Aliya: vazkeçmə zamanı izzət

Mövzu ilə bağlı Ankara Yıldırım Bəyazit Universiteti Siyasi İnformasiya fakültəsinin dekanı, professor Qudrət Bülbülün analiz-yazısını təqdim edirik. (Qlobal perspektiv_43 (24 oktyabr 2018)

1074156
Aliya: vazkeçmə zamanı izzət

  Aliya: vazkeçmə zamanı izzət. XX əsr müsəlmanlar üçün küləyin tərsinə əsdiyi, İslam ölkələri sahillərinin bir-biri işğal edildiyi, ölüm və təzyiqlərin qarabasma kimi təqib etdiyi bir əsrdir.     

  Aliya İzzetbeqoviç belə bir əsrdə malik olduğu mədəniyyətin gözəlliyini, qışın ortasına məhəl qoymadan novruzgülü kimi baş qaldırıb bəşəriyyətə təqdim olunan nadir adlardan biridir. O, İslam ideyasının hardasa alternativ olmaqdan çıxdığı bir əsrdə həyatını sülhün İslam düşüncəsində olduğuna həsr etmiş bir liderdir.    

  Mövzu ilə bağlı Ankara Yıldırım Bəyazit Universiteti Siyasi İnformasiya fakültəsinin dekanı, professor Qudrət Bülbülün analiz-yazısını təqdim edirik. (Mətni oxuyur Sevda Mirzə.)

  Gənclik illəri, ilk həbslər. “Mladi müsəlmanı”. Aliyə İzzetbeqoviç eyni adı daşıyan babası, İstanbulun Üsküdar qəsəbəsində orduda olduğu zaman tanış olub evləndiyi türk qızı Siddiqə xanımın nəvəsi olaraq 1925-ci ildə dünyaya gəlir. Görünür, buna görədir ki, Aliyada İstanbulun əsilli-köklü nəcib səmtlərindən biri olan Üsküdarla çox bənzərlik var: tarixin dərinliklərindən süzülüb gələn kamillik, rahatlıq, müdriklik və zəriflik.

  Doğulduğu uşaqlıq və gənclik illəri dünya tarixinin ən təlatümlü illərindən idi. Birinci Dünya Müharibəsinin sonu və İkinci Dünya müharibəsi illəri. Xüsusilə Balkan müsəlmanları üçün ən ağır, ən amansız zamanlar.

  İkinci Dünya müharibəsindən sonra qaliblər Stalin Rusiyası və içindən çıxdığı faşizm və nasizmi məğlub edən Qərb olur. Osmanlı dövlətinin tənəzzülü və yıxılması ilə birlikdə, xüsusilə, Balkanlarda 200 ildir sürən İslam alternativ olmaqdan çıxır. Bu zaman Aliya lisey illərində yoldaşları ilə "Mladi müsəlmanı" hərəkatına başlayır, yəni Gənc Müsəlmanlar Hərəkatı. Hərəkat bir tərəfdən üzvləri arasında İslamı bir şüur olaraq formalaşdırmağa, digər tərəfdən, müharibənin vurduğu yaraları sarımağa çalışır. Lakin bu səylər yaşadığı məkandakı ateist və kommunist rejim tərəfindən xoş qarşılanmır. Aliya hələ gənclik illərində beş il həbs cəzasına məhkum olunur.

  Şərq və Qərb arasında Aliya. Həbsdən sonra Aliya yenə xalqı və bəşəriyyət üçün faydalı gördüyü işləri davam etdirir. Bir tərəfdən gündəlik həyat, bir tərəfdən də yaşadığı dövrün ideoloji çətinliklərini aşmaq üçün intellektual səy içində vurnuxur. O, "Şərq və Qərb arasında İslam" əsərini ortaya çıxarır ki, burada geniş İslam perspektivləri çərçivəsində Şərqi də, Qərbi də mühakimə edir. Həm də Şərq və Qərbə birlikdə yaşama çağırışı ünvanlayır.

  Qərbdə müsbət irəliləyişləri təqdir edərkən tənqid də edir. Aliya İzzetbeqoviç yazır: "Mən Avropaya gedərkən başım qarşımda əyilmiş getmirəm. Çünki biz uşaq, qadın, qoca öldürməmişik, heç bir müqəddəs yerə hücum etməmişik. Amma onlar bunların hamısını törədiblər. Həm də “Qərb mədəniyyəti” anlayışı altında.”

  Aliyaya görə, İslam dünyasının əsas problemləri bir-birindən qırılma, savadsızlıq və dedikləri ilə etdiklərinin fərqli olmasıdır. O yazır: "İslam mənim üçün gözəl və nəcib olan hər şeyin adıdır. Bu nida müsəlmanların bir çağırışı olmalıdır. İslamın ən yaxşı olduğu bir həqiqətdir. Amma biz ən yaxşı deyilik. Bunlar çox vaxt qarışdırdığımız iki ayrı-ayrı nüanslardır. Demək, Yer üzünün müəllimi olmaq üçün göy üzünün tələbəsi olmaq lazımdır."

  Müharibə illəri. Balkanların növbəti parçalanmasından əvvəl "İslam manifesti" kitabına görə Aliya yenə həbsə düşür. Ona 14 il iş kəsilir, 5 il yatdıqdan sonra 1988-ci ilin əfv qərarı ilə azad edilir. 1990-cı ildə Demokratik Hərəkat Partiyasını qurur. Keçirilən seçkilərdən sonra Aliya ölkəsinin ilk prezidenti olur. Bosniya və Herseqovina 1992-ci ildə Yuqoslaviyadan ayrı öz müstəqilliyini elan edir. Bundan əvvəl Xorvatiya və Sloveniyanın müstəqillik mübarizəsinə dəstək verən Qərb, hər zaman etdiyi riyakarlığı yenə təkrarlayır: boşnakları Serbiya hücumları qarşısında tək qoyur. Nəticə yüz minlərlə ölü, yaralı, köç, aclıq, qan və vəhşilik olur. Boşnaklar Avropada XX əsrin sonunda bəşəriyyətin gözü qarşısında açıq-aşkar soyqırıma məruz qalır.

  Aliya müharibə illərində artıq dünyada tanınan bir lider idi. Bütün çatışmazlıqlara, mühasirələrə baxmayaraq, o, İslam ideyası və bu yolda çəkdiyi əziyyətlərin gətirdiyi müdrikliyi insani duruşu və müqavimət əzmini qoruyaraq bütün dünyaya göstərdi. Serblər boşnak qadın, uşaq və yaşlıları öldürdüyü üçün Aliyanın qisas almaq istəyən insanların üsyankar etirazları qarşısında verdiyi cavablar müharibə əxlaqının qızıl qaydalarıdır. O deyirdi:

  • Serblər bizim müəllimimiz deyil.
  • Müharibəni uduzanda yox, düşmənə oxşayanda itirərik.
  • Düşmənlərimizə qarşı bir borcumuz var: ədalət.

  Müharibə zamanı bir alman müxbirinin "Bu qədər zülmə qarşı niyə intiqam əmri vermədiniz? Bu, daşıdığınız Qərb mədəniyyətiləmi bağlıdır?" sualına Aliya İzzetbeqoviç “Mənim inandığım kitab buna yol verməz" demişdi.

  Əgər Bosniyada Aliyanın idealları yarımçıq qaldısa, bu, o və ideallarının deyil, ABŞ rəhbərliyindəki müasir dünyanın Avropanın ortasında müsəlman bir cəmiyyətə və dövlətə ancaq bu qədər dözə bilməsi ilə əlaqədardır.

  Aliya İzzetbeqoviçin mirası. "Bizi torpağa basdırdılar. Lakin toxum olduğumuzu bilmirdilər". Aliya bu sözləri Balkanlar üçün desə də, bu fikir müsəlmanların 200 illik hekayəsini də gözəl anladır. Tam geriçəkilmə dövründə, qışın ortasında cücərərək Aliya İzzetbeqoviç novruzgülü kimi torpaqdan boy atan lider oldu. Bəli, təslimiyyətçi deyil, analitik düşünən, tənqidi yanaşan ağıllı liderlər və baxışları ancaq bir həll yolu təklif edə bilir. Aliya da Səid Həlim Paşa, İqbal, Akif, Rəşid əl-Qannuşi kimi əsrin idrakına İslamı söylədən, İslamın insanlara verdiyi mesaja diqqət yetirən nadir adlardan biridir.

  Yaşadığı o qədər təzyiq və zülm altında qalan, yolundan sapmayan, Aliya İzzetbeqoviç kimi dünyagörüşünü xalqı, ölkəsi üçün doğru yolla addımlayaraq gedən rəhbərin olması ölümsüzlükdür. Aliya kimi qarşı-qarşıya qaldığı zülmlərin üstündən nifrət deyil, sahib olduğu İslam düşüncəsinin rahatlığı, kamilliyi, müdrikliyi ilə keçən, hər bir addımında ədalət axtaran belə liderlərə təkcə müsəlmanlar deyil, dünyanın hər nöqtəsinin ehtiyacı var.



Әlaqәli Xәbәrlәr