• Video Qalereya

“Türk axını” layihəsi

Türkiyə Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondu – SETA-nın araşdırmaçı-yazarı Can Acunun mövzuyla əlaqəli yazısını təqdim edirik. (Gündəm analizi_47 (23.11.2018)

“Türk axını” layihəsi

Ötən günlərdə Rusiya prezidenti Vladimir Putin ilə prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə “Türk axını” qaz boru kəmərinin dənizdə olan hissəsinin yekunlaşması münasibətilə mərasim keçirildi. İstanbulda keçirilən mərasimdə ölkə liderləri etdikləri çıxışlarda iki ölkə arasında inkişaf edən əməkdaşlığı vurğuladılar. “Türk axını” layihəsi Türkiyənin enerji mərkəzi olma planları istiqamətində önəmli addımdır. Nəticədə Azərbaycanın təbii qazını Türkiyəyə və gələcəkdə Avropaya daşıması planlaşdırılan TANAP İraq neftini dünyaya daşıyan Ceyhan xəttilə yanaşı Türkiyə enerji siyasətləri çərçivəsində atdığı addımlarla mövqeyini gücləndirməkdə davam edir və özünün enerji ehtiyacının növlərini artırır.

2014-cü ilin dekabra ayında Rusiya prezidenti Putin tərəfindən təklif edilən “Türk axını” layihəsi Rusiyanın Anapa şəhərindən başlayır, xətt İstanbulun təxminən 100 kilometr qərbində yerləşən Kıyıköy bölgəsində quruya çıxır. Prezident Rəcəb Tayyib Ərdoğanın adını qoyduğu “Türk axını”nın uzunluğu cəmi 1100 km-dir.  “Türk axını” boru kəmərinin ötürücülük qabiliyyəti ildə 31,5 milyard kubmetrdir. Boru kəmərinin Qara dənizdən keçən qoşa xəttinin uzunluğu isə 930 kilometrdir. Bu xəttin hər biri 15,75 milyard kubmetr təbii qaz daşıyacaq.

Krelmin sözçüsü Dmitriy Peskov da bəzi ölkələrin “Türk axını”na qoşulmağı fikirləşdiklərini bildirərək, qaz boru kəmərinin 5 marşrutdan 5 fərqli Avropa ölkəsinə çatdırıla biləcəyini ifadə etdi. Serbiyanın Enerji naziri Antiç də verdiyi açıqlamda “10-15 milyard kubmetr rus qazının Türkiyə üzərindən Bolqarıstan, Serbiya, Macarıstan və Avstriyaya uzanma ehtimalı, enerji təhlükəsizliyinin təmin edilməsi baxımından ciddi bir imkandır. Layihə qaz ticarətinin və qaza əsaslanan iqtisadiyyatın inkişaf etdirilməsi üçün imkan təqdim edir. Həmin ölkələr “Türk axını”na qoşularaq qaz nəqliyyatından önəmli qazanc da əldə edəcək” ifadələrini səsləndirdi.

Digər tərəfdən “Türk axını” layihəsinin Türkiyədən sonra hansı marşrutdan Avropaya çatdırılacağı məlum deyil. Xüsusilə Yunanıstan və Bolqarıstan arasında rəqabət bəhs mövzusudur. Yunanıstanın Baş naziri Aleksis Çipras “Türk axını”nın Yunanıstan üzərindən keçməsini istədiyini bildirərək “Kəmərin ölkə ərazilərindən çəkilməsi üçün Brüsseldə fəal işləyirik” dedi.

“Türk axını” Türkiyəni enerji mərkəzi olma yolunda irəli apararkən, digər tərəfdən də Rusiyanın birbaşa Balkan ölkələrinə qaz ixracına imkan yaradır. Ötən dövrdə iki ölkə arasındakı əlaqələr müxtəlif sahələrdə inkişaf etdi. Prezident Rəcəb Tayyib Ərdoğan güclənən iqtisadi əməkdaşlığa diqqət çəkərək, iki ölkə olaraq 100 milyard dollarlıq ticarət həcmini hədəf götürdüklərini bildirdi. Həmin zamanda rus mətbuatı da Putin və Ərdoğan arasındakı görüş keçirmə fəallığına diqqət çəkərək, iki ölkə arasındakı əlaqələrin gücləndiyini vurğuladı.

Türkiyə və Rusiya arasındakı əlaqələr xüsusilə enerji siyasəti əsasında güclənsə də, ikitərəfli əlaqələrdə əhəmiyyət kəsb edən problemlər də var. Rusiyanın Krımı ilhaq etməsi, Ukraynada davam edən münaqişə, Rusiyanın Krım tatarlarına qarşı siyasəti və Suriyadakı fərqli mövqelər ikitərəfli əlaqələrdə həll edilməsi vacib mövzulardır. Xüsusilə Suriyada iki ölkə nə qədər də Astana prosesi və Soçi müqaviləsi ilə birlikdə koordinasiyalı şəkildə addım atmağa cəhd göstərsələr də bəzi əsas mövzulardakı fərqli mövqeləri problem yarada bilir.



Әlaqәli Xәbәrlәr