Hədəfdəki ölkə İrandır

Türkiyənin Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondu-SETA-nın araşdırmaçı-yazarı Can Acunun “Hədəfdəki ölkə İrandır” mövzulu dəyərləndirməsi.

Hədəfdəki ölkə İrandır

 

ABŞ İranın nüvə silah proqramına görə Əhmədinejad dövründə tətbiq etdiyi embarqo İran iqtisadiyyatına ciddi ziyan vurdu. 2013-cü ildə prezident seçilən və mülayim-islahatçı kimi qəbul edilən Həsən Ruhani bu çərçivədə İran xalqı üçün böyük ümid vəd edirdi. Ruhani dövründə P5+1 ölkələrilə keçirilən müzakirələr nəticəsində İranın nüvə proqramını məhdud etməsi və nəzarət üçün açması qarşısında İrana tətbiq edilən embarqoların yüngülləşdirilməsi qərara alındı.  BMT-də imzalanan nüvə razılaşma İran xalqı və İran iqtisadiyyatı üçün ciddi ümid mənbəyi oldu. Bu vəziyyət İran iqtisadiyyatında qısa müddətli bir sıçrayış olsa da Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra İran ilə yenidən sərt mübahisələr aparılmağa başlandı. ABŞ cari ilin may ayının 8-də təktərəfli olaraq bu razılaşmadan çıxdığını elan etdi.

ABŞ-ın İran ilə imzalanan nüvə razılaşmadan çıxacağını açıqlaması qarşısında İran iqtisadiyyatı bu vəziyyətdən mənfi təsirləndi. İran dövləti dollar məzənnəsini rəsmi olaraq 42 min rial olaraq sabitləsə də sərbəst bazarda ABŞ dollarının qiymətində artım oldu. Rialın qiyməti yanvar ayından valyuta qarşısında azalmağa başladı. Hazırda isə sərbəst məzənnədə bu, yüz əlli faizə yüksəldi. 2018-ci il yanvar ayında təqribən 44 min rial olan 1 Amerika dolları son günlərdə 110 min riala çıxdı.

ABŞ İrana qarşı olan embarqoları yenidən tətbiqə başlamadan İran iqtisadiyyatının bu səviyyədə çalxantılar yaşaması İranın embarqonun tətbiq edilməyə başlanmasından sonrakı vəziyyətinə aydınlıq gətirir. Körfəz ölkələri və İsrail İranın bölgədəki siyasətindən narahat olduqlarını və ABŞ ilə birlikdə İranın bu siyasətini məhdud etmək istədiklərini gizlətmirlər. İrana embarqolar vasitəsilə təzyiq edərək, bölgədə başqaları vasitəsilə çatdırdıqları fondlar və mənbələrin məhdud edilməsi və bununla da İranın məhdud edilməsi hədəf götürülüb.

ABŞ-ın İrana qarşı tətbiq etdiyi embarqoların məqsədi İranın dollar, qızıl və digər qiymətli mədənlər ilə ticarət apara bilməsinin qarşısının alınmasıdır. Ayrıca embarqolar çərçivəsində İrana təyyarə və təyyarələrin ehtiyat hissələri də təhvil verilməyəcək. Tətbiq edilən embarqolar İrandakı avtomobil  iş qolunu da hədəf götürüb.

ABŞ-ın embarqo təhdidinə görə İrandakı sərmayə qoyuluşlarını dayandıran şirkətlər arasında “Daimler” də var. Şirkət İrandakı yatırımlarını artırmağı və İranda yük maşını istehsal etməyi planlaşdırarkən, ABŞ prezidenti Trampın İrana embarqo tətbiq etmə planları şirkətin İranla əlaqəli planlarını dəyişməsinə səbəb oldu.

Tramp “Twitter” səhifəsində embarqolara baxmayaraq İran ilə ticarət əlaqələrini davam etdirən şirkətlərin ABŞ-da bu işi görə bilməyəcəklərini ifadə etmişdi. Lakin Trampın sərt açıqlamasına rəğmən Avropa İttifaqı ölkələri embarqoların əleyhinə olduqlarını açıqladılar. Misal üçün Almaniya Xarici İşlər naziri Hayko Masın verdiyi açıqlamada İranda fəaliyyət göstərən avropalı şirkətlərə dəstəyini dilə gətirdi. İran ilə ticarətdə pul köçürmənin mümkün ola bilməsinə imkan yaratmağa cəhd etdiklərini ifadə edən Mas ABŞ-ın İrana qarşı tətbiq etdiyi embarqoları üzüntü ilə qarşıladıqlarını söylədi. Nazir həmçinin İran ilə ticarət əlaqələrinin qazanc məqsədli olmadığını və İrandakı insanları düşündüklərini söyləsə də, Avropa İttifaqının İran ilə ticarətdən böyük qazanc əldə etməyi planlaşdırdığı və İrandan neft və qaz satın alınması ilə Rusiyaya olan asılılığı azaltmaq istədiyi məlumdur. ABŞ-ın digər Avropa ölkələrini gözdən yayındıraraq İran ilə imzalanan nüvə müqavilədən çıxması Avropa İttifaqı və ABŞ arasında önəmli ziddiyyətlərə aparıb çıxara bilər.

ABŞ-ın son vaxtlarda embarqo qərarlarının əhatə dairəsini gənişlətməsi əslində bu ölkənin xarici siyasətindəki dəyişikliyi də göstərir. Türkiyəni rahib Brunson məhkəməsi vasitəsilə embarqo ilə təhdid edən ABŞ həmin zamanda Rusiyaya qarşı da embarqo tətbiq edir. Ayrıca Çinə qarşı tətbiq etməyə başladığı cəza rüsumlarına da bu cəhətdən nəzər salınmalıdır. Fələstin məsələsində BMT kürsüsündən bütün dünyanı təhdid edən ABŞ-ın embarqo ilə bağlı siyasəti qısa müddətdə bu ölkə üçün müsbət nəticələr doğursa da uzun müddətdə dünyadaki mövqeyini təhlükə ilə üzləşdirə və bu ölkəni təcrid olma təhlükəsilə qarşı-qarşıya qoya bilər.

 


Etiketlәr: Twitter , ABŞ , embarqo , İran

Әlaqәli Xәbәrlәr