŞ istisna olmaqla, digər ölkələrin fikir birliyinin təmin olunması idi: burada ətraf mühiti qoruyaraq bütün enerji qaynaqlarından ən məhsuldar şəkildə istifadə qeyd edilib.

  Və son olaraq toxunulan əsas problemlərdən biri də qaçqınlar məsələsiydi. Bəyanatda köçkünlərin humanitar, sosial, siyasi və iqtisadi həyatda qlobal bir problem olduğu və artan humanitar ehtiyaclara cavab vermək üçün birgə tədbirlərin görülməsinə çağırılıb.

  Sonda 2019-cu ildə G 20 Sammitinin Yaponiya və 2020-ci ildə isə Səudiyyə Ərəbistanında keçirilməsi qərara alınıb.

   Mövzu ilə bağlı Ankara Yıldırım Beyazıt Universiteti Siyasi İnformasiya fakültəsi İqtisadiyyat kafedrasının professoru Erdal Tanas Karagölün məqaləsini yazısını təqdim etdik.



Әlaqәli Xәbәrlәr