İraqda güc mübarizəsi

Türkiyənin Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondu-SETA-nın araşdırmaçı yazarı Can Acunun həmin mövzu ilə əlaqəli dəyərləndirməsini təqdim edirik.

İraqda güc mübarizəsi

İraqda seçkilərin dörd ay əvvəl keçirilməsinə baxmayaraq hökumət hələ də qurula bilmədi. Bu ölkədəki siyasi partiyaların koalisiya və hökumət formalaşdırma səyləri davam edir. Ən çox səs götürən Müqtəda əs-Sədrin başçılıq etdiyi Sairun hərəkatı hökuməti qurmaq üçün önəmli addımlar atdı. Müqtəda əs-Sədrin başçılıq etdiyi Sairun hərəkatı, İraqın Baş naziri Heydər əl-İbadi rəhbərliyindəki Nasr, Ammar Həkim rəhbərliyindəki Hikmət və İyad Allavi başçılığındakı Vətəniyyə Koalisiyası dördlü ittifaq qurduqlarını elan etdi. Həmçinin bəzi sünni partiyalar və Kürd Yeni Nəsil Hərəkatı da koalisiyaya qoşuldu. Lakin İraqda yeni hökumət kabinetinin qurulması üçün ikinci iclasını keçirən məclis kifayət millət vəkili sayına çata bilmədiyi üçün iclası 15 sentyabra təxirə saldı. Sabiq İraq Baş naziri və Qanun Dövləti Koalisiya lideri Nuri əl-Maliki və Fəth Koalisiyası lideri Hadi Amıri də koalisiya qurduqlarını açıqladılar. İraqın əsas-qanununa görə ən böyük koalisiyaya hökuməti qurmaq vəzifəsi tapşırılır və ən çox Sədrin rəhbərlik etdiyi koalisiyanın uğurlu olma ehtimalı yüksəktir.

İraq konstitusiyasına əsasən, yeni hökumətin qurulması üçün məclisdə keçiriləcək ilk iclasda məclis sədrinin sünnilərdən seçilməsi lazım idi. Məclis sədrliyi üçün Ənbar valisi Məhəmməd əl-Halbusi, prezident müavini Usamə ən-Nuceyfi, Məhəmməd Təmim, Rəşid əl-Azavi, Əhməd Cuburi əvə Talal əz-Zubayinin adları ön plandadır. Ən böyük iki kürd partiyası Kürdüstan Demokrat Partiyası və Kürdüstan Yurtsevərlər Birliyi isə bütün bu prosesdə müstəqil mövqedə olmağa üstünlük verdi və məclisin iclasını boykot edərək tərk etdi.  İraqdakı hökumət qurma prosesinə ölkə daxilində və xaricində müxtəlif mövzular öz təsirini göstərir. İraqdakı müxtəlif qrupların siyasi, məzhəb və etnik fərqlənmələr ortaya qoyduğu məlumdur. Həmçinin ABŞ və İran arasındakı rəqabət İraqdakı siyasətə xeyli təsir edir.  İranın dəstəklədiyi sabiq İraq Baş naziri Nuri əl-Maliki və İranın dəstəklədiyi Haşdi Şabi qruplaşmasının qurduğu Fəth Koalisiyası İraq siyasətində əhəmiyyətli yer tutur. Həmçinin Haşdi Şabinin hərbi quruluşu, İranın dəstəklədiyi koalisiyaya siyasi gücdən əlavə hərbi sahədə də güc də verir. Livandakı Hizbullaha oxşar bir quruluş ilə İran İraqdakı təsir dairəsini zəmanət altına almağa cəhd göstərir.

Digər tərəfdən ABŞ da İranın İraqdakı gücünü məhdudlaşdırmağa səy göstərir. ABŞ-ın DEAŞ ilə mübarizə üzrə xüsusi nümayəndəsi Bret Mayk Gurkun kürd partiyası Kürdüstan Demokrat Partiyası və Kürdüstan Yursevərlər Birliyilə keçirdiyi görüşlər çərçivəsində iki kürd partiyanın İranın dəstəklədiyi koalisiya ilə birgə hərəkət etməsinin qarşısının alındığı iddia edilir.  ABŞ İraqda nə qədər də Sədr Hərəkatınının lideri Müqtəda əs-Sədr başçılığındakı Sairun, İraq Baş naziri Heydər əl-İbadi başçılığındakı Nasr Ammar Həkim başçılığındakı Hikmət və İyad Allavi başçılığındakı Vətəniyyə Koalisiyasını, dördlü ittifaqı dəstəkləsə də, xüsusilə Müqtəda əs-Sədrin ABŞ-a istiqamətli mənfi açıqlamaları münasibətlərin problemsiz olmadığını göstərir.

İraqdakı hökumət qurma cəhdlərini əhəmiyyətli hala gətirən digər fakt isə Türkiyənin terrorla mübarizəsidir. İraqdakı PKK qruplaşması qarşısında Şimali İraqda “Qətiyyətlilik hərəkatı”nı davam etdirən Türkiyə Silahlı Qüvvələri PKK-nın düşərgələrini və marşrutlarını nəzarət altına alır. Həmçinin Sincar bölgəsindəki PKK qruplaşması qarşısında xüsusi əməliyyatlar ilə dəqiq nəticələr əldə edir. Terror təşkilatının dırnaqarası bölgə komandiri Milli Kəşfiyyat İdarəsi və Türkiyə Silahlı Qüvvələrinin birgə əməliyyatı nəticəsində milli silahsız uçuş aparatı ilə zərərsizdirildi.

İraqda hökumət qurma cəhdləri Türkiyənin terrorla mübarizəsinə də təsir etmə potensiyalına sahibdir. İraq hökuməti qurulacağı təqdirdə Türkiyənin İraq ilə diplomatik görüşləri çərçivəsində PKK-ya qarşı əməliyyatların əhatə dairəsi genişlənə bilər. Xüsusilə İraq mərkəzi hökumətin PKK-nın maddi mənbələrinə və Sincardakı təşkilatlanması qarşısında addım atması üçün Türkiyənin təzyiq edəcəyi nəzərdə tutulur.

 



Әlaqәli Xәbәrlәr