“Qələbə qazanarkən alman, itirərkən mühacir oldum”

Türkiyənin Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondu-SETA-nın araşdırmaçı-yazarı Can Acunun “Qələbə qazanarkən alman, itirərkən mühacir oldum” mövzulu dəyərləndirməsi.

1028897
“Qələbə qazanarkən alman, itirərkən mühacir oldum”

Avropada irqçilik və islamofobiya artmaqda davam edir. Avropa İttifaqının əsas üzvlərindən Almaniyada Nasional Sosialist keçmişindəki tendensiyalara oxşar şəkildə prosesin yaşandığı müşahidə olunur. İrqçiliyin və islamofobiyanın normallaşmağa başladığı Almaniyada Məsud Özillə əlaqəli baş verən qalmalaq və Alman milli komandasının ulduzu sayılan Özilin yığma komandada karyerasını başa vurması irqçiliyin və islamofobiyanın hansı səviyyədə irəlilədiyini ortaya qoyan əhəmiyyətli göstəricidir.

Məsud Özilin prezident Rəcəb Tayyib Ərdoğanın İngəltərəyə səfəri zamanı Onunla şəkil çəkdirməsi alman mediası və bu ölkədəki siyasi xadimlər tərəfindən alman ictimaiyyətində Dünya Kuboku ərəfəsində ciddi böhrana gətirib çıxardı. Özil əslində 2010-cu ildən bəridir hər fürsətdə görüş keçirdiyi və şəkil çəkdirdiyi Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan üzərindən hədəf götürüldü və irqçi təhqirlərə məruz qaldı. Alman Futbul Federasiyası milli komandanın ulduz futbolçusu olan Məsud Özilin həqarətlər və təhditlərə məruz qalması qarşısında səssini çıxarmadı. Özil Federasiyanın sədri Raynhart Qrindelin tələbinin əksinə prezident Ərdoğan ilə fotosuna görə üzr istəmədi.

Alman millisinin dünya kubokuna vida etməsi qarşısında alman mediasının bunu Məsud Özilin fotosu ilə yayması və Alman Futbol Federasiyanın sədri Raynhart Qrindelin Alman millisinin dünya kubokunda məğlub olmasından Məsud Özili məsul tutması son damla oldu. Nəticədə Məsud Özil Prezident Ərdoğan ilə çəkdirdiyi fotodan əvvəl ümrə ziyarətindən paylaşdığı şəkillər islamofobik yanaşmalara və həqarətlərə məruz qalmışdı.  Özil isə səsini ucaldaraq üç hissədən ibarət manifest yaydı. Əslində Məsud Özilin  böyük bir cəsarətlə “Twitter” vasitəsilə ingiliscə yaydığı manifest Almaniyada irqçilik və islamofobiya yanaşmanın çatdığı nöqtəni açıq şəkildə ortaya qoydu: qələbə qazanarkən alman, itirərkən mücahir oldum.

Məsud Özil əslində yaydığı deklarasiya ilə futbolun Məhəmməd Əlisi oldu. Almaniyada və xüsusilə Alman Futbol Federasiyasına qarşı sərt tənqidlər yönəldən Məsud Özil Almaniyada yaşayan Türk və Müsəlman azlığın səsi oldu.

Manifestində Almaniyadakı irqçiliyə, ikiüzlü yanaşmaya diqqət çəkdi və özünün həm Türkiyə üçün həm də Almaniya üçün döyünən ürəyi olduğunu vurğuladı. Özəlin Ərdoğanla fotosunu müdafiə etməsi və Almayina üçün qazandığı o qədər qələbəyə baxmayaraq irqçi yanaşmalara məruz qaldığını dəqiq şəkildə izah etməsi əslində Almaniyada yaşayanTürklərin düşüncələrini və duyğularını da təmsil edir. Nəticədə xüsusilə Almaniyada yaşayan Türklər  sosial mediada Məsud Özili qəhrəman kimi təbrik etdilər.

Özilin manifesti nə qədər də Almaniyadakı Türklər və Müsəlmanların səsi olsa da və onların düşüncələrini və duyğularını təmsil etsə də, nə üçün bir futbolçunun və nə üçün bir millət vəkilinin Türk və Müsəlman azlığın düşüncə və duyğularını təmsil etmədiyi sualı əhəmiyyət daşıyır. Alman məclisində olan Türk əsilli millət vəkillərinin və Almaniyadakı siyasi partiyaların Türk və Müsəlman azlığı təmsil etməməsi və onların dərdlərinə həll yolu tapmaq üçün cəhd göstərməməsi Almaniya üçün ciddi problemdir. Almaniyada irqçilik və islamofobiya artmaqda davam edərkən, digər tərəfdə bu ölkədəki Türkləri və Müsəlmanları təmsil edən heç bir millət vəkili yoxdur.

Xüsusilə Almaniyadakı bu ziddiyyətə görə ölkədə yaşayan Türklərin və Müsəlmanların haqlarını qorumaq və onlara zəmanət vermək üçün Türkiyənin Almaniyada daha fəal və təsirli siyasət  yürütməsi vacibdir. Türkiyənin alman ictimaiyyəti daxilində mövcudluğunu hiss etdirməsi və Almaniyadakı Türklər və Müsəlmanlar üçün mübarizə aparması bu ölkədəki Türkləri və Müsəlmanları cəsarətləndirəcək və həqiqətləri ictimaiyyətin üzünə vuran yeni Məsud Özillər çıxacaqdır. Türkiyə Almaniyada təsirli və fəal siyasət yürütməyəcəyi təqdirdə isə Almaniyadakı Türklər və Müsəlmanlar irqçilik və islamofobiyanın artmaqda davam etdiyi alman ictimaiyyətilə qarşı-qarşıya qalacaqdır.



Әlaqәli Xәbәrlәr