Parlament seçkilərindən sonra İraq Kürd Regional Rəhbərliyi

Türkiyənin Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondu-SETA-nın araşdırmaçı yazarı Can Acunun dəyərləndirməsi...

Parlament seçkilərindən sonra İraq Kürd Regional Rəhbərliyi

6 milyona yaxın əhalisi olan İraq Kürd Regional Rəhbərliyində qeydiyyatda olan 3 milyondan artıq seçici 30 sentyabr bazar günü parlament seçkiləri üçün səs verdi. Parlament seçkilərində iştirak edənlərin nisbətinin 57 faizə yaxın olduğu bildirildi. Seçki prosesinin ümumi mənada sülhməramlı və dinc mühitdə keçməsinə baxmayaraq bəzi bölgələrdə silahlı şəxslərin və Peşmergə qüvvələrinin olması əhəmiyyətli mübahisələrə səbəb oldu. Kürdüstan Yurdsevərlər Birliyi (KYB) və Kürdüstan Demokrat Partiyası (KDP) bir-birlərini seçkidə saxtakarlıq etdiklərinə görə günahlardıqda, Qoran və Yaşıl Nəsil Hərəkatı isə xüsusilə KYB-ni seçkilərdə saxtakarlıq etməkdə ittiham etdi. Yayılan bəyanatlara baxmayaraq İraq Kürd Regional Rəhbərliyi seçkiləri ümumi mənada uğurlu şəkildə nəticələndi. Türkiyənin Xarici İşlər Nazirliyi sözçüsü bununla bağlı olaraq: “İraq Kürd Regional Rəhbərliyinin parlament seçkilərinin sülhməramlı şəkildə keçirilməsindən məmnunluq duyduq. Seçki nəticələrinin İraqın birlik və bütövlüyünün qorunması və ölkədə sabitliyin təmini baxımından xeyirli olmasını diləyirik” dedi. 

Rəsmi olmayan seçki nəticələrinə görə Kürdüstan Demokrat Partiyası böyük nailiyyət əldə edərək səslərin 45 faizini qazandı. Kürdüstan Yurdsevərlər Birliyi  isə seçkilərin itirəni olaraq 19 faiz səs toplaya bildi. Qoran hərəkatı 12, Yeni Nəsil Hərakatı isə 8,3 faiz qazandı. İslami partiyalar 7 və 5 faizə yaxın səs aldıqda Sərdəm İttifaqı sadəcə 1 faiz səs topladı.

Rəsmi olmayan nəticələrə görə böyük uğur qazanan KDP həmin zamanda KYB-ni kənarda qoyaraq, digər bir kiçik partiya ilə hökumət qurma imkanı əldə etdi. Səslərin hesablanma prosesi davam edərkən, İraq parlamentində isə prezident seçkisi davam edirdi. İraqın əsas-qanununa görə kürdlərdən seçilən prezidentliyə namizədlər KYB və KDP-nin ortaq namizəd təqdim edə bilməməsi ilə iki partiya arasında rəqabətə və böhrana səbəb oldu.

KDP  prezidentliyə Fuad Hüseyni, KYB isə Berham Salehin namizədliyini irəli sürdü. İraq məclisində ikinci tur gizli səsvermədə 329 millət vəkilindən 272-si qatıldı. KYB-nin namizədi Berham Saleh 219 səs götürərək İraqın 4-cü prezidenti seçildi. KDP-nin namizədi Fuad Hüsəyni isə 22 səs toplaya bildi. Prezident seçkilərinin birinci turunda 7 namizəddən heç bəri lazım olan 220 səsi qazana bilmədiyi üçün seçki ikinci tura qaldı. 

Prezident seçkisində KYD-nin namizədi Berham Salehin qazanmasının həmin zamanda İraq Kürd Regional Rəhbərliyin daxili siyasətində də təsirinin olması ehtimalı var. Beləliklə həmin gün reallaşan seçkilərdə böyük qələbə qazanan KDP daxili siyasətdə KYB-yə qarşı daha güclü və sərt siyasət izləyə bilər.

İraq Kürd Regional Rəhbərliyində keçirilən seçkilərin nəticəsi Türkiyə ilə Regional Rəhbərlik arasındakı əlaqələri və Türkiyənin terrorla mübarizəsinə də öz təsirini göstərəcəktir. İraq Kürd Regional Rəhbərliyinin müstəqil referendumundan sonra İraq mərkəzi hökumətinin sərt cavabı ilə Kərkük kimi əldə etdiyi qazancları itirən İraq Kürd Regional Rəhbərliyi Türkiyə ilə əlaqələri normallaşdırmaq istəyir. Xüsusilə KDP iqtisadiyyat sahəsində Türkiyə ilə olan ticarətə yenidən fəallıq qazandırmaq istəyir. Türkiyənin KYB-nin nəzarətindəki Süleymaniyyə hava limanına yönəldilmiş embarqoları davam etdirməsi Türkiyənin KYB-yə qarşı mövqeyini göstərən əhəmiyyətli bir faktdır. KDP-nin seçkilərdə qələbə qazanmasının Türkiyə- İraq Kürd Regional Rəhbərliyi arasındakı əlaqələrə müsbət təsirinin olacağı gözlənə bilər.

Türkiyənin terrorla mübarizə çərçivəsində Şimali İraqda həyata keçirdiyi əməliyyatlarla PKK-nın Şimali İraq üzərindən Türkiyəyə sızmasının qarşısının alınması üçün cəhd göstərilir.  Türkiyənin Şimali İraqda PKK-ya qarşı apardığı mübarizə KDP-nin  seçkilərdə qələbə qazanması ilə daha da güclənə bilər. Bu çərçivədə Kürdüstan Yurdsevərlər Birliyi və PKK arasında əlaqə nisbi olaraq daha yaxşı ikən, PKK və KDP arasındakı əlaqə nisbi olaraq daha pisdir.  Türkiyə İraq Kürd Regional Rəhbərliklə əlaqələrini inkişaf etdirərkən həmin zamanda KDP-dən PKK-nın Türkiyə üçün yaratdığı təhdidə qarşı konkret addımlar atmasını tələb edə bilər.

İraq seçkilərinin keçirildiyi aylar olmasına baxmayaraq, İraq mərkəzi hökumətinin hələ də qurulmaması həm İraq, həm də Türkiyə üçün problemlərə səbəb olur. Bu arada İraq Kürd Regional Rəhbərliyindəki seçki nəticələrinin sürətli şəkildə hökumət qurulması ilə nəticələnməsi halında bunun İraq Kürd Regional Rəhbərliyi İraq və Türkiyənin təhlükəsizliyi üçün müsbət nəticələr doğuracağı gözlənilir. Əgər İraq mərkəzi hökuməti də qurulsa İraqdakı müxtəlif problemlərlə mübarizə daha təsirli şəkildə aparıla bilər. 



Әlaqәli Xәbәrlәr