Dördlü zirvə yığıncağından sonra Suriya

Mövzu ilə bağlı Türkiyə Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondu – SETA-nın araşdırmaçı-yazarı Can Acunun yazısını təqdim edirik. (Gündəm analizi_44 (02.11.2018)

Dördlü zirvə yığıncağından sonra Suriya

İstanbulda Fransa, Almaniya, Rusiya və Türkiyənin iştirakı ilə keçirilən dördtərəfli zirvə yığıncağında Suriyada sülhü təmin etmək üçün konstitusiya komitəsinin qurulması kimi əhəmiyyət kəsb edən qərarlar qəbul edildi. Qəbul edilən həmin qərarlar atılmış bir addım kimi əhəmiyyətli olsa da, Suriya daha önəmli problemlərlə qarşı-qarşıyadır. Bu çərçivədə Suriya-İraq sərhədində DAEŞ və YPG terror təşkilatları arasında davam edən toqquşmalar, Suriya-Türkiyə sərhəd xəttində YPG tərəfindən narahatlıq doğurması məqsədilə edilən atəşlər və Türkiyə Silahlı Qüvvələrinin bombaladığı YPG  mövqeləri və İdlib bölgəsindəki qruplar arasında baş verən toqquşmalar Suriyada  sülhün təmini üçün hələ atılmalı vacib addımların olduğunu göstərir.

İstanbulda görüş keçirən 4 ölkə liderləri Suriyada sülhün təmini üçün əhəmiyyətli qərarlara yetişdilər. Xüsusilə uzun müddətdir qurulması üçün cəhd göstərilən konstitusiya komitəsinin yaranması üçün qəbul edilən qərar Suriyanın gələcəyinə önəmli nisbətdə öz təsirin göstərəcək.  Yeni əsas-qanunun hazırlanması Suriyada sülhün təmini üçün  əhəmiyyətli olsa da, mütləq həll yolu olmadığı da məlumdur. Əsas-qanun yazıldıqdan sonra bunun Suriya xalqı tərəfindən səsə qoyulma prosesi isə müxtəlif çətin maneələr əhatə edir. Milyonlarla suriyalının ölkədən kənarda olduğu, milyonlarla suriyalının ölkə daxilində köç etmək məcburiyyətində qaldığı və suriyalıların Əsəd rejiminin mövqeyina görə pasport kimi önəmli sənədləri əldə etmələrinə mane olunduğu şərtlərdə seçkinin keçirilməsi xeyli çətin işdir. İdlib üçün təmin edilən atəşkəs qərarının, terror təşkilatları ilə və seperatçı terror təşkilatları ilə  mübarizənin davam etdirilməsinin qərara alınması böyük əhəmiyyət daşıyır.  Nəticədə terror təşkilatı YPG kimi Suriyanın torpaq bütövlüyünü təhdid edən qruplaşmaların niyyətlərinə mane olmaq adından Türkiyənin cəhdləri diplomatiya sahəsində də uğurlu olur.

Suriya sahəsindəki vəziyyətə gəldikdə isə, Suriya-İraq sərhədində YPG ilə DAEŞ terror təşkilatları arasında davam edən toqquşmalarda yeni proses yaşandı.  Bölgədə baş verən qum fırtınasından istifadə edən DAEŞ YPG-nin nəzarəti ələ keçirmək üçün aylarla cəhd göstərdiyi bölgələri bir neçə gün ərzində ələ keçirdi. Böyləcə DAEŞ silahlıları yenidən İraqın sərhədinə gəlib çatdılar. İraq tərəfindən isə mümkün olan DAEŞ hücumlarına qarşı tədbirlər görüldü və Haşdi Şabi Qüvvələri bölgəyə istiqamətləndirildi. DAEŞ-ın bölgədə irəliləməsi ilə yanaşı bölgəyə əlavə qüvvə göndərən YPG silahlıları DAEŞ-ın qarşısını Beynəlxalq Koalisiyanın dəstəyinə baxmayaraq ala bilməmişdir. DAEŞ-a qarşı mübarizəni bəhanə gətirərək özünə qanuni zəmin təmin edən YPG təşkilatının DAEŞ-ı tamamilə məhv etmə nöqtəsində nə qədər istəkli olduğu da önəmli bir sual kimi qalır.

Terror təşkilatı YPG-nin Suriyanın cənub-şərqində DAEŞ-a qarşı önəmli itkiləri olmasından sonra, Suriyanın şimalında Türkiyə ilə olan sərhəd məntəqəsində kiçik miqyaslı da olsa toqquşmalar və Türkiyə Silahlı Qüvvələrinin bombardmanı yaşandı. Ayn əl-Ərəbin qərbindəki sərhəd məntəqəsinə hakim təpələri Türkiyəyə təhdid ola biləcək YPG mövqeləri Türk topçuları tərəfindən məhv edildi. Sonra isə Tel Abyad sərhəd məntəqəsində Türk əsgəri ilə YPG terrorçuları arasında toqquşma yarandı. Ertəsi gün yenidən Ayn əl-Ərəbin qərbində yerləşən YPG mövqelərindən Türkiyə sərhədləri daxilindəki zirəhli texnikaya qarşı anti-tankdan istifadə edildi. YPG-nin saytlarındakı paylaşmalarda hücumun görüntüləri yayıldı. Baş verən bu hadisədən sonra YPG-nin Hacin Cebində DAEŞ-a qarşı əməliyyatını Türkiyənin bombardmanına görə dayandırdığını açıqlaması YPG-nin DAEŞ-dan özünün məqsədləri istiqamətində necə vasitəçi kimi istifadə etdiyini sübuta yetirir.

Digər məsələsi isə İdlib bölgəsində baş verən toqquşmalardır. Soçi protokulu ilə İdlibə qarşı ehtimal olunan bir hücumun qarşısı alındı. Keçən günlərdə isə İdlib bölgəsində Heyət Təhrir uş Şam terror təşkilatı ilə Nurəddin Zəngi Hərəkatı arasında toqquşmalar yarandı. Suriyalı müxalifətin Heyət Təhrir uş Şama qarşı toqquşmaları uzun müddət davam etməsə də bölgədəki dinamikaların hansı səviyyədə mürəkkəb olduğunu sübuta yetirir. Suriyada sülhü təmin etmək üçün İdlibdə davamlı sülhün təmin edilməsi xeyli əhəmiyyət daşıyacaqdır.

 



Әlaqәli Xәbәrlәr