• Video Qalereya

Türkiyәnin iqtisadi Perspektivlәri 43/2018

Qlobal iqtisadiyyatın aparıcı qüvvәsi  olan pul ticarət əməliyyatlarının hәyata keçirilmәsi üçün istifadә edilәn olduqca mühüm vasitәdir.

Türkiyәnin iqtisadi Perspektivlәri 43/2018

Qlobal iqtisadiyyatın aparıcı qüvvәsi  olan pul ticarət əməliyyatlarının hәyata keçirilmәsi üçün istifadә edilәn olduqca mühüm vasitәdir.

Bu vasitәnin  beynəlxalq pul vahidinә çevrilməsi ilә bir mexanizm ortaya çıxır. Ticarәt әmәliyyatlarının әksәriyyәti dollar ilә hәyata keçirilir.

Bu gün dünya ticarətinin tәxminәn 40 % dollar, 30% isә avro ilә hәyata keçirilir. Dünya ticarәtinin tәxminәn 70 %-nin dollar vә avro ilә hәyata keçirilmәsi bu iki pul vahidinin olduqca önәmli yerә sahib olduğunu göstәrir. Ancaq bunu unudmamalıyıq ki, dünya ticarәti milyonlarla әlaqә şәbәkәsindәn ibarәtdir. Bu valyutaların qlobal ticarәtdә ödәniş sistemi, vә rәqabәt kimi mәsәlәlәrdә müsbәt tәrәflәri olsa da  hәr ötәn gün artan ticarәt dövriyyәsi  ticarәt әmәliyyatlarının yerli pul vahidi ilә hәyata keçirilmәsinin daha sәrfәli olduğunu göstәrir.

2008-ci ildә baş verәn qlobal iqtisadi böhrandan sonra ticarәt әmәliyyatların  yerli valyuta ilә hәyata keçirildiyi müşahdә olunur. Böhrandan sonra etibarli liman hesab edilәn  dollar risk vә problemlәrә sәbәb oldu.

Bu çәrçivәdә inkişaf etmәkdә olan ölkәlәr dә ticarәt әmәliyyatlarını  yerli valyuta ilә hәyata keçirmәyә üstünlük verib vә bu istiqamәtdә olduqca әhәmiyyәtli addımlar atıb.

Türkiyә  bu çәrçivәdә 2009-cu ildә ticarәt әmәliyyatlarının 2 %, 2017-ci ildә isә 8 %-ni yerli valyuta ilә hәyata keçirib.

Yerli valyuta ilə ticarət hәyata keçirmәk dollara olan asılılığı azaldır. Bu addım xüsusilә inkişaf etmәkdә olan ölkә iqtisadiyyatları baxımından olduqca әhәmiyyatlidir.

Bu gün ticarәtin yerli valyuta ilә hәyata keçirilmәsi dolların hegemoniyasını bir qәdәr azaldacaq. Bu  mәsәlә ilә bağlı  atılacaq hәr bir addım yerli valyuta ilә ticarәtin qlobal ticarәtdәki payını artıracaq. Yerli valyutanın dollara alternativ olması ticarәtin yerli valyuta ilә hәyata keçirilmәsinin artırılması üçün son dәrәcә әhәmiyyәtlidir.

Bu baxımdan  növbəti prosesdə yerli valyutalarla  ticarətin artırılması məsələsində bir yol xəritəsinin müəyyənləşməsinə  ehtiyac var.

Xarici ticarət dövriyyəmizdə olduqca əhəmiyyətli bir yerә sahib olan Avropa İttifaqına üzv  ölkələr,   Rusiya, Çin vә  İranla hәyata keçirilәcәk hərtərəfli və detallı işlər uzun perspektivdә  müsbət nəticələr doğuracaq.

Bu məsələdə atılacaq hәr bir konkret addım  qlobal maliyyə sistemi və ticarət baxımından son dərəcə әhәmiyyәtlidir.



Әlaqәli Xәbәrlәr