Yevangelizm: tanrını qiyamətə, bəşəriyyəti fəlakətə sürükləmək

Mövzu ilə bağlı Ankara Yıldırım Bəyazit Universiteti Siyasi İnformasiya fakültəsinin dekanı, professor Qudrət Bülbülün analiz-yazısını təqdim edirik. ("Küresel Perspektiv" verilişi_34 (08.08.2018)

Yevangelizm: tanrını qiyamətə, bəşəriyyəti fəlakətə sürükləmək

Qlobal perspektiv_32 (07.08.2018)

  Son zamanlar Türkiyə siyasətində FETÖ-nün qoyduğu ölümcül mirasla əlaqədar intensiv olaraq din və dövlət münasibətləri müzakirə olunur. Başqa ölkələrdə olan bəzi çirkin dini faktlar bizə aid edilir, təəssüf ki. Amma ABŞ-ın keşiş Bransona (Brunson) görə Türkiyəyə qarşı qərarı bunun əksini göstərdi. Mövzu ilə bağlı Ankara Yıldırım Bəyazit Universiteti Siyasi İnformasiya fakültəsinin dekanı, professor Qudrət Bülbülün analiz-yazısını təqdim edirik. (Mətni oxuyur Sevda Mirzə.)

  Türkiyə ictimaiyyəti iyulun 15-dən sonra ona qarşı ittihamlara qədər on illərdir ölkədə missionerlik fəaliyyətilə məşğul olan Bransonun varlığını belə bilmirdi. PKK və FETÖ-yə dəstək verməkdə təqsirləndirilən keşiş Bransonun sayıqlamalarına görə ABŞ Türkiyəyə qarşı sanksiya qərarına qalxdı və bu, bizim ABŞ-dakı din-dövlət münasibətləri haqqında düşünməyimizə səbəb oldu.

  Amerika Birləşmiş Ştatları din azadlığı kontekstində qiymətləndirilsə, bu hadisə ABŞ-dakı din-dövlət münasibətlərinə yenidən baxmağı zəruri edir. Yoxsa Amerikanın digər ölkələrin suverenliyini heçə sayan açıqlamalarını başqa cür dərk etmək mümkün deyil.

  Bir ölkədə din və dövlət münasibətləri bir-birinə uyğun gəlirsə, tənqid edilməməlidir. Əksinə, bu hal dini azadlıqlar baxımından müsbətdir. Bu baxımdan Avropadakı gilyotinlərdən, dini fanatizmdən qaçanların qurduğu ABŞ haqlı olaraq yaxın zamanlara qədər dini azadlıqların daha rahat yaşandığı bir ölkə olaraq görünürdü.

  Bir ölkədə din və dövlət münasibətləri uyğun olsa belə, başqa ölkənin dini dövləti olması da tənqid edilməməlidir. Müxtəlifliklərə tolerant yanaşan, dinin plüralist olaraq şərh edildiyi bir ölkə azadlıq və insan haqları baxımından problem olmaya bilər. Dinin təsirli olduğu Osmanlı dövləti bu vəziyyətin konkret bir nümunəsidir.  

  Nəyə qarşı çıxılmalıdır? Dinlərin dövlətlərlə əsas hüquq və azadlıqlar müstəvisində uyğun bir əlaqəyə malik olmasına deyil, bir dini öz imperialist maraqlarına alət edilməsinə. Əslində din və dövlət münasibətlərinin səhv tərzi adı dini olmayan bir din dövləti İsraildir. Belə ki, əsrlərdir birlikdə yaşayan müsəlmanlar, xristianlar və yəhudilərin artıq İsrail hökuməti rəhbərliyində birlikdə yaşaması mümkünsüz olub.

  Təkrar Amerikaya qayıdaq. Bir yevangelist olan Bransona görə Türkiyəyə qarşı sanksiya yürütmək üçün var gücü ilə çalışan ABŞ vitse-prezidenti Mayk Pensin (Mike Pence) də eyni dini qrupun üzvü olduğu deyilir.

  Birləşmiş Ştatların cəmiyyəti və siyasəti yevangelizmin (evanjelizm) təsirli və 90 milyon evangelistin olduğu bir dövlətdir. Əvvəlki prezidentlərdən Ronald Reyqan və oğul Buş da yevangelist idi. Göründüyü kimi, Branson hadisəsi Türkiyə deyil, ABŞ və yevangelizmi ilə bağlıdır.

  Yevangelizm nədir? - Yevangelizm xristianlığın katolik və ya pravoslav məzhəbi deyil, protestantlığın bir təriqətidir, 19-cu əsrdən fəallaşmağa başlayıb. Yevangelizm sözünün hərfi mənası "müqəddəs kitaba yönəlmək" deməkdir. “Müqəddəslik” dedikləri xristianlar üçün yalnız İncil, yəhudilər üçün də Əhdi-Ətiqin müqəddəs olması deyil. Protestantlığın yevangelizm təriqətinə görə, dünyanın sonu gəldiyi zaman və qiyamətdən əvvəl xristianlıq bütün dünyaya hakim olacaq, bunünçün bu proses sürətləndirilməlidir. Yevangelistləri digər xristianlardan ayıran əsas faktor isə yəhudilərin seçilmiş millət olması, bu xalqa vəd edilən torpaqların onların haqqı sayılması və bu əraziləri qazanmaları üçün xristianların onlara mütləq dəstək vermələri lazım olduğu inancıdır.

  Türkiyəli docent Özcan Güngörün sözlərilə desək, yevangelizmin bütün dünyaya hakim olması üçün proses yeddi mərhələdən keçməli və  sürətləndirilməlidir.

  1. İlkin mərhələdə yəhudilər Fələstin torpaqlarına qayıtmalıdır. Bu mərhələnin böyük hissəsi artıq həyata keçib.
  2. İkinci mərhələ Türkiyənin də bir qisminin qoparıldığı “Böyük İsrail”in qurulmasıdır. ABŞ-ın Yaxın Şərqdə İsraili qeyd-şərtsiz dəstəkləməsi, bütün dünyaya qarşı çıxması, BMT-nin Qüdsü İsrailin paytaxtı kimi qəbul etmədiyi zaman hardasa tək qalması evangelizmin ABŞ siyasətindəki böyük təsirindən irəli gəlir.
  3. Üçüncü mərhələ, İncilin mesajının bütün dünyaya çatdırılmasıdır. Keşiş Branson təxminən on ildən artıqdır bu məqsədlə Türkiyədə oturub. Amma təkcə Türkiyə deyil, başda müsəlman ölkələri də olmaqla, çox yerdə yevangelist missionelerlərin intensiv iş apardığı və xüsusən, Afrikada milyonlarla insanı xristian etdikləri məlumdur.
  4. Dördüncü mərhələdə 7 illik bir fəlakət dövrü qeyd edilir.
  5. Beşinci mərhələdə Həzrət İsa ikinci dəfə dünyaya gələcək.
  6. Altıncı mərhələdə yevangelistlerin liderliyi altında Armegedon müharibəsi baş verəcək: yaxşılar və pislər ölümcül dünya müharibəsinə girəcək və "yaxşı elçilər” qazanacaq. Bu müharibədən sonra tam yevangelizm hakimiyyəti olacaq. Amma Armegedon müharibəsinə qədər İsrail yetişdirilməlidir.
  7. Yeddinci və son mərhələdə, yəni qiyamət hadisəsindən əvvəl isə bütün dünyada artıq xristianlıq hakim olacaq.

  Göründüyü kimi, yevangelizm altıncı mərhələyə qədər sionizmin hədəfləri ilə tamamilə üst-üstə düşür. Bu səbəbdən yevangelistlərə "sionist xristianlar" da deyilir.

  19-ci əsrdə əsasən yəhudilik də müsəlmanlıq və xristianlıq kimi ənənəvi ilahi dinlərdən biriydi. Teodor Herlz başqa olmaqla, sionist yəhudilər əvvəlcə yəhudiliyi dəyişdilər. Bu gün belə sionist yəhudiliyə şiddətlə qarşı çıxan çox sayda yəhudi var.

  Türkiyə və bir çox İslam ölkələrində yaxın vaxtlara qədər sionizmə bənzər bir İslam yaratmaq istədilər. Məsələn, "Dinlərarası dialoq" adı altında İslama batil şərh daxiletmə səyləri göstərirlər. Bu təbəqələr də, evangelistlər kimi, İsrailin “yəhudilər üçün vəd edilmiş torpaqlar” olduğunu iddia edir.

  Xristianlığın içindən sionizmə uyğun bir inancın öz-özünə yarandığı və inkişaf etdiyini düşünmək sadəlövhlükdür. Bu dəyişikliyin sionist bir səy olduğu bariz şəkildə ortadadır.

  Sionist xristianlığa – yevangelizmə qarşı çıxan xristianlar da var, məsələn, katolik Papanın Qüdsün paytaxt elan edilməsinə qarşı olması. Pravoslavlar isə tamamilə yevangelistlər kimi düşünmür, hətta İsrailin zülmü qarşısında müsəlmanlara tərəf çıxırlar.

  İnsanlar Allahı qiyamətə sürükləyə bilməz. Amma bəşəriyyət artıq özü-özünü fəlakətə aparır. Dinlər genetika ilə oynayaraq bütün bəşəriyyəti fəlakətə sürükləyən sionizmlə əlaqəli hər cür təhdidə qarşı çıxmalıdır. Bu da ancaq genetikası pozulmamış yəhudi, xristian və müsəlmanların Yer üzündə sülh istəyən bütün insanların iş birliyilə mümkündür.



Әlaqәli Xәbәrlәr