Məğlubiyyət psixologiyası deyil, özünə inamlı bir yanaşma

Mövzu ilə bağlı Ankara Yıldırım Bəyazit Universiteti Siyasi İnformasiya fakültəsinin dekanı, professor Qudrət Bülbülün analiz-yazısını təqdim edirik. (Qlobal perspektiv_33 (15 avqust 2018)

Məğlubiyyət psixologiyası deyil, özünə inamlı bir yanaşma

Qlobal perspektiv_33 (15.08.2018)

  Qərbdəki qaçqınların yaşadıqları cəmiyyətə fərqli yanaşmaları var: təslimiyyət, rəddedicilik və məntiq.

  Təslimiyyət və rəddedicilik bir-birindən ayrı, hətta zidd iki mövqedir. Bununla yanaşı bu iki mövqe arasında yaxın bir əlaqə də vardır. Hörmətli dinləyicilər, mövzu ilə bağlı Ankara Yıldırım Bəyazit Universiteti Siyasi İnformasiya fakültəsinin dekanı, professor Qudrət Bülbülün analiz-yazısını təqdim edirik. Mətni oxuyur Sevda Mirzə.

  Qərbdə yaşayan müsəlman qaçqınlar arasında hər iki tərəf – təslimçilər və rəddecilər bir-birilə tarazlqıq yarada bilər. Yəni öz dəyərlərindən tamamilə qopmuş, içərisində yer aldığı cəmiyyətdə itmiş təslim təbəqələr rəddedici təbəqələr üçün tarazlıq mənbəyi ola bilər, əksi də mümkündür. Amma hər iki mövqe (təslimiyyət və rəddedicilik) fanatik bir vəziyyət olduqda ortaq yolun tapılması zərurəti yaranır. Ortaq yol bu iki mövqe arasında bir keçid yaratmağı təmin etməkdir, ya təslimiyyətdən rəddeciliyə, ya da əksinə. Keçid olmadığı zaman dini dəyərlərlə heç bir əlaqəsi olmayan, bar işlədən, spirtli içkilər qəbul edən, görüntüdə tamamilə assimilyasiya olmuş təbəqələrdən niyə DAEŞ-ə qatılanlar olduğu qismən aydınlaşır.

  Rəddetmə və ya təslimolma qaçqınlara yaşadıqları cəmiyyətlərə hansısa müsbət töhfə verməyə yaramır, bu düşüncələrin gələcəyi də yoxdur. Ona görə, doğrusu, nə məğlubiyyət, nə də rəddetmə, normal özünə inamlı bir yanaşma yaratmaqdır.

  Təslimiyyət və rəddetmədən başqa, bu gün Qərbdə ehtiyac duyulan yanaşma Səid Həlim Paşa timsalında özünü göstərən ağıllı və özünəinam nümunəsidir. Birinci Dünya Müharibəsi zülmü içində Səid Həlim Paşa Qərbə yönəlik sıx tənqidlərə baxmayaraq, təpki deyil, ağıllı münasibətilə diqqət çəkdi.

  Qərb cəmiyyətlərində təslimiyyət və rəddetmənin mənbəyi yaşanılan ictimai şərtlərdir. Ona görə də qaçqınlar assimilə və qeyri-assimilə mövqelərini sahib olduqları ideologiya, mədəniyyət və dinlərdən hərəkət edərək əsaslandırır.

  Məsələyə müsəlman gözü ilə baxsaq, Həzrət Adəmdən sonuncu insana qədər bütün bəşəriyyətin problemlərini həll etmək iddiasında olan İslam dini heç bir şeyin antisi, əleyhi deyil, o, özü bir iddia, perspektiv, imkan, qurucu iradə, inşadır.

  Bir şeyin antisinə görə mövqe tutmaq əks olduğunuz şeyi mərkəzə çəkməkdir. İslam etiqadda digər bütün inancları rədd edir. (Çünki "La" ilə başlayır). İslam “Elm möminin itmiş malıdır, Çində də olsa, onu axtarıb-tapın” deyir.

  Elm nədir? - Bilikdir, texnikadır, tərzdir, tətbiqdir. Bu mövzuda Həzrət Peyğəmbərin Məkkə cahil cəmiyyətilə münasibəti də bizim üçün yol göstəricisi ola bilər. Çünki elə o günkü kimi cahillik bu gün də bəşəriyyətin əsas bəlasıdır.  

  Həzrət Peyğəmbər Məkkə cahil cəmiyyəti ilə belə münasibət qurdu. Bəzi etdikləri, davranışları məkkəlilərlə eyni idi. Geyim-keçim, saqqal, görüntü ilə bağlı peyğəmbər yaşadığı Məkkə cəmiyyətinə tam uyğun idi. Saqqalı  yerlilərinə görə bir az qısa olsa da, var idi. Əsas olan o idi ki, Məhəmməd peyğəmbər əməllərilə cəmiyyətin cahilliyini aradan qaldırmağa çalışırdı. Peyğəmbərin analitik yanaşması şərq, qərb, cənub, şimal, müasirlik, qloballaşma və həyatın hər sahəsinə baxış üçün əhəmiyyətlidir.

  Təslimi yanaşmalar bizi biz olmaqdan çıxarır. Tam rəddetmə münasibəti isə gəncləri DAEŞ kimi radikal cərəyanlara aparır. Bu baxımdan son Osmanlı mədəni hüququ olan “Məcəllə”də yazıldığı kimi, "əşyada əsil olan ibahadır", yəni savab olanıdır. Bu son dərəcə əhəmiyyətlidir. İnsanın ruhu azad olmalıdır ki, müəyyən təbəqələrin arasına düşərkən məğlubiyyət psixologiyasına qapılmasın.

  Tənzimat dövründə baş verən proseslərə göstərilən reaksiyalar əsasən təpki və təslim arasında idi. Bu, təkcə Tənzimat zamanına aid deyil, bu gün belə o dövrün bənzərini yaşayırıq. Hal-hazırda yaşanılan proseslərə münasibət, çoxluq etibarilə, Tənzimat dövründə göstərilən reaksiyalara oxşayır. Halbuki həyatı çox istiqamətli olaraq dəyişdirən prosesləri daim seyr etmək olmaz. Bunlar fərd, qrup, təşkilat və ölkələrə təsir edən proseslərdir. Ona görə istər keçmişdəki Qərb müasirliyinin, istərsə də bugünkü Avropa İttifaqının qloballaşma proseslərinə dair çox mənalı mövqe tutduğunu demək olmaz.

  Qərb şüurlu alternativ inkişaf etdirməyib: insan özünü başqalaşmış və proseslərdən kənarda qalmış hiss edir. Buna görə təslim və ya rəddedici cərəyanların başında duracaq analitik bir yanaşma mənimsəməliyik. Bu, nədir? Ətrafımızda baş verənlərin içində çıxılmaz vəziyyətlə qarşılaşanda həyatdan qopmamaq.

  Beləliklə, Qərb də daxil olmaqla, qarşılaşdığımız faktlara, anlayışlara və problemlərə heç vaxt məğlubiyyət psixologiyası ilə yanaşmamalı, təslim olmamalı, dəyərlərimiz çərçivəsində özünə inamla hərəkət etməliyik. Osmanlının əslində Xorasandan Anadoluya, Anadoludan Qərbə yürüşünün də hekayəsi budur. Sahib olduğu dəyərlərin ümumi düsturları çərçivəsində qarşılaşdığı bütün mədəniyyətlərə təpki vermədən zənginləşib. Diyirləndikcə böyüyən bir qartopu kimi Osmanlı imeriyasının qarşılaşdığı bütün fərqlər qorxu hissi deyil, sərvətinin qaynağı olub. Demək, çözüm o qədər də çətin deyil. Həzrət Mövlananın dediyi kimi, bir ayağını möhkəm basıb, digər ayağı ilə dünyaya açılmaq mümkündür. Yəni sirkul kimi, bir tərəfdən öz dəyərlərinə söykənəcək, kimliyini, şəxsiyyətini təşkil edən ayağını möhkəm basacaq, digər tərəfdən, zehin dünyasını zənginləşdirərək həyatını asanlaşdıracaq müxtəlifliklərə açıq olacaqsan.



Әlaqәli Xәbәrlәr