• Video Qalereya

Yerliləşən şərqşünaslıq

Mövzu ilə bağlı Ankara Yıldırım Bəyazit Universiteti Politologiya fakültəsinin dekanı, professor Qudrət Bülbülün analiz-yazısını təqdim edirik. (Küresel perspektiv_47 (21.11.2018)

Yerliləşən şərqşünaslıq

Qlobal perspektiv_47 (21.11.2018)

  Qərb tədqiqatçıları bir qədər imperializm əlaqəli, bir qədər ekzotik görünən Şərq cəmiyyətlərinin siyasi, sosial, mədəni, dini, etnik, antropoloji və s. cəhətlərinə görə gördükləri və apardıqları işləri oriantalizm (şərqşünaslıq) adlandırır. Bu da Şərq cəmiyyətlərinə kənardan, üstdən baxan, onu hərəkətli subyekt deyil, passiv obyekt kimi görməyə səbəb olur ki, nəticədə mənfi təsir yaradır.

  Oriantalist çalışmalar bu gün də o mənasını itirməyib, sadəcə xeyli şəkil dəyişdirmişdir. Artıq əvvəllər olduğu kimi, qərblilər Şərqdə araşdırma işlərinə ehtiyac duymur. Çünki Şərq ölkələrinin tədqiqatçıları araşdırmalarını Qərbə gedərək şəxsən özləri təqdim etməyə istəklidir. 

  Mövzu ilə bağlı Ankara Yıldırım Bəyazit Universiteti Politologiya fakültəsinin dekanı, professor Qudrət Bülbülün analiz-yazısını təqdim edirik. 

  200 illik hekayəmiz. Türkiyə və Yaponiya kimi ölkələr təxminən 200 ildir ki, Qərbə tədqiqatçı, mütəxəssis, alim, tələbə və məmur göndərir. Afrika, Balkanlar, Yaxın Şərq, Uzaq Şərq, Latın Amerikasından bir çox ölkə, o cümlədən, Çin və Hindistan da bu yolu tutub. Bu ölkələrin təkcə universitetlərindən deyil, bütün nazirliklərindən, dövlət qurumlarından, təhsil, informasiya, mədəniyyət sahələrindən Qərb ölkələrinə göndərilir. Şərq ağır xərclər ödəyərək bu səylərini ona görə davam etdirir ki, adamları Avropa təcrübəsini, oradakı elmi, texnoloji inkişafı yerində görsün, lazım olanları mənimsəyib vətənlərinə dönsünlər, tətbiq etsinlər.

  Bəs qarşıya qoyulan bu məqsəd nəticəyə varırmı? - 200 ildir ki, Qərbə təhsil məqsədilə adam göndərilməsinə baxmayaraq, nəticə ürəkaçan deyil. Universitet illərində "yaponlar Qərbin elm və texnikasını alaraq ölkələrinə döndülər, bizimkilər isə şair olub geri qayıtdılar" deyərdi bir müəllimimiz. (Qərbə gedişin, Avropada itmənin 200 illik hekayəsini Sezai Karakoç yeddi uşaqlı bir atanın dili ilə "Nağıl" (masaı) şeirində çox gözəl anladır.)

  Qərbə gedib ölkəsilə bağlı çalışmaq. Avropaya Qərbdəki elmi təcrübəni alıb öz məmləkətinə dönmək, öz dövlətinin inkişafına yardım etmək üçün göndərilən tələbə, alim, tədqiqatçı və dövlət işçilərinin əksəriyyətinin ölkələrinə qayıtmadıqları acı bir həqiqətdir. Göndərən ölkələrin universitet və dövlət qurumları bu mövzuya dair qısa bir araşdırma aparsa, bu vəziyyəti aydın görəcək.

  Dünyanın çox yerindən Qərbə gedən tədqiqatçılar, dövlət adamları və ya tələbələr, xüsusən, sosial elm sahələrində getdikləri ölkələrə dair deyil, əksərən öz bölgələrinə dair məsələləri araşdırırlar. Qərb ölkəsinə gedib akademik məqsədlə orada çalışanlar və ya Türkiyəyə qayıdanlarla görüşəndə bu mənzərəni görmək mümkündür.

  Ölkəsi üçün Qərb deyil, Qərb üçün Türkiyə mütəxəssisi olmaq lazımdır. Qərbdən kənar cəmiyyətlərdən Qərbə təhsil məqsədilə gedənlər müxtəlif səbəblərdən, əsasən, öz ölkələrinə dair məsələləri araşdırır, amma çox zaman fərqli və əks nəticələr doğurur. Bu halda Şərq ölkələri öz pulları ilə birlikdə təcrübələrini də Qərbə ötürmüş olurlar. Gedənlər Qərbə aid məsələləri çalışmadıqlarından, öz ölkələrinə dair mövzuları işlədiklərindən vətənə qayıdarkən ehtiyac duyulan açığı bağlaya bilmirlər. Məsələn, Türkiyədən bir nümunə deyək. 200 ildir adam göndərildiyinə baxmayaraq, Türkiyədə Amerika, Almaniya, Fransa ölkələrilə bağlı mütəxəssis sayı son dərəcə məhduddur. Əksinə, Türkiyənin pulları ilə Qərb ölkələrində oxuyub Türkiyə mütəxəssisi olanların sayı çoxdur. Yəni Qərbə dair məsələdə mütəxəssis tapmaq çətin, Türkiyəni maraqlandıran mövzularda isə Qərbdə təhsil alanlar radio, televiziya, qəzet və internet saytlarında özlərini göstərirlər.

  Şərqdən Qərbə gedənlər öz ölkələrindəki insan haqlarının pozulması, etnik problemlər, azlıq məsələləri, strateji mövzular, dini hərəkatlardan tədqiqat əsərləri yazır ki, artıq Avropa alimlərinə yeni Şərqi araşdırmaq, dil öyrənmək, cəmiyyətlər arasındakı fərqləri təhlil etmək kimi zaman alan işlərə ehtiyac qalmır. Qərb ona lazım olanı alır: onların dünyagörüşünə sahib, başqalarının fondları ilə Qərbdə oxuyan, döndükdən sonra məmləkətinə Avropa nəzəriyyə və üsulları ilə yuxarıdan aşağı baxan bir tədqiqatçının yetişməsi Qərbə zaman və xərc baxımından çox faydalı olur. Bunlar, öz ölkəsinin pulları ilə Qərbə gedən insanların Qərb tərəfindən öz ehtiyac duyduqları sahələrdə və Qərb üçün mütəxəssis yetişdirilməsi baxımından çox ağıllı, incə sənətkarlıqla işlənmiş, görüntüdə sadə, əslində isə mürəkkəb tətbiqlərdir.

  “Qlobal perspektiv” verilişinin qarşıdakı buraxılışlarında Ankara Yıldırım Bəyazit Universiteti Politologiya fakültəsinin dekanı, professor Qudrət Bülbül mövzunun davamı olaraq “Problem ancaq gedilən ölkələrdənmi qaynaqlanır?” sualına cavab verməyə çalışacaq. 



Әlaqәli Xәbәrlәr