Türkiyə və ABŞ gərginliyi

“Türkiyə və ABŞ arasında gərginlik” mövzusu ilə bağlı Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondu – SETA-nın araşdırmaçı-yazarı Can Acunun mövzu ilə bağlı yazısını təqdim edirik. (Gündəm analizi_34 (24.08.2018)

Türkiyə və ABŞ gərginliyi

  Türkiyə və Amerika Birləşmiş Ştatları arasında yaşanan gərginliyin həm struktur, həm də dövri səbəbləri var. Struktur səbəbi ABŞ-ın 1952-ci il NATO üzvlüyündən etibarən Türkiyə ilə passiv və asimmetrik əlaqəsidir. Amma AK Partiya hakimiyyətinin müstəqil xarici siyasət yürütməsindən, Türkiyənin maraqlarını mərkəzə çəkdiyi andan etibarən isə bu mövqe ABŞ tərəfindən həzm edilə bilmir.

  Dövri səbəb isə Amerika Birləşmiş Ştatlarının FETÖ dəstəbaşı Fətullah Güləni geri verməməsi, onun hüquqi prosesini başlamaması və Pensylvaniyada sərbəst yaşamasına imkan yaratması kimi ikibaşlı hərəkətlərdir ki, münasibətlərdə gərginliyi yaradan əsas məsələlərdəndir.

  Amerika Birləşmiş Ştatlarının, eyni zamanda, Suriyada terror təşkilatı PKK və YPG ilə birgə hərəkət etməsi, onları “yerli müttəfiq” adlandırması, təlim verməsi və silahlandırması da Türkiyə üçün qəbuledilən deyil. Çünki terror təşkilatı PKK-nın Türkiyənin cənub sərhədində bu qədər genişlənməsi və ərazi əldə etməsi Türkiyə üçün bir milli təhdiddir. İki ölkə arasındakı bu gərginliyə son olaraq Branson böhranı da əlavə olub.

  “Türkiyə və ABŞ arasında gərginlik” mövzusu ilə bağlı Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondu – SETA-nın araşdırmaçı-yazarı Can Acunun mövzu ilə bağlı yazısını təqdim edirik.

  Aylardır Amerika Birləşmiş Ştatları senatının üzvləri Türkiyəyə qarşı Bransonun həbsdə olması və Türkiyənin Rusiyadan S-400 Hava Müdafiə Sistemləri almasını müzakirə edirdi. Onlar Bransonun buraxılmasını israr edir, eyni zamanda, bunu Ağ Ev də tələb edirdi. Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla olan danışıqlarında keşiş Bransonun azad edilməsini istəmiş, hətta “twitter”də də yazmışdı.

  Xatırladaq ki, Türkiyədə yaşayan keşiş Branson 15 İyul FETÖ çevriliş cəhdindən sonra FETÖ və PKK terror təşkilatı ilə əlaqəsinə görə mühakimə olunur.

  Amerika Birləşmiş Ştatlarındakı evangelist dairələrin dəstəyini və bu seçicilərini itirməmək üçün ABŞ-ın vitse-prezidenti Mayk Pens bəyanat verərək Türkiyədə 2 ildir məhkəmə prosesi gedən Bransonun azadlığa buraxılmasını tələb etdi və Türkiyəyə sanksiya tətbiq edəcəklərini bildirdi. Heç gecikmədən D.Tramp muavininin bəyanatını dəstəklədi və Türkiyəyə qarşı təhdidləri təkrarladı. Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu isə ABŞ-ın təhdidlərini Türkiyənin qəbul etmədiyini, ölkədəki məhkəmə prosesinin müstəqil şəkildə işlədiyini və Amerikanın tələblərinin ədliyyə qanunlarına zidd olduğunu bildirdi. ABŞ-ın ilk sanksiya qərarları Türkiyənin Ədliyyə və Daxili İşlər nazirlərinin qara siyahıya salınması və ölkəyə kredit məhdudlaşdırması gətirməsi oldu. Bununla Amerika Birləşmiş Ştatları Türkiyəyə qarşı iqtisadi müharibəyə start verdi. Türkiyə bazarları və valyuta məzənnələri ilə manipulyasiya edilməyə başlanıldı. İqtisadi hücum liranın dəyərini saldı. Amma Türkiyə Mərkəzi Bankı mühüm qərarlar verdi, liranın dollar qarşısında dəyər itkisinin qarşısını aldı.

  Türkiyəyə qarşı iqtisadi hücumların intensiv olduğu günlər və saatlarda ölkənin Xəzinə və Maliyyə naziri Berat Albayrak Türkiyənin yeni iqtisadi modelinin prinsiplərini açıqladı. Bu zaman da ABŞ prezidenti Donald Tramp Türkiyəyə qarşı alüminium və dəmir idxalına əlavə cəza vergiləri gətirdiyini elan etdi. Trampın açıqlaması valyuta məzənnəsinə böyük təsir göstərdə də, Türkiyə lirası təkrar toparlana bildi.

  ABŞ Türkiyəyə qarşı sanksiyaların tətbiqinə yeni başlasa da, Çinlə iqtisadi müharibəsini sürdürür. Amma Trampın Türkiyəyə qarşı cəza vergisi açıqlamasından bir neçə gün sonra Çin Türkiyə və Rusiyadan sonra yerli pul vahidləri ilə alüminium və dəmir idxal edəcəyini açıqladı, Rusiya və İranın Türkiyəyə dəstək bəyanatlarını təqib etdi.

  Türkiyə üçün iqtisadi miqyasda ən əhəmiyyətli bazar olan Avropa İttifaqının mövqeyi də olduqca vacib idi. Və Avropa İttifaqı, xüsusilə, Almaniya Türkiyənin iqtisadi zəifliyini, böhrana düşməsini istəmədiyini və Türkiyə ilə münasibətləri davam etdirmək niyyətində olduqlarını açıqladı. Təbii ki, Türkiyə böhrana düşərsə, qonşu dövlətlər, o cümlədən, Avropa İttifaqı ölkələri də bundan ziyan görəcəkdir. Məsələn, Türkiyə lirasının birdən düşməsi Avropa birjalarında və avro-dollar bazarında mənfi hal yaratdı. Xüsusilə, İtaliya və İspaniya banklarının Türkiyəyə böyük miqyasda verdiyi kreditlərin qaytarılması çətinliyi olacağı Avropa İttifaqını Türkiyədəki hər hansı böhran ehtimalına qarşı narahat etdi.



Әlaqәli Xәbәrlәr