Sadəcə doğru mövqe və dünyagörüşü qənaətbəxşdirmi?

Mövzu ilə bağlı Ankara Yıldırım Bəyazit Universiteti Siyasi İnformasiya fakültəsinin dekanı, professor Qudrət Bülbülün analiz-yazısını təqdim edirik. (Qlobal perspektiv_35 (29 avqust 2018)

Sadəcə doğru mövqe və dünyagörüşü qənaətbəxşdirmi?

Qlobal perspektiv_35 (29.08.2018)

  Doğru mövqe və qənaətbəxş görüntü - bunlar bu gün dünyada yetərlidirmi? Düzgün dünyagörüşü ilə problemlərimiz həll oluna bilərmi? Hörmətli dinləyicilər, mövzu ilə bağlı Ankara Yıldırım Bəyazit Universiteti Siyasi İnformasiya fakültəsinin dekanı, professor Qudrət Bülbülün analiz-yazısını təqdim edirik. Mətni oxuyur Sevda Mirzə.

  Əslində doğru mövqe və düzgün görüntü həlledici perspektiv və hər hansı problemin həllində məqsədə çatmaq üçün təməl faktorlardur. Amma getdiyin istiqamət səhvdirsə, nə edirsən et, doğru hədəfə çata bilməzsən. Yanlış istiqamət yanlış hədəfi müəyyən edir. Yanlış hədəf qədər isə hədəfini bilməmək də böyük problemdir. Gedəcəyi istiqaməti bilməyən gəminin yelkəninə heç bir külək kömək edə bilməz. Bu zaman həyatda rastlaşdığın proseslər, faktlar və məqamlar qarşısında, ilk növbədə, düzgün mövqeyə malikolma zərurəti barədə belə mübahisə etmək yersiz olur. Axı əl-qolunu sallayaraq, heç bir şey etməyərək, yalnız düzgün mövqedə olmaq da yertərli deyil. Bəzən ideoloji diskussiya və intellektual potensialın kifayət olduğu güman edilir. Konkret bir çalışmaya, istehsala sövq edilməyən, sadəcə kafe və ya otaq künclərində kiçik qrupların intellektual mübahisələrinə bəzən çox əhəmiyyət verilir. Amma İslam dünyasının problemləri sadəcə düzgün düşünmə ilə həll edilə bilərmi? Fikirləşməklə nə qədər məsafə qət etmək olar ki?

  Düşünmək, əlbəttə, vacibdir. Bəşəriyyət tarixini dəyişdirən, uzun perspektiv yaradan məhz fikirlərdir. Gözəl fikirlər işə keçməyən və utopik olmamalı, nəzəri səviyyədən tətbiqə keçilə bilən ideyalar olmalıdır. Həyatı formalaşdıran mücərrəd fikirlər deyil, bu istiqamətdə atdığımız konkret addımlardır.

  Doğru mövqeyə və görüntüyə malik olsaq da, oturduğumuz yerdə oturmağa, yatdığımız yerdə yatmağa davam ediriksə, nəyisə dəyişdirmək səyi göstərmiriksə, yaxud fikirlərimiz özümüzdən başlamaqla ətrafımız və yaşadığımız mühitdə konkret vəziyyətə təsirsizdirsə, demək intellektual mübahisə, tətbiqə keçməyən ideyalarla yalnız özümüzü aldatmış oluruq.

  Bu vəziyyət adamda digər problemi də yaradır: həyatdan qopuq, özünü kimsəsiz adada qapalı hiss etmək duyğusunu. Tətbiq və həyat təcrübəsindən uzaq fikirlər çox vaxt özü ilə zərəri də bərabər gətirə bilir. Tarix, çox təəssüf ki, həyat təcrübəsindən qopuq bu cür tətbiq olunmağa yaramayan fikirlərin verdiyi zərərlərlə doludur. Bunların bir qismi qorxunc hərəkətlərə səbəb ola bilir. Ona görə doğru mövqe və görüntü həyatın içindən çıxmalı və ortaya qoyulmalıdır. İslam dininin gəlişi də bu şəkildədir, birdəfəyə və mücərrəd deyil, zamana yayılmış şəkildə və konkret hadisələri anlatmaqla həyatın içindəki inkişaf prosesilə paralel addımlamışdır.

  Bu gün göstərilməli mövqe, görüləsi iş, yürüməli yolla bağlı Türkiyə çox da böyük bir qeyri-müəyyənlik içində deyil. Əsas şüarlar da ortadadır. Ən böyük problemlərimizdən biri doğru perspektivə çıxışlarımıza uyğun gəlməyən işlərimizdir. Halbuki həyat iman və cəhddir. Cəhd hərəkət, əməl, səy və mübarizədir. Cəhdin, mücadilənin bir növü kimi müharibədə cihad isə bu günün dünyasında nadir hallarda ehtiyac duyulan bir haldır. Bunun yerinə gündəlik həyatda hər nə ediriksə, işin daha yaxşısını görməli, daha düzgün olan üçün mübarizə aparmalı, çalışmalı, cəhdetməli və gözəl bir həyəcan içində olmalıyıq. Yəni yaxşı olanı deməklə yanaşı hər sahədə var gücümüzlə etməyimiz də lazımdır.   

  Beləliklə, doğru mövqe və düzgün perspektiv hər məqsədə çatmaq üçün şərtdir. Məqsədimizdən uzaqlaşıb fəlakətə sürüklənməmək üçün yaxşı niyyət üçün hərəkət etməsək, yaxşı sözlərimiz də havaya uçar. Amma bu da bir gerçəklikdir ki, doğru mövqe yalnız başlanğıcdır, təkbaşına nəticə doğurmaz. Nəticə doğru düşüncəni əl-ələ verərək konkret istiqamət və addımlarla irəli aparmaqdır. Öz yanlışlarımızı görməyərək, yalnız başqalarının səhvlərinə diqqət çəkərək problemlərimizi həll edə bilərikmi? Özümüzə dair dəyişməmiz lazım olan əsas nöqsanlarımız nələrdir? Qalxıb bir şam yandırmırsansa, təkbaşına qaranlıq tənqidi də işığa çıxarmaq mümkün deyil.  



Әlaqәli Xәbәrlәr