Türkiyənin milli hərbi həssas nəzarət sistemləri

Türkiyə müxtəlif hәdәlәrә qarşı milli təhlükəsizliyini təmin etməyə çalışarkən və terror təşkilatlarıyla mübarizə apararkәn müəyyən dövrlərdə müttəfiqlərinin silah və sursat embarqolarına  məruz qalır.

Türkiyənin milli hərbi həssas nəzarət sistemləri

Pul ödәyәrәk aldığı müdafiə məhsullarını istifadə etməkdə problem yaratsalar da,  Türkiyə bu mənada yaşadığı hər böhranı fürsətə çevirir.

Türkiyәnin dırnaqarası  müttəfiqləri pilotsuz uçuş aparatlarını vә kamikadze dronlarını  Türkiyәyә satmaq istәmәdilәr.  Ancaq Türkiyə ehtiyacı olan pilotsuz uçuş aparatlarını  özü istehsal etdi. Türkiyә artıq istehsal etdiyi hәrbi mәhsulları başqa ölkәlәrә satacaq nöqtәyә gәldi.

Türkiyәnin dırnaqarası müttәfiqlәri döyüş tәyyarәlәrindә istifadә edilәn bombanı ‘‘ağıllı’’ silaha  çevirә sistemi dә satmaq istәmәdikdә  Türkiyә bu mәhsulun  yerli imkanlarla seriya şəklində istehsalına başladı.

Bu növ  ‘‘ağıllı’’ sursatlar   mәsәlәsindә xaricә  olan asılılığı aradan qaldırmağın strateji әhәmiyyәti var.

Məsələn Amerika  Türkiyəyə satdığı ‘‘ağıllı’’ sursatları müəyyən fasilələrlə nəzarət etmə imkanına sahibdir.  Ən əsası isә bu sursatların hansı koordinata istiqamәtlәndiyini bilmə imkanı var.

Başqa ifadəylə  Türkiyə terror təşkilatlarına qarşı apardığı mübarizə zamanı  maneələr törәtmә imkanına sahibdir.  Bu  səbəblə Türkiyənin müstəqil bir ölkə kimi hərəkət etməsi  vә ‘‘ağıllı’’ silahları  yerli imkanlarla istehsal etməsi son dərəcə әhәmiyyәtlidir.

Xüsusilə bəzi ölkələr Türkiyənin müdafiə sənayesinin millilәşdirmәsini  əngəlləmək üçün bir sıra strategiyadan  istifadə edir. Bəzən müdafiə məhsullarını satmayaraq, bəzən satdıqları məhsulun istifadə edilməsinə maneələr qoyaraq,  bəzən də yerli istehsalın qarşısını almaq üçün məhsul qiymətlərində güzəşt edәrәk.  Xüsusilə Türkiyə ehtiyac duyduğu müdafiə məhsullarını istehsal etmәyә  başlayanda  qiymәtlәri aşağı salaraq məhsulun inkişafını əngəllədilәr. Bu cəhdlərindən biri də Həssas Nəzarət Sisteminin  (HGK) istehsalında yaşandı.

Türkiyә Hәrbi  Hava Qüvvələri  ağıllı silah baxımından xaricә olan asılılığını aradan qaldırmaq üçün  2005-ci ildәn etibarәn bu sistemin istehsalına başlayıb.

Dövrün rəhbərləri ağıllı sursatların milli imkanlarla istehsal edilməsi üçün lazımi göstərişləri verib.  Qısa müddətdə göstәrilәn sәylәr nәticәsindә  2006-cı ildə Həssas Nəzarət  Sistemi (HGK) istehsal olunur. Ancaq daha əvvəl bir çox məhsulda olduğu kimi Türkiyənin yerli istehsal etməsini əngəlləmək üçün dırnaqarası müttәfiqlәr maneәlәr yaratdı.

Türkiyə  Hәssas Nәzarәt Sisteminin bir әdәdini  ABŞ-dan 120 min dollara alırdı. Türkiyәnin 2006-cı ildә istehsal etdiyi Hәssas Nәzarәt Sisteminә  90 min dollar xәrclәndi. ABŞ bu mәhsulu seriya şәklindә istehsal edәcәyini açıqlayan  Türkiyәyә özünün istehsal etdiyi Hәssas Nәzarәt Sisteminin  qiymәtini  20 min dollara endirdi.

Xərclərin düşməməsinə baxmayaraq qiymətin bu dərəcədə aşağı enmәsi böyük maraq doğurdu.

ABŞ-ın  mәqsәdi  Türkiyәnin bu mәhsulu seriya şәklindә istehsal etmәsinin qarşısını almaqdı.

Ancaq Türkiyә bütün bu maneәlәrә baxmayaraq beş ildә milli imkanlarla Hәssas Nәzarәt Sistemlәrini istehsal etdi.

 

Hәssas Nәzarәt Sistemi TÜBİTAK mühәndislәri tәrәfindәn istehsal olunan vә Türkiyә Hәrbi  Hava Qüvvələrinin inventarına daxil olan  ilk milli Hәssas Nәzarәt Sistemidir. Bu sistem  3-ci Hәrbi Hava zavodunda istehsal olundu. İlk istehsal 2013-cü ildә hәyata keçirildi.

Türkiyәnin keçmiş  Elm, Sənaye və Texnologiya naziri Faruk Özlü 2017-ci ilin noyabr ayında  Türkiyə Böyük Millət Məclisinin Plan və Büdcə Komissiyasının iclasında  çıxış edərkən Hәssas Nәzarәt Sisteminin seriya şәklindә istehsalının başlandığını söyləmişdi.

Hәssas Nәzarәt Sistemlәri daha әvvәl yalnız ABŞ, Rusiya vә İsraildә istehsal olunurdu. Hazırda Türkiyә milli imkanlarla bu mәhsulu istehsal edәn ölkәlәrdәn biridir.

Hәssas Nәzarәt Sistemi-1-dәn ‘‘Fәrat Qalxanı’’, ‘‘Zeytun Budağı’’ vә terrorla mübarizәdәki әmәliyyatlarda istifadә olunur.

İstehsalçıları tərəfindən verilən məlumatlara görə, Hәssas Nәzarәt Sisteminin xüsusiyyәtlәri bunlardır: "Döyüş təyyarələri normal bombaları 5-6 kilometr məsafədən atarkən, HNS-dә bu məsafə 25 kilometrədәk yüksәlir. Üzərindəki əlavə qanadcıqları və xüsusi səthi ilə ağıllı bombalar hәdәflәrә mәrkәzlәşir. Təyyarə təhlükəli əraziyə girmədən vəzifəsini etibarlı şəkildə tamamlayır.

Hәssas Nәzarәt Sistemi  koordinatları təyin olunan hədəfi peyk və xüsusi reseptorların köməyi ilə 6 metr mәsafәdәn belә mәhv edir. Beləliklə hədəfdәn  başqa yerlərə zərər vermir.

Hәssas Nәzarәt Sistemlәri bu gün başda Orta Şәrq, Asiya vә Şimali Afrika ölkәlәri olmaqla bir çox ölkәnin diqqәt mәrkәzindәdir.



Әlaqәli Xәbәrlәr