Türkiyənin Milli Kamikadze PUA-ları

Türkiyə ilk milli kamikadze PUA-ları: ALPAQU-nu, KARQU-nu və müşahidə məqsədi ilə istifadə olunan TOQA-nı istehsal etməyə etməyə başladı.

Türkiyənin Milli Kamikadze PUA-ları

 Terrorla mübarizədə effektiv nəticələr göstərən dronları Türkiyə ABŞ-dan satın almaq istədi, lakin ABŞ bu vasitələri satmaqdan imtina etdi. Bu halda Türkiyə ilk milli kamikadzePUA-ları: ALPAQU-nu, KARQU-nu və müşahidə məqsədi ilə istifadə olunan TOQA-nı istehsal etməyə etməyə başladı.

  Türkiyə son illərdə müdafiə sektorunda istehsal etdiyi yeni milli məhsullarla diqqət çəkir. Kinomatoqrafiya sektorunda havadan çəkiliş kamerasının daşıyıcısı olan dronlardan artıq bir çox sahədə istifadə edilir. Bu çərçivədə terrorla mübarizədə çox mühüm üstünlükləri olan dronları, və ya Pilotsuz Uçuş Aparatlarını yerli imkanlarımızla istehsal edirik. Terrorla mübarizədə özünü məhvetmə xüsusiyyətinə malik olan dronları Türkiyə ABŞ-dan satın almaq istədi, lakin vermədilər. ABŞ-ın terrorla mübarizədə təsirli ola biləcək bu məhsulları strateji tərəfdaşı olan Türkiyəyə satmmaması təəccüblü idi.

Lakin bu vəziyyəti ölkəmiz fürsətə çevirərək yerli dronlar istehsal etdi və onlardan istifadə etməyə başladı. Türkiyə milli məhsulunu öz əmək qüvvəsi və yerli imkanları ilə seriya şəklində istehsal etdi. Hətta bu məhsullara müxtəlif ölkələrdən tələbatların olması  Türkiyənin bu məsələdəki müvəffəqiyyətinin mühüm göstəricilərindən biridir.

Hazırda Türkiyə dünyada bu növ "kamikadze PUA" istehsal edən 3 ölkədən biridir.

 Türkiyə pilotsuz hava vasitələri texnologiyasında əhəmiyyətli bir mövqe əldə edib. Ölkənin göy üzündəki yeni əsgərləri kimi səciyyələndirilən "kamikaze silahlı PUA" ların seriya istehsalına keçilmiş və onlardan təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyatlarda istifadə olunmağa başlanmışdır. Müdafiə Texnologiyaları Mühəndislik və Ticarət A.Ş. (STM) tərəfindən milli silah olaraq yaradılan və istehsal olunan üç PUA - ALPAQU (Avtonom Taktik Vurucu Sabit Qanadlı PUA), KARQU (Avtonom Dönər Qanadlı Vurucu PUA) və TOQAN (Avtonom Donər Qanadlı Kəşfiyyat PUA Sistemi) haqqında bəhs etmək istəyirik.

 Müdafiə Texnologiyaları Mühəndislik və Ticarət A.Ş. (STM ) Türkiyə Silahlı Qüvvələri və Müdafiə Sənayesi Müstəşarlığının sistem mühəndisliyi, texniki dəstək, layihə idarəçiliyi, texnologiya transferi kimi vəzifələrini həyata keçirmək məqsədilə Müdafiə Sənayesi İcra Komitəsinin qərarı ilə yaradılan bir təşkilatdır.

Türkiyənin ilk milli kamikaze və müşahidə PUA-ları 2017-ci ilin noyabr ayından etibarən Xüsui Təyinatlı Qüvvələr Komandanlığına və Hərbi Dəniz Qüvvələri Komandanlığına verilməyə başlanmışdı. Milli kamikaze PUA- KARQU-dan Afrində həyata keçirilən "Zeytun Budağı" əməliyyatında istifadə edilmişdi.  5 nəfər PKK  terrorçusundan ibarət dəstəni təqib edən KARQU hədəfə ən çox yaxınlaşdığı yerdə partlayaraq onu zərərsizləşdirmişdi. KARQU sayəsində xüsusi təyinatlılar terrorçuları 5 kilometrlik məsafədən məhv etmişdilər. PUA-lar Afrindən sonra indi də Qəndildəki terrorçuların kabusuna çevriliblər.

 ALPAQU (Avtonom Taktik Vurucu Sabit Qanadlı PUA)

ALPAQU milli dronları müasir asimmetrik müharibə və terrorizmlə mübarizə əməliyyatlarında ən güclü mübarizə vasitələrindəndir. "ALPAQU"-nun mənası "təkbaşına düşmənə hücum edən igid" deməkdir. Bir əsgərin  daşıya biləcəyi bu dron hədəfləri müəyyən edərək düşməni zərərsizləşdirmək vəzifələrini icra edir.

  ALPAQU-nun texniki xüsusiyyətləri bunlardır: kəşfiyyat, müşahidə və kiçik miqyaslı təhlükələri zərərsizləşdirən sabit qanadlı milli vurucu. ALPAQU görüntü işləmə və dərin öyrənmə alqoritmləri ilə sabit, və ya hərəkətli hədəflərə qarşı effektiv nəticələr göstərir.

 KARQU (Avtonom Dönər Qanadlı Vurucu PUA)

 KARQU-nun mənası "dağ başındakı müşahidə qülləsi", və ya "qırğı" deməkdir. “Dönər qanadlı kamikadze silahlı dron" olaraq da adlandırılır.  KARQU-nun texniki xüsusiyyətləri bunlardır:  KARQU  avtonom, və ya uzaqdan pult ilə işləyə bilən, dönər qanadlı milli vurucu PUA-dır. Sistem "Vurucu Dönər Qanadlı PUA” və "Yer Nəzarət Məntəqəsi" komponentlərindən ibarətdir.  KARQU gecə və gündüz fəal əməliyyat aparma, hərəkət edən hədəflərə yönlənmə xüsusiyyətlərinə  malikdir. Özünü məhvetmə qabiliyyəti ilə yanaşı, hədəfi də tənzimlənən yüksəklikdə məhv edə bilir.

TOQAN (Avtonom Dönər Qanadlı Kəşfiyyat PUA Sistemi)

 TOQAN  adını iti gözləri ilə müşahidə edə bilən, güclü qanadları havada dairələr çəkən quş növü olan "doğan"dan alıb. TOQAN-nın bəzi texniki xüsusiyyətləri bunlardır: TOQAN  ümumi məqsədli kəşfiyyat və müşahidə vəziyyətlərində istifadə edilmək üçün nəzərdə tutulmuşdur. Vəzifə planlaşdırma proqramı, avtonom intellekt və hərəkət qabiliyyətləri ən cəlbedici xüsusiyyətləridir. TOQAN avtonom, və ya uzaqdan pult ilə idarə oluna  və bir nəfər tərəfindən daşına bilən çoxrotorlu dönər qanadlı milli PUA-dır.

 Bu milli PUA-lar terrorçulara qaçış imkanı vermir. Onlar ən kiçik dəliklərdən girərək terrorçuları yuvalarında zərərsizləşdirmək xüsusiyyətinə malikdirlər. ALPAQU və KARGU bir dəqiqədən daha qısa müddətdə hazırlanaraq atılır. Hədəfə  saatda 120-140 kilometr sürətlə çatır. Üzərindəki sursatla 20 kvadratmetdəki bütün hədəfləri məhv edir.

Türkiyənin istehsal etdiyi bu milli hərbi vasitələr bütün terror təşkilatlarının kabusu olmağa davam edir.

 



Әlaqәli Xәbәrlәr