Türkiyәnin İqtisadi Perspektivlәri 30/2018

Dünyanın beş sürәtlә inkişaf  edәn  ölkәsindәn  ibarәt olan BRİCS qrupunun  10-cu sammiti  Cənubi Afrikada keçirilib.

Türkiyәnin İqtisadi Perspektivlәri 30/2018

Dünyanın beş sürәtlә inkişaf  edәn  ölkәsindәn  ibarәt olan BRİCS qrupunun  10-cu sammiti  Cənubi Afrikada keçirilib. Türkiyә Prezidenti Rәcәb Tayyib Әrdoğanın da iştirak etdiyi sammitdə beynəlxalq ticarətdən, investisiyaya, qlobal əməkdaşlıqdan maliyyəyәdәk  olduqca әhәmiyyәtli  mövzular  müzakirə olunub. Qlobal iqtisadiyyatın  23 %-ni tәşkil edәn  BRİCS ölkәlәri  dünya ticarətinin 18 %-ni  hәyata keçirir.

Bəs ticarət müharibələrinin qlobal iqtisadiyyatın mәrkәzindә yer alması vә növbәti prosesә  dair qeyri-müəyyənliklərin gündən-günə çoxaldığı bu şəraitdə BRİCS sammiti  inkişaf etməkdə olan ölkələrә nәlәr vәd edir?

Tәşkilat ilk iclasını 2006-ci ildə Braziliya, Hindistan, Rusiya və Çinin xarici işlər nazirlərinin iştirakı ilə BRİC qrupu adı altında həyata keçirmişdi. BRİC qrupunun  ilk dövlәt vә  hökumət başçıları səviyyəsindəki  yığıncağı  isә 2009-cu ildә baş tutub.

2011-ci ildә tәşkilata  Cәnubi Afrikanın da qatılması ilә BRİCS adı verilib.

Bir araya gələn bu beş ölkənin ən mühüm xüsusiyyətləri dünya əhalisinin 40 %-ni tәşkil etmәlәridir.

BRİCS  qrupuna üzv olan Çin ən inkişaf etmiş  iqtisadiyyata malikdir. Rusiya isә adambaşına düşәn yüksәk gәliri  ilә seçilir. Rusiya vә Çin arasında ticarәt dövriyyәsinin hәcmi 102 milyard dollar tәşkil edir.

Bu ölkələrdә әhali sayının  sürәtlә artığını və enerji resurslarına görә zәngin mövqedә olduqlarını desәk sәf etmiş olmarıq.

Bu sәbәbtәn sammitdə qәbul edilәn "BRİCS Enerji Araşdırma Əməkdaşlıq Platformasının"yaradılması ilә bağlı qәrarı müsbət qiymətləndirә bilәrik.

Çinin  rәhbәrlik etdiyi ‘‘Bir Kәmәr Bir Yol’’ layihәsinin hәyata keçirilmәsi üçün  sәylәr göstәrdiyini dә unudmamalıyıq.

Əslində belә  nəhəng layihələr hәm  üzv ölkələr arasındakı  əməkdaşlığı güclәndirir, hәm dә  güclü ittifaqlara zәmin yaradır.

BRİCS ölkәlәri  2014-cü ildә ‘‘İnkişaf Bankı’’adı altında valyuta fondu yaradıb.

Bu gün kapitalı təxminən 100 milyard dollar olan bu bank üzv ölkələrə kredit imkanı da verir.

Sammitin yekun bəyannaməsində isə şəffaf dünya iqtisadiyyatının әhәmiyyәti  qeyd edilib vә  çoxtərəfli ticarətin dəstəklənməsinin vacibliyi vurğulanıb.

BRİCS-ә üzv ölkәlәrin  mövcud ticarət potensialından ən səmərəli şəkildə istifadə etmələrinin və aralarında investisiya əlaqələrini inkişaf etdirmәyin  yolu ticarət təhlükəsizliyini təmin etməkdən keçir.

BRİCS qrupunun  beynəlxalq iqtisadiyyata yeni bir sistem anlayışı gətirməsi üçün üzv ölkələr arasında əməkdaşlıq və dialoq daha da inkişaf etdirilməlidir. Üstəlik  yalnız üzv ölkələrlə də deyil. Hazırda dünyanın inkişaf etməkdə olan bütün ölkələri ilə təmaslara və atılacaq konkret addımlara ehtiyac var.

Siyasi və iqtisadi balansın dәyişdiyi bu dövrdә  Türkiyənin həm geosiyasi mövqeyi baxımdan,  həm də apardığı diplomatiya ilә әhәmiyyәtli rola malik olduğunu qeyd etmәk lazımdır.

Türkiyənin  BRİCS-ә  üzv  ölkәlәrә hәyata keçirdiyi ixrac nisbәti 7.3 milyard dollar, idxal nisbәti  isә 53. 4  milyard dollardır.

Hәm iqtisadi, hәm dә siyasi baxımdan Türkiyәnin  bu ölkәlәrlә ikitәrәfli әlaqәlәrini güclәndirmәsi Türkiyәni ön plana çıxaracaq.



Әlaqәli Xәbәrlәr