Türkiyәnin İqtisadi Perspektivlәri  32/2018

Amerika Birlәşmiş Ştatlarının  Türkiyәyә  sanksiya tәtbiq etmәsi  Türkiyә iqtisadiyyatına  açıq hücum edildiğinin göstәricisidir.

Türkiyәnin İqtisadi Perspektivlәri  32/2018

İqtisadiyyata əsaslanmayan bu vəziyyət  spekulyativ hücumlarla idarə edilərək mәzәnnәdә  ani dinamikanın  yaşanmasına  səbəb olur.

Ancaq bu bir həqiqət ki, Türkiyənin  üzlәşdiyi bu vəziyyətin tәsiri  yalnız milli bazarda deyil  qlobal mənada da əks-səda yaradacaq. Yəni bu gün Türk lirәsinin dәyәr itirmәsi yalnız  Türkiyə iqtisadiyyatına təsir göstәrmәyәcәk. Görək bu iqtisadi böhran Avropa ölkәlәri başda olmaqla hansı ölkәlәrin  diqqәt mәrkәzindә olacaq.

Türkiyə satınalma gücünә görә dünyanın әn böyük 13-cü iqtisadiyyatına malikdir. Bu vәziyyat Türkiyәnin qlobal iqtisadiyyat üzәrindә nә dәrәcә geniş tәsir yaratdığını açıq şәkildә göstәrir. Bu çәrçivәdә  xüsusilә son günlәrdә beynәlxalq iqtisadiyyatın әn әhәmiyyәtli gündәm maddәsini Türk lirәsindә yaşanan dinamikanın  digәr ölkәlәrә dә sıçrama riski tәşkil edir.

Türk lirәsindәn sonra Rus rublu vә Hindistan rupisinin  dә  dәyәr itirdiyini  görürük. Yәni  inkişaf etmәkdә olan valyutalar da Türkiyәyә  qarşı elan edilәn iqtisadi müharibәdәn tәsirlәnmәyә başlayıb.

Rusiya Maliyyə Nazirinin verdiyi son mәlumatda  isə beynəlxalq ticarətdə dolların riskli pul vahidi olduğu bildirilir.  Bu səbəbdən ABŞ-ın hər hansı bir siyasi münaqişədә  dolları sanksiya vasitəsi kimi istifadə etməsi dolların etimadının itmәsinә  səbəb olur.

Digər tərəfdən İtaliya Nazirlәr Kabinetinin  Müşavirinin Türkiyəyə edilәn  iqtisadi hücumun İtaliyada da baş vermə ehtimalının olduğunu söyləməsi  ABŞ-ın dünya iqtisadiyyatına qarşı olan  aqressiv mövqeyinin göstәricisidir.

Bu gün Avro zonasına daxil olan  ölkələrin Türkiyə banklarında ciddi kapitalları  var. Bu sәbәbdәn  Türk lirәsindә yaşanan hәrәkәtlilik  әsas bu ölkәlәrә mәnfi tәsir göstәrir.

Bu proses hәm avronun dollar qarşısında , hәm dә Avro zonasına daxil ölkәlәrin bank  sәhmlәrinin  4 % dәyәr itirmәsinә sәbәb olur.

Türk lirәsindәki dinamikanın iqtisadi baxımdan hәr hansı bir sәbәbi yoxdur. Bu hücumlar tamamilә siyasi sәbәblәrә görә hәyata keçirilir.

Türkiyə iqtisadiyyatına qarşı davam etməkdə olan bu hücumların qlobal arenada domino effekti yaratmaq potensialı isə olduqca yüksəkdir..

Təbii ki, bu prosesi bir də ABŞ-ın Rusiya, İran və Çinə qarşı qәbul etdiyi sanksiya qərarları baxımından da  qiymәtlәndirmәk lazımdır. ABŞ-ın hәm İrana tətbiq etdiyi iqtisadi sanksiyalar, hәm dә  ticarət müharibələri adı altında Çinə әlavә rüsum tәtbiq etmәsinә yerli valyuta ticarəti ilә  son dərəcə yaxşı bir cavab verilə bilər.

Bütün bu ölkələrin yerli valyuta ilә ticarət hәyata keçirmәlәrinin vaxtıdır.



Әlaqәli Xәbәrlәr