Kral ailəsi və Xaşoqci cinayəti

Mövzu ilə bağlı Türkiyə Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondu – SETA-nın araşdırmaçı-yazarı Can Acunun yazısını təqdim edirik. (Gündəm analizi_43 (26.10.2018)

Kral ailəsi və Xaşoqci cinayəti

  Oktyabrın 2-də evlilik sənədlərilə əlaqədar Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna gedən “Vaşinqton Post“ (Washington Post) qəzetinin müxbiri Camal Xaşoqcinin oradan çıxmadığını bilincə nişanlısı Xədicə Çingiz (Hatice Cengiz) Türkiyənin rəsmi nümayəndələrini məlumatlandırdı və onu tapmaq üçün əməliyyata başlanıldı.

  Dünya mətbuatının da yaxından təqib etdiyi Xaşoqci hadisəsində Türkiyə rəsmilərinin yeni dəlilləri bir-bir mediaya çıxarması Səudiyyə tərəfini bəyanatlarını dəyişmək məcburiyyətində qoydu.

  Lap başdan Camal Xaşoqcinin konsulluqdan çıxdığını iddia edən Səudiyyə tərəfi kamera görüntülərinin olmadığını bildirərək ictimaiyyətlə heç bir şey bölüşmədi. İstanbula gələn 15 nəfərlik „ölüm komandası“nı turist deyə müdafiə edən konsolluq daha sonra bu işin cinayət olduğunu qəbul edərək bu 15 adamı və digər 3 konsolluq işçisini tutdu.

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Səudiyyə Ərəbistanı kralı Salmanla telefon danışığından sonra ərəb tərəfi Xaşoqcinin "konsolluqda çıxan davada yanlışıqla öldürüldüyü“nü bildirsə də, Türkiyə rəsmiləri ictimaiyyətlə bölüşdüyü Xaşoqcinin görüntüləri və digər dəlillər əsasında bu cinayətin təsadüfi deyil, planlı bir sui-qəsd olduğunu bildirdi.

  Səudiyyə Ərəbistanı ilk başda cinayəti inkar etdi. Xədicə Çingizin konsulluğun qarşısında nişanlısını bir müddət gözləməsi, təhlükəsizlik rəsmilərini xəbərdar etməsi və sonra bütün kəşfiyyatın hərəkata keçməsi cinayətə dair vacib dəlilləri ortaya çıxarmaqla prosesi başqa yönə gətirdi. Səudiyyə tərəfi uzun müddət inkar etdi, lakin Türkiyənin prosesi düzgün idarəetməsi və bunu dünya mediası ilə paylaşmasından doğan təzyiqlə Ərəbistanın mövqeyi dəyişməyə başladı: rədd etdikləri hadisəyə alternativ ssenarilər qoşaraq vəziyyətdən çıxmağa çalışdılar. Ancaq indi də ortaya qoyduqları bəyanat nə Türkiyə, nə də dünya ictimaiyyəti tərəfindən qəbul edilmir.

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında aşkara çıxarılan faktları və bu cinayətin əvvəlcədən planlaşdırıldığını söylədi.

  Hadisədən əvvəl İstanbuldakı Səudiyyə konsulluğu nümayəndələrinin paytaxt Riyada getdiyi, orada plan qurulduğu, 15 nəfərlik qatil komandanın turist adıyla Türkiyəyə gəldiyi, Yalova və Belqrad meşələrində təftiş apardığı, tibb mütəxəssisinin belə bu komandada olduğuna dair bir çox mühüm dəlilləri meydana Türkiyə çıxardı. Faktlar və Səudiyyə Ərəbistanının söylədikləri bir-birilə ziddiyyət təşkil edir.

  Səudiyyə Ərəbistanına təzyiq artdıqca rəhbərliyi manevrlər edir. Burada ən əsas məsələ Məhəmməd ibn Salmanı proses və məsuliyyətdən kənarda saxlamaqdır. Türkiyə də bunu gördüyü üçün prezident Rəcəb Tayyib Ərdoğan çıxışında Kral Salmanla oğlu Məhəmmədi ayırdı və Kral Salmana Məhəmmədsiz bir çıxış yolu təklif etdi.

  Bildiyimiz kimi, şahzadə Məhəmməd ibn Salman Camal Xaşoqcini şəxsi hədəfi halına gətirmiş, ondan əl çəkmirdi. Bundan əvvəl də Xaşoqcini susdurmaq üçün cəhdlər olmuşdu. Səudiyyə Ərəbistanı Kəşfiyyat İdarəsinin rəis müavini Əhməd Əsiri Camal Xaşoqcı ilə görüşündə onu ölkəsinə qaytarmağa çalışmışdı.

  Türkiyənin prosesi strateji bir şəkildə idarə etməsi nəticəsində Səudiyyə Ərəbistanına qarşı beynəlxalq təzyiq yarandı. Amerika Birləşmiş Ştatlarında Ağ Ev, xüsusən, vəliəhd şahzadə Məhəmməd ibn Salmanı hadisədən kənarda saxlamağa çalışda da, Amerika Senatının mövqeyi və Türkiyənin əlindəki hələ mətbuata açıqlanmamış dəlillər Məhəmməd ibn Salmana münasibəti getdikcə daraldır. ABŞ prezidenti Donald Tramp Kral Salmanın günahsız olduğuna dair fikirlər söyləsə də, onun oğlunu müdafiə etməkdən geri çəkildi və "Oradakı hazırkı vəziyyəti şahzadə idarə edir. Əgər biri getməlidirsə, o da odur“, dedi.

  Növbəti prosesdə Türkiyə yeni sübutları, əlində olan, amma hələ ictimaiyyətlə bölüşmədiyi dəlilləri mətbuata çıxarsa, yəqin ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsinin vəziyyəti daha ağır olar. Onsuz da Məhəmməd ibn Salman Kral atası, xaricdən aldığı dəstəkləri və havadarlarını itirmək üzrədir.



Әlaqәli Xәbәrlәr