Ədalət halqaları

Mövzu ilə bağlı Ankara Yıldırım Bəyazit Universiteti Siyasi İnformasiya fakültəsinin dekanı, professor Qudrət Bülbülün analiz-yazısını təqdim edirik. (Qlobal perspektiv_40 / 3 oktyabr 2018)

Ədalət halqaları

Qlobal perspektiv_40 (03.10.2018)

  Keçən həftə Nyu-Yorkda BMT-nin 73-cü Baş Assambleyasında dünya liderləri bir araya gəldi. ABŞ prezidenti Donald Trampın qloballaşmaya qarşı olduğunu açıqlaması, Fransa prezidenti Emmanuel Makronun qlobal əməkdaşlığı müdafiə etməsi, Yeni Zelandiyanın baş naziri xanım Cazinda Ardernin (Jacinda Ardern) tədbirə üç aylıq körpəsilə gəlməsi, Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğanın "Dünya beşdən böyükdür" vurğusu və ədalət çağırışı liderlər toplantısından yadda qalan hadisələr oldu.

  “Qlobal perspektiv” verilişinin bugünkü (40-cı) buraxılışında BMT-nin 73-cü Baş Assambleyasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ədalət çağırışı barədə danışmaq istəyirik. Mövzu ilə bağlı Ankara Yıldırım Bəyazit Universiteti Siyasi İnformasiya fakültəsinin dekanı, professor Qudrət Bülbülün analiz-yazısını təqdim edirik. 

  R.T.Ərdoğan qədim Türk-İslam ənənəsi olan "ədalət dairəsi" anlayışını xatırladaraq qlobal səviyyədə ədalət kəsirinə diqqət çəkərək dedi:  

  Mədəniyyətimizdə "ədalət dairəsi”, yəni “ədalət halqası” deyə bir ifadə var. Bu cəmiyyət hüquq, dövlət idarəçiliyi, hərbi qüvvə, iqtisadiyyat və ədalət anlayışı ilə əlaqənin ən doğru şəkildə qurulub-işlənilməsini əsas götürən bir çevrədir. Bir-birilə əlaqəli olan bu dairənin zəncirləri günümüzə qədər bir çox yerdə parça-parça olub. Bu gün dünyamızın siyasi, sosial və iqtisadi qeyri-sabitliyinin olmasının səbəbi də elə budur. Hamımızın dinc və təhlükəsiz gələcəyi üçün bəşər övladının ədalət axtarışı üçün başladığı mübarizəni biz ədalətin təsisilə başa çatdırmaq məcburiyyətindəyik. Bu gün dünyanın ən zəngin 62 adamının mal varlığı ümumi əhalinin təxminən yarısına, yəni 3,6 milyard insana bərabərdirsə “artıq burada bir problem var” deməkdir".

  Rəcəb Tayyib Ərdoğanın ədalət vurğusunu daha yaxşı anlamaq üçün əvvəlcə yaxın dövrdə Qərbdəki ümumbəşəri dəyərlərə dair proseslərə baxmaq lazımdır. İkinci Dünya Müharibəsindən sonra insan haqları, azadlıq və bərabərlik anlayışların çempionluğunu edən Qərb bu gün bu dəyərlərdən sürətlə uzaqlaşmaqdadır. Avropa ölkələrində mühacirlərə, xüsusən, müsəlmanlara qarşı ədalətsizliklər adiləşməkdədir. İrqçi partiyaların səslərini artırmaları və koalisiya hökumətində yer almalarının xaricilərə qarşı nifrət üzərindən boy atması artıq problem olaraq görünmür. Siyasi partiyaların yalnız qaçqın ziddiyyətindən qidalanaraq hakimiyyətə gəlməsi nə deməkdir? Avropa İttifaqı ölkələri qaçqınlar məsələsinə ancaq sərhəd təhlükəsizliyi prizmasından baxır və bu məqsədlə ordu qurmağa başlayır. Qaçqınlar yaşadıqları ölkədə öldürülsələr və ya Türkiyə kimi bəşəriyyətin vicdanı olmuş ölkələrdə qalsalar, Qərb üçün heç bir problem olmur. Bu gün ümumbəşəri humanitar dəyərləri Qərbin özündən qorumaq vəziyyətində qalmışıq.

  Bəli, Türkiyə baxışı ilə inancın da, mədəniyyətin də, tarixin də ən əsas dəyəri və anlayışı ədalətdir. Öncə ədalət olmalıdır ki, azadlıq də, bərabərlik də var olsun.

  Əsrlərlə bizə yol göstərmiş və bu gün də bütün Türkiyə məhkəmələrində yazılı deviz olan "ədalət mülkün təməlidir" ifadəsindəki mülk təkcə mal-mülk və əşya mənasında deyil, həm də qayda, nizam və dövlət mənasındadır. Ədalət ehtiyacı ənənəmizdə "ədalət dairəsi" təsviri və tətbiqilə həyata keçmişdir.

  Yusif Xas Hacib 1069-cu ildə “Kutadgu Bilig”, Kınalızadə Əli Əfəndi 1564-cü ildə “Əxlaqi-Alai” və Türk-İslam ənənəsinin mühüm bir çox əsərində ədalət halqasından (dairəsindən) yazılır. Hər şeyin əsasının ədalət olduğu, ədalət pozulduğu zaman dövlət və mülkün mənasını itirməsi, xalqın xoşbəxtliyinin təmin olunmayacağı inam, fikir və yanaşması “ədalət halqaları”nı təşkil edir. Ədalət dairəsində dünya və ölkə hakimiyyəti ədalətlə başlayıb ədalətlə bitirən halqalara bənzədilir.

  Dünyanın sağlamlığını və dövləti təmin edən

  1. ilk halqa ədalətdir.
  2. İkinci halqada “dünya divarı” dövlət bir bağa bənzədilir.
  3. Üçüncü bənddə dövləti təşkil edən hüquq əsas götürülür.
  4. Dördüncü halqada ədalətli hökmdar olmadan hüququn müdafiəsiz qalacağı ifadə edilir.
  5. Beşinci bənddə ordusuz hökmdarın dövlətə sahib çıxa bilməyəcəyi bildirilir.

  Ədalət çevrəsinin sonrakı bəndlərində isə mal vergisi olmadan əsgər toplamağın mümkün olmayacağı üzərində dayanılır.

  Dairənin son halqasında bunların hər birində ədalət vurğusunun vacibliyi qeyd olunur. Çünki vergi vermək üçün xalqı müəyyən gəlirə malik etmək lazımdır ki, cəmiyyətin hakimiyyətə itaəti ədalətə söykənsin. Şeyx Ədebalının sözlərilə desək, "insanı yaşat ki, dövlət yaşasın". Bu kəlam insan-ədalət-dövlət münasibətinin özülüdür.

  Bu gün qlobal nizam ciddi şəkildə sorğu-suala çəkilərsə, cənab Ərdoğanın da tez-tez vurğuladığı kimi, BMT-nin təcili təftişə ehtiyacı olduğu aşkara çıxacaq. Heç bir məsuliyyəti yoxdursa, günahsız insanların üzünə qapılar örtülürsə, o qitədən bu qitəyə var-gəl edirlərsə, bu nizamsızlıq belə davam edə bilməz. “Çarəsizlikdən ölümə məhkum olan körpələrin günahı nədir?” sualı hər kəs üçün bir utanma, ağır ləkə deyilmi?

  Türkiyə prezidentinin ədalət dairəsi - ədalət halqası vurğusu bütün dünyanın yaşanan zülm altında qalmaması üçün Qərbi də xilas etməyi hədəfləyən bir çağırışdır. Böyük səlcuqlu vəziri Nizamülmülkün 1000 il əvvəl yazdığı kimi, "küfrlə bəlkə, amma zülmlə abad olunmaz".



Әlaqәli Xәbәrlәr