• Video Qalereya

Türkiyə və Rusiya əlaqələrində yeni dövr

Türkiyənin Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondu-SETA-nın araşdırmaçı yazarı Can Acunun həmin mövzu ilə əlaqəli dəyərləndirməsini təqdim edirik.

Türkiyə və Rusiya əlaqələrində yeni dövr

Türkiyə və Rusiya arasında baş verən təyyarə böhranından sonra iki ölkə arasındakı əlaqələr yenidən adi axarına düşdü. Bərpa olan əlaqələr sürətli şəkildə inkişaf edərək siyasi, diplomatik, hərbi və iqtisadi sahələrdə önəmli addımlar atıldı. Türkiyə və Rusiya əlaqələrinin sürətli inkişafında iki ölkə liderlərinin arasındakı şəxsi münasibətlər, ortaq mənfəətə əsaslanan əməkdaşlıqlar və ABŞ-ın son dövrdəkı siyasi yanaşmasından duyulan narahatlıq önəmli faktlardan olub. İki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq güclənsə də digər fərqli sahələrdə də nəzər ziddiyətləri hələ də davam edir.

Rusiya prezidenti Vladimir Putinin Türkiyə və Rusiya arasındakı əlaqələrin inkişaf etməkdə davam etdiyini bildirərək, “Türkiyə ilə əlaqələrimiz həm dərinləşir həm də əhatə dairəsi genişlənir” deməsi əslində Türkiyə ilə Rusiya arasındakı əlaqələrin inkişafının icmalıdır. İki ölkə arasında xüsusilə enerji və iqtisadiyyat sahələrindəki əlaqələrin inkişafı böyük əhəmiyyət daşıyır. Rusiyanın sabiq Maliyyə naziri Zadornov “Türkiyə ilə əhəmiyyətli iqtisadi əlaqələrimiz var. Türkiyə Rusiyanın ən böyük 10 ticarət tərəfdaşı arasındadır” sözləri bu çərçivədə əhəmiyyət kəsb edir. Nəticədə Rusiya Federal Gömrük İdarəsinin məlumatına görə, cari ilin ilk 6 ayında Türkiyə 37 faiz artaraq 13,3 milyard dollara çıxan ticarət həcmilə Rusiyanın ən böyük 4-cü ticarət tərəfdaşı olub. Həmin zamanda rus turistlərin Türkiyəyə gəlməsi ikitərəfli əlaqələr baxımından böyük əhəmiyyət daşıyır. Rusiyadan gələn turist sayının sürətli artmasının məmnunluq yaratdığını deyən Xarici İşlər naziri Mövlud Çavuşoğlu cari il 6 milyon rus turisti Türkiyədə qonaq etməkdən məmnuniyyət duyulacağını bildird: “Enerji sahəsində iki ölkənin birgə həyata keçirdiyi Akkuyu atom elektirik stansiyası və “Türk axını” kimi önəmli layihələr var. Akkuyu atom enerjisi stansiyası Türkiyənin enerji ehtiyacının 10 faizini ödəyəcək. Ayrıca inkişaf edən Türkiyə iqtisadiyyatının enerji ehtiyacının zəmanət altına alınmasında önəmli strateji  əhəmiyyət var. Eyni şəkildə “Türk axını” layihəsi də Türkiyənin önəmli səviyyədə enerji ehtiyacının ödənilməsi və zəmanət altına alınmasına imkan yaradır. “Türk axını” layihəsinin ikinci mərhələdə Balkan ölkələri istiqamətində davam etməsi planlaşdırılır. Beləliklə Türkiyənin enerji keçid marşrutu olma istiqamətindəki strateji planlaşdırması üçün önəmli bir addım da atılacaq. Enerji və iqtisadi sahədəki əməkdaşlıqla yanaşı Rusiya və Türkiyə arasındakı hərbi əməkdaşlıq da artmaqda davam edir. Xüsusilə Türkiyənin Rusiyadan “S-400” raket müdafiə sistemləri satın alması və bunların 2019-cu il kimi yaxın tarixdə təhvil verilməsinin planlaşdırılması  iki ölkə arasındakı əlaqələri genişləndirir. Bu çərçivədə Rusiyanın dövlət müdafiə şirkəti Rostehin Beynəlxalq Əməkdaşlıq və Regional Siyasətlər üzrə direktoru Viktor Kladov “S-400” müqaviləsinin ölkələrimiz arasındakı hərbi-texniki əməkdaşlığı gücləndirmək və inkişaf etdirmək üçün önəmli addım olduğunu söylədiyini dəqiq şəkildə ifadə edə bilərik. Dəyişik yeni sənaye sahələrində də əməkdaşlığı gücləndirməyimizin qarşısında bir mane görmürük” deyə Çavuşoğlu vurğulayıb. Rusiya və Türkiyə arasındakı inkişaf edən əlaqələrdən ən çox ABŞ narahatdır. “S-400” hava müdafiə sistemlərinin satın alınması münasibətilə ABŞ rəhbərliyi Türk rəsmilərini Türkiyənin də layihə tərəfdaşı olduğu “F-35”  hücum təyyarələrinin Türkiyə tərəfindən alınmasına mane olmaqda təhdid edir. Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Türkiyə üçün “S-400” hava müdafiə sistemlərinin bir seçim deyil, bir məcburiyyət olduğunu açıqlaması əhəmiyyət kəsb edir. NATO ölkələri Türkiyəyə Hava Müdafiə Sistemlərini Türkiyənin tələblərinə rəğmən satmağı rədd edir. Həmin şəkildə Türkiyə və ABŞ arasında FETÖ, PKK/YPG və keşiş Brunsonla əlaqəli böhranların yaşanması iki NATO müttəfiqi arasındakı əlaqələri gərginləşdirdi. ABŞ prezidenti Donald Trampın Türkiyəyə qarşı embarqo tətbiq etmə qərarı qəbul etməsi əlaqələrə mənfi olaraq təsir etdi. Türkiyə ilə Rusiya arasında əlaqələr müsbət yolda irəliləsə də iki ölkə arasında önəmli nəzər ziddiyyətləri də davam edir. Xüsusilə Suriya məsələsində Türkiyə və Rusiya Astana prosesində birlikdə hərəkət etsə də əsas yanaşma olaraq bir-birlərinə zidd mövqe tuturlar. Rusiyanın İdlibə istiqamətli Suriya rejiminin hücumlarına icazə verməsi və dəstəkləməsi halında Türkiyə ciddi bir köç dalğasına məruz qalacaq və ikitərəfli əlaqələrə zərbə vurulacaq. Eyni şəkildə Türkiyə Rusiyanın Krımı ilhaq etməsi və Krım Türklərinə qarşı tətbiq etdiyi siyasətlərin də əleyhinədir. Türkiyə Ukrayna məsələsində də Rusiyanın siyasətlərini dəstəkləmir. Son söz kimi Türkiyə ilə Rusiya arasında əlaqələr nə qədər inkişaf etsə də, Türkiyə bir NATO ölkəsidir.



Әlaqәli Xәbәrlәr