Güneyin Çağdaş Ozanları

Sәpidә Xanım Rәsuli 1985-ci ildә Azәrbaycanın tarixî paytaxdı olan dünya gözәli Tәbriz şәhәrindә dünyaya gәlib.

Güneyin Çağdaş Ozanları

Güneyin Çağdaş Ozanları

 

Sәpidә RӘSULİ

Siqarasız barmaqlar

Ayaqlar sәnә sarı gәlir

Gәlmir

Qayıdır

Dayanır

Ayaqlar qayıdır

Sevmә mәni

Qorx

Mәn hәr siqaretdә bütünlüyümü tüstülәyirәm

Qarlı havada alt paltarlarımı әkirәm

Qırmızı döşlüklü qadınları әkirәm

Qarlar әrimәzlәr

Әriyirlәr mi?

Mәn siqarasız barmaqlarımı yalayıram

Siqarasız barmaqlarımı dolandırıram qadınlığımın üstündә

Sәn әrkәksәn mi?

Deyilsәn?

Mәn әrkәyәm?

Qadınam?!

Siqarasız barmaqlarımı yalayıram

Burada yasaqdır alışdırmaq

Alışmaq

Qarlar әriyirlәr mi?!

Güney Azәrbaycanımızın cavan bir şairәsi Sәpidә Xanım Rәsuli 1985-ci ildә Azәrbaycanın tarixî paytaxdı olan dünya gözәli Tәbriz şәhәrindә dünyaya gәlib. Sәpidә Fars dilindәdir vә bizim dildә mәnası “dan üzü” demәkdir. Tanrı yerini behişt elәsin ay qocaman Dәdә Qorqud şairimiz Sәhәnd, “Yasaq” adlı şeirindә öz millî mәdәniyyәtimizin özümüzә hansı sәviyyәdә yasaq edildiyini nә gözәl dilә gәtirmisәn.

Duyğularım yasaq

Düşüncәlәrim yasaq

Ata-babamın adın çәkmәyim yasaq

Anamdan ad aparmağım, yasaq..........

Görәsәn insanlara öz babasının, öz nәnәsinin adını öz balalarına qoymağı hansı din yasaqlayıb?

Sepidә Rәsulinin “Hәyat Nişanәlәrin Axtarıram” adlı

Hәyat nişanәlәrin axtarıram

Hәyat nişanәlәrin axtarıram

Sәrәtan laboratuvar şüşәlәrin içindә

Adsız qәbirlәri daşlayır

Hüceyrәlәr, inqilabsız bir vәtәn

Vәtәnsiz bir qumarın oyunçuları

Allahsız fatehәlәrin,

Oxuyanıdırlar!

Hәyat nişanәlәrin axtarıram

Qәbirlәr arasında

Fatihәli barmaqları yalayıram

Pastasız doğum günlәrdә

Hәyat, anasız biri

Әmişdirәn birisi yox

Ayaq yalın gәzir qәbirlәr arasında

Laboratuvar şüşәlәrin içindә

Sellollar intihar edirlәr

Sәrәtan...!

Sәpidә Rәsulinin ilk әdәbiyyat müәllimi öz bacısı Fәriştә olub. Onun әdәbiyata vә şeirә olan marağı Sәpidәni dә hәvәslәdirib, şeirә qarşı istәk oyadıb. Deyilәbilәr ki, hәr Güneyli kimi o da Fars dilindә şeir yazmağa başlasa da sonralar silkinib öz әslinә qayıdıb vә ana dilimizdә şeirlәr yazmağa başlayıb. Orxun-Yenisey abidәlәrindә, “Ey Türk silkin vә özünә qayıt, sәn özünә qayıdanda böyük olursan” deyilib. Biz dә Ziya Göyalp demişkәn, “ağzımızda anamızın ağ südü kimi” tәmiz olan dilimiz yolunda gözәl şairәmizә uğurlar dilәyirik, Tanrı, kütәlmәz qılıncını kәskin elәsin. Sәpidә Xanım Türkcә şeir yazmaq barәdә bunları deyib: “Öz ana dilimdә şeirlәr yazıram. Bu dildә artıq özümü tanıyıb vә yaşadığımı duyuram. Sәtirlәrin arasında, sözcüklәrin içindә özümü axtarıram, özümü düşünürәm. Sәni, onu, qaranlıqları vә işığı, bunları bir insan olaraq vә әlbәttә bir qadın kimi yazmalıyam”.

Sәpidә Xanıma bu çәtin vә müqәddәs yolda әbәdî uğurlar, dünya durduqca әskilmәyәn sevinclәr arzulayırıq. Sәpidә Rәsulinin “Sicillinin İkinci Sәhifәsi” adlı şeiri:

Sicillinin İkinci Sәhifәsi

Uzaq dur mәndәn

Sicillinin ikinci sәhifәsi

Uzaq dur mәndәn

Ürәyimin ikinci düymәsi

Şәhәrin kiçik meydanında diskinib

Üzülüb mәndәn

Sәnsiz dıbırlanıb

Sәslәnib qulağımda

Uzaq dur mәndәn

Dәnizlәrinin suyu daşıb

Bu kiçik meydanı

Doldurub qırmızı ac balıqlarıyla

Pozubdu yaratdığını

Uzaq dur mәndәn

Baxma balıqlarının qırmızı yanaqlarına

Utandır özünü

Qanat әlindәki çәrqәtimi

Suvar gözünü

Sicillimin ikinci sәhifәsini

Yedilәr qırmızı ac balıqların.



Әlaqәli Xәbәrlәr