• Video Qalereya

Türkiyə milyonlarla suriyalını qorumağı bacardı

Türkiyənin Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondu-SETA-nın araşdırmaçı yazarı Can Acunun dəyərləndirməsini təqdim edirik.

Türkiyə milyonlarla suriyalını qorumağı bacardı

Prezident Rəcəb Tayyib Ərdoğan ilə Rusiya prezidenti Vladimir Putin Soçidə keçirdikləri ikitərəfli görüşdən sonra birgə mətbuat konfransı təşkil etdi. İki liderin birgə açıqlamasında İdlibdə silahlardan azad edilmiş təhlükəsiz bölgə yaradılması mövzusunda razılıq əldə etdikləri vurğulandı. Digər tərəfdən kritik zirvə yığıncağından dərhal sonra Rusiya Müdafiə Nazirliyi tərəfindən verilən açıqlamada İdlibdə hücum olmayacaq” deyə bildirildi.

Soçidə əldə edilən razılaşma ilə Türkiyə böyük uğur əldə etdi. Prezident Ərdoğanın qətiyyətli mövqeyi son dövrdə İdlib məsələsinə yiyə durması, etdiyi müraciətlər və Tehranda atəşkəslə bağlı təkidləri bu məsələdə müsbət nəticələrə amil oldu. Son günlərdə Türkiyə Silahlı Qüvvələri İdlib daxilində öz gücünü möhkəmləndirdi. Türkiyənin İdlibdəki 12 nəzarət nöqtəsinə xeyli sayda zirəhli texnika, tank və hərbi dəstələr yerləşdirildi. Türkiyə nə qədər qətiyyətli olduğunu Rusiya, İran və Əsəd rejiminə göstərdi. Əlbətdə bir tərəfdən davam etdirilən diplomatik müzakirələr və digər tərəfdən eyni zamanda sahədə atılan hərbi addımlarla nəticə əldə olundu. Rusiya Soçidə ciddi mənada geri addım atdı. Rusiya, İran və Əsəd rejimi İdlibdə əhatəli hərbi əməliyyat həyata keçirmək istəyirdi. Bunun üçün ciddi təzyiqlər edilirdi. Xüsusilə Cisr Sugur və Şimali Hama bölgəsinin bombalanması və rejim qüvvələrilə İranın dəstəklidiyi milislərin cəbhə xəttlərinə istiqamətli ciddi mənada hərbi yığınaqlar etməsi təzyiqi artırırdı.

Münasibətilə belə bir hərbi əməliyyatın qarşısının alınması həm Türkiyənin milli təhlükəsizliyi həm də Suriyanın gələcəyi üçün sülh prosesində böyük əhəmiyyət daşıyır. Ən əhəmiyyətlisi isə budur ki, Türkiyənin cəhdləri nəticəsində 3 milyondan artıq dinc vətəndaşın təhlükəsizlikləri təmin olundu və böyük bir qaçqın axınının qarşısının alınması mümkün hala gəldi.

İdliblə əlaqəli əldə edilən nailiyyətə görə prezident Rəcəb Tayyib Ərdoğanı, Türkiyə Silahlı Qüvvələrini və Milli Kəşfiyyət Təşkilatını (MİT) təbrik etmək lazımdır. Dünyanın təşvişlə yanaşdığı bir bölgədə humanitar böhranın yaranmasının qarşısı alındı.

Rusiya ilə Soçidə əldə olunan razılaşma çərçivəsində yaradılacaq təhlükəsiz bölgədən ikitərəfli olaraq radikal ünsürlərin və ağır silahların çəkilməsinə imkan yaradılması vacibdir. Bu konteksdə həm Rusiya həm də Türkiyənin öhdəsinə böyük vəzifələr düşür. Rusiya sahədə şiə milisləri qane etmək, Türkiyə isə Heyət Tahrir uş Şam kimi qruplaşmalara qarşı həll yolları ortaya qoymaq məcburiyyətindədir.

Türkiyə və Rusiya 15-20 km içəridə silahlardan azad edilmiş təhlükəsiz bölgənin yaradılmasında zamin ölkə olduqda, həmin zamanda koordinasiyalı müstəqil patrul fəaliyyətlərini davam etdirəcəklər. Türkiyə və Rusiya Astana prosesi çərçivəsində qurulan nəzarət məntəqələrini hərbi baxımdan gücləndirəcək və təhlükəsiz bölgə iki ölkənin pilotsuz uçuş aparatları ilə müşahidə altında tutulacaq. Təhlükəsiz bölgələrdəki Suriya müxalifətinin və rejim qüvvələrinin nəzarət sahələri və mövcudluğu qorunacaq və iki tərəfli olaraq ağır silahlar cəbhə xəttindən çıxarılacaq.

Qəbul edilən razılaşma çərçivəsində strateji əhəmiyyətə malik M4 və M5 avtoyolların təhlükəsizliyi təmin edilərək təkrar ticarət üçün açılacaq. Lazkiyə və Dəməşqi Hələbə bağlayan M4 və M5 yolları  Suriyanın iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edir.

Türkiyə və Rusiya arasındakı razılaşma həmin zamanda Türkiyənin terrorla mübarizəsinə də müsbət təsir göstərəcək. Nəticədə PKK/YPG terrorçuları İdlib əməliyyatından istifadə edib Afrin üzərində təzyiq yaratmaq istəyirdi. Razılaşma ilə bu təhdidin də qarşısı alındı. Həmçinin İdlib əməliyyatına mane olunması ilə yanaşı, Türkiyənin yenidən daha sərrast şəkildə PKK/YPG-nin yaratdığı təhdidə qarşı addım atması gözlənə bilər.



Әlaqәli Xәbәrlәr