Türkiyәnin İqtisadi Perspektivlәri 31/2018

Keçәn hәftә Türkiyә Prezidenti Rәcәb Tayyib Әrdoğan yeni sistemin 100 günlük fәaliyyәt planını açıqladı.

Türkiyәnin İqtisadi Perspektivlәri 31/2018

Fәaliyyәt planında 400 layihәnin yer aldığı bildirilir.  Prezident Aparatı vә Nazirliklәr tәrәfindәn hәzırlanan fәaliyyәt planının әn әhәmiyyәtli mövzularından biri iqtisadiyyatdır. Fәaliyyәt planının Türkiyәnin dinamikasını hәrәkәtә keçirmәsi gözlәnilir.

Türkiyә iqtisadiyyatının bu günәdәk әldә etdiyi irәlilәyişin arxasındakı әn әhәmiyyәtli faktorlardan biri büdcәdir. Bu baxımdan fәaliyyәt proqramında yer alan  әn mühüm mәsәlәlәrin başında dövlәt maliyyәsi ilә bağlı atılacaq addımların olduğunu deyә bilәrik.

Qarşıdakı dövrdə də bu anlayışın davam etdirilməsi və iqtisadiyyatın gedişatı baxımından son dərəcə əhəmiyyətli olan dövlət maliyyəsinin daha güclü  quruluşa çevrilmәsi  üçün fəal dövlәt siyasətinin aparılması nәzәrdә tutulur.

Son zamanlarda maliyyә sistemindә yaşanan çәtinliklәr, qәnaәtlәrin әhәmiyyәtini hәr ötәn gün daha da ortaya qoyur. İnvestisiyalar, cari tarazlıq vә iqtisadiyyatın  inkişafı üçün böyük önәmә malik  olan qәnaәtlәr mәsәlәsindә atılacaq addımların  bu gün çox әhәmiyyәtli noqtәyә çatdığını desәk sәf etmiş olmarıq.

400 layihədən 48-nin  müdafiə sənayesi sahəsində olması Türkiyənin hәmin  sektorda texnoloji inkişaflara paralel olaraq işlər görəcəyini göstərir.

Türkiyə həm geosiyasi mövqeyi, həm də iqtisadiyyata verəcəyi töhfədən dolayı müdafiə sənayesində əmin addımlarla irəliləyir. Türkiyә bu çərçivədə beynəlxalq arenada daha rəqabətə davamlı olmaq adına lazer silah sisteminin inkişaf etdirilməsindən, uzun mənzilli raket sisteminәdәk, silahlı ‘‘HÜRKUŞ’’ tәyyarәsindәn,   Türksat 6A peykinin hazırlanmasınadәk  olduqca  әhәmiyyәtli layihәlәrә imza atır.

Digәr tәrәfdәn Türkiyәnin dörd ölkә ilә ticarәt әlaqәlәrini inkişaf etdirdiyini dә vurğulamaq lazımdır. Әn çox ixracat Çin, Meksika, Rusiya vә Hindistana olur.

Yüz günlük fәaliyyәt planının digәr mühüm mәsәlәsi olan enerjiyә dә toxunmaq lazımdır. Türkiyә son illәrdә hәyata keçirdiyi  layihәlәrlә enerji ticarәtindә  mәrkәz ölkә olma yolunda әmin addımlarla irәlilәyir.  TANAP vә Türk Axını kimi meqa layihәlәrә  ev sahibliyi edәn Türkiyә hazırda Aralıq dәnizindә әhәmiyyәtli işlәrә imza atır.



Әlaqәli Xәbәrlәr