Türkiyәnin İqtisadi Perspektivlәri 36/2018

Son dövrlərdə Türkiyə iqtisadiyyatına  edilәn spekulyativ hücumlar әmanәtlәrin ölkә iqtisadiyyatı üçün son dәrәcә әhәmiyyәtli olduğunu göstәrdi.

Türkiyәnin İqtisadi Perspektivlәri 36/2018

Son dövrlərdə Türkiyə iqtisadiyyatına  edilәn spekulyativ hücumlar әmanәtlәrin ölkә iqtisadiyyatı üçün son dәrәcә әhәmiyyәtli olduğunu göstәrdi. Çünki әmanәtlәr iqtisadi inkişafın açarı olan investisiyaların әsas mənbәyidir.

Әmanәtlәr  inkişaf etməkdə olan ölkə iqtisadiyyatları arasında yer alan Türkiyənin yüksək gəlirli ölkələr sırasına  daxil olması baxımından da әhәmiyyәtlidir.

İnkişaf etmiş ölkələrin iqtisadiyyatında əmanətlərin Ümumi Daxili Məhsuldakı payının yüksək olması təsadüfi deyil. Әmanәtdә әldә olunan artımın  bu ölkələrin  iqtisadi inkişafının  davamlılığına nail olmaları baxımından son dərəcə əhəmiyyətli olduğunu qeyd etmək lazımdır.

Bu gün inkişaf etməkdə olan ölkələrdə әn sıx rast gәlinәn hallardan biri iqtisadi inkişaf hәdəflәrinә çatmaq üçün investisiyaların maliyyәlәşdirmәsini tәmin edәcәk kifayәt qәdәr әmanәtlәrin olmamasıdır. Halbuki məhsuldarlığı artırmağın və davamlı inkişafı tәmin etmәnin  yolu  investisiyalardan keçir.  İnvestisiyalar iqtisadi inkişafa tәkan verәrәk mәhsuldarlığı artırır. Bu da iqtisadi inkişafın davamlı olmasını tәmin edir.

Lakin bu bir hәqiqәtdir ki, bu investisiyaları  az mәblәğli  әmanәtlәrlә hәyata keçirmәk mümkün deyil. Bu sәbәbdən həmin  ölkәlәr investisiyalarını maliyyәlәşdirmәk üçün xarici ölkәlәrdәn borç almaq mәcburiyyәtindә qalır. 

Yәni bir ölkә iqtisadiyyatında  az mәblәğli әmanәtlәr xarici ölkәlәrә maliyyә mәsәlәsindә  olan asılılığın әsas sәbәblәrindәn biridir.  

Bütün bu problemlәrin arxasında isә yüksәk mәblәğli әmanәtlәr dayanır.

Digәr tәrәfdən, әmanәtlәr  ölkәnin xirici ölkәlәrә olan borcu, cari kәsir  kimi problemlәrin  hәllindә investisiyaları maliyyәlәşdirmәsinin  әn etibarlı  yoludur.

Çünki xaricә olan borclar investisiyaların maliyyәlәşidirilmәsindә әn çox müraciәt edilәn yol olsa da, әmanәtlәr vә iqtisadi tәhlükәsizlik baxımından risklәri var. Açığı, bir ölkәnin maliyyә ehtiyaclarını qarşılamaq üçün etibarlılığın vә iqtisadi müstәqilliyin çox böyük әhәmiyyәti var.

Ölkələrə görə əmanət faizlərinin milli gəlir daxilindəki payını qiymәtlәndirsәk, xüsusilə inkişaf etmiş ölkələrdə bu nisbətin yüksək olduğunu deyə bilərik.

Hətta Almaniya  qənaət məsələsini iqtisadi siyasətlərinə sağlam bir şəkildə yerləşdirib tətbiq edən bir ölkə kimi görünә bilәr.

Bir sözlə,  bu gün dünyada  ticarət müharibələrinin cərəyan etdiyi, ABŞ-ın dünya iqtisadiyyatlarına qarşı mühafizəkar mövqe nümayiş etdirərək sanksiya tәtbiq etdiyi, qlobal ticarət həcminin daralma təhdidi ilə qarşı-qarşıya olduğu vә  qeyri-müəyyənliklərin hakim olduğu bir mühit var.

Həmçinin  ABŞ-ın  beynəlxalq valyuta hesab edilәn dolları sanksiya vasitəsi kimi istifadə etmәsi qlobal iqtisadiyyatda risklərin hər ötən gün daha da artdığını göstərir.

Butün bunlar  inkişaf etməkdə olan ölkə iqtisadiyyatlarının   qlobal risklərin mümkün təsirlərinə baxmayaraq  öz imkanları ilә  inkişafını davam etdirmək üçün güclü, möhkəm və davamlı qənaət siyasətinə həmişəkindən daha çox ehtiyacı var.



Әlaqәli Xәbәrlәr