Soçi razılaşmasından sonra İdlibdə fürsətlər və çətinliklər

İndi Türkiyənin Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondu-SETA-nın araşdırmaçı yazarı Can Acunun dəyərləndirməsini təqdim edirik.

Soçi razılaşmasından sonra İdlibdə fürsətlər və çətinliklər

Son vaxtlarda gündəmi məşğul edən İdlib məsələsinin Soçidəki zirvə yığıncağında qəbul edilən razılaşma nəticəsində həll edilməyə cəhd göstərilməsi önəmli bir addım kimi qarşımıza çıxır. 3,5 milyon dinc vətəndaşın yaşadığı İdlibi rejimin hücumlarından qorumaq və mühafizə etmək böyük əhəmiyyət daşıyırdı. Türkiyənin cəhdləri və qətiyyətli mövqeyindən sonra İdliblə əlaqəli bütün dünyanı narahat edən ehtimal olunan əməliyyatın qarşısı alındı.

Türkiyə və Rusiya arasında əldə olunan razılaşma əsasında İdlibdəki cəbhə xətti boyunca 15-20 km mərkəzdə silahlardan azad edilmiş bölgənin yaradılması qərara alındı. Bu çərçivədə həm müxalifət həm də rejim ağır silahları bölgədən çıxaracaq və terror təşkilatlarının bu bölgədən çıxarılacağı da eyni zamanda razılaşmada öz yerini tutdu. Bundan əlavə Lazkiyə və Dəməşqi Hələblə birləşdirən M4 və M5 avtomobil yolları vətəndaşların istifadəsi üçün yenidən açılacaq. Türkiyə və Rusiya Soçidə əhəmiyyətli bir razılaşmanı imzalasa da iki ölkənin razılaşmanın əsaslarını sahədə həyata keçirə bilməsinin qarşısına bir sıra maneələr çıxa bilər.

Rusiyanın məsul olduğu hissələr üçün ən ciddi problem İranın dəstəklədiyi şiə milislərdir. Nəticədə İranın Soçidə keçirilən zirvə toplantısına qatılmaması Soçi razılaşmasının tətbiqində İran maneəsinin ortaya çıxmasına səbə ola bilər. Nə qədər də İran və Əsəd rejimi rəsmi olaraq Soçi razılaşmasını dəstəklədiklərini bildirsələr də həm İranın həm də Əsəd rejiminin İdlib üçün daha maksimalist  yanaşma içində olduğu məlumdur. Rusiyanın Soçi razılaşmasını sahədə tətbiq etməsi üçün İranın dəstəklədiyi şiə milisləri qane etməsi lazımdır.

İdlibdə Soçi razılaşmasından sonra rejim bölgələrindən müxalifətin nəzarətindəki bölgələrə istiqamətli arabir narahat edən şəkildə atəş edilməsi və rejimin İdlib cəbhə xəttinə etdiyi hərbi yığınağı geri çəkməməsi Rusiyanın müəyyən səviyyədə çətinlik çəkdiyini göstərən ilk nəticələr kimi qarşımıza çıxır.

Türkiyə baxımından isə Soçi razılaşmasının sahədə tətbiq edilməsinin qarşısındakı mane bölgədəki aktyorların Türkiyə ilə ahəng içində addım atıb atmayacağıdır. İdlib bölgəsində ən böyük hərbi güc olan və Türkiyə tərəfindən də dəstəklənən Milli Azadlaşdırma Cəbhəsi yaydığı bəyanat ilə Soçi razılaşması üçün Türkiyə ilə birlikdə  hərəkət etməyə hazır olduqlarını, lakin Rusiyaya, İrana və Əsəd rejiminə etimad etmədiklərini bildirdi. Türkiyə cəhətdən Soçi razılaşmasının həyata keçirilməsinin qarşısındakı möhtəməl əngəl bölgədəki radikal təşkilatlardır. Əslində İdlib bölgəsindəki radikal təşkilatlara iki əsas kateqoriyada nəzər salmaq mümkündür. Birinci kateqoriyanı Heyət Tahrir əl Şam tək başına təşkil etdikdə, ikinci kateqoriyada isə böyük-kiçik digər radikal qruplar yer tutur. Heyət Tahrir əl Şamın İdlib bölgəsində dinc vətəndaşların simpatiyasını qazanmaq üçün izlədiyi siyasəti davam etdirəcəyi gözlənilir. Həmin zamanda Heyət Tahrir əl Şam özünün ideoloji mənfəətləri ilə mülayim müxalifət və Türkiyə arasında bir balans siyasəti tətbiq etmək üçün cəhd göstərir. Nəticədə Heyət Tahrir əl Şamın Soçi razılaşmasına dair qərarlarını açıqlayan bəyanat yaymaması əhəmiyyət kəsb edir. Soçi razılaşmasının sahədə tətbiq edilməsi üçün Heyət Tahrir əl Şam silahlardan azad edilmiş bölgəni tərk etməsi üçün qane edilə bilər.

Lakin Hurras Ed Din kimi daha radikal və birbaşa mərkəzi Əl-Qaidəyə bağlı təşkilatlar isə Soçi razılaşmasını rədd etdiklərini açıq şəkildə bəyan etdilər. Bu konteksdə Türkiyə özünə dəstək olan qruplarla birlikdə belə radikal təşkilatlara qarşı lazımı addımları atmaq məcburiyyətində qala bilər.

Suriyanın önəmli bir hissəsini DEAŞ və PKK/YPG kimi terror ünsürlərindən təmizləyən Türkiyənin Soçi razılaşması əsasında və öz milli mənfəətləri istiqamətində İdlib bölgəsini də orta və uzun müddət ərzində terror ünsürlərindən azad edəcəyi nəzərdə tutula bilər. Türkiyənin terrorla mübarizəsində İdlib suriyalı vətəndaşların dinc şəraitdə yaşaması üçün yeni bir sahəyə çevrilə bilər.



Әlaqәli Xәbәrlәr